Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1425/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 797,76 (yeddi yüz doxsan yeddi manat, 76 qəpik) manat əsas borc, 131,12 (bir yüz otuz bir manat, 12 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 45,36 (qırx beş manat, 36 qəpik) manat cərimə borcu, 237,93 (iki yüz otuz yeddi manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1212,17 (bir min iki yüz on iki manat, 17 qəpik) manat borcun, 32,13 (otuz iki manat 13 qəpik) manat dövlət rüsümunun əvəzinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/127523/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1443 (bir min dörd yüz qırx üç) manat kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 797,76 (yeddi yüz doxsan yeddi manat, 76 qəpik) manat əsas borc, 131,12 (bir yüz otuz bir manat, 12 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 45,36 (qırx beş manat, 36 qəpik) manat məbləğində cərimə borcu, 237,93 (iki yüz otuz yeddi manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1212,17 (bir min iki yüz on iki manat, 17 qəpik) manat borcu qalmışdır. İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, QSC “Bank Standart” KB ilə cavabdeh arasında kredit müqaviləsi 09 dekabr 2014-cü il tarixində 2 illik müddətinə bağlanılmış, bağlanılmış kredit müqaviləsinin müddəti də 09 dekabr 2016-cı ildə bitmişdir. İddiaçı ilk dəfə məhkəməyə 2019-cu ildə müraciət edəndə 3 illik iddia müddətini ötürməmişdir, yəni 09 dekabr 2019-cu il tarixinə qədər artıq məhkəməyə müraciət etmişdir və Məhkəmənin 17 dekabr 2019-cu il tarixli, 9782/2019 saylı qərardadı ilə xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən mülki iş baxılmamış saxlanılmışdır. Bununla da bank tərəfindən cavabdehə kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı təklifin irəli sürülməsi üçün imkan yaradılmışdır. Cavabdehin kredit müqaviləsi sözügedən Fərmanın təsir dairəsinə düşsə də, kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı cavabdehlə heç bir şəkildə əlaqə yarada bilməmişlər. Buna görə də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, iddia müddətini ötürməmişdirlər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia müddətinin keçməsi ilə əlaqədar tələbin rədd edilməsini xahiş etmişdir. Bununla yanaşı həmin tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia tələbi rədd edilməlidir. Mülki materiallarında olan: - 09 dekabr 2014-cü il tarixli, 1xx/xx/127523/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 1443 manat kredit verilmişdir. - 22 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 noyabr 2022-ci il tarixə 797,76 (yeddi yüz doxsan yeddi manat, 76 qəpik) manat əsas borc, 131,12 (bir yüz otuz bir manat, 12 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 45,36 (qırx beş manat, 36 qəpik) manat məbləğində cərimə borcu, 237,93 (iki yüz otuz yeddi manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1212,17 (bir min iki yüz on iki manat, 17 qəpik) manat borcu vardır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin mahiyyətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi 2014-cü il tarixdə, 24 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı bildirir ki, Cavabdehnun kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9782/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 797,76 (yeddi yüz doxsan yeddi manat, 76 qəpik) manat əsas borc, 131,12 (bir yüz otuz bir manat, 12 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 45,36 (qırx beş manat, 36 qəpik) manat cərimə borcu, 237,93 (iki yüz otuz yeddi manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1212,17 (bir min iki yüz on iki manat, 17 qəpik) manat borcun, 32,13 (otuz iki manat 13 qəpik) manat dövlət rüsümunun əvəzinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1425/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1425/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver