Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1435/2025 28.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə 2548.86 manat əsas və 0.01 manat faiz borcu olmaqla 2548.87 manat borcu, BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 483.26 əsas və 431.11 manat faiz borcu olmaqla, cəmi 914.37 manat məbləğində kredit borcu olmaqla ümumilikdə cəmi 3463.24 (üç min dörd yüz altmış üç manat iyrmi dörd qəpik) manat və ödənilmiş 54.64 (əlli dörd manat altmış dörd qəpik) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Zaqatala filialı ilə X5 arasında bağlanmış BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 22 faiz olmaqla 2700 manat məbləğində nağd kredit və həmin müqaviləyə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit xətt limiti verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədn görünür ki, mərhum X3 adınavərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, X3 vəfat etdiyi tarixə BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kredit nağd krediti üzrə 2548.87 manat və kart limiti üzrə 483.26 manat əsas və 431.11 manat faiz borcu olmaqla, cəmi 914.37 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqmiras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən cavabdeh X3 vərəsəsi Cavabdeh iddia tələbinə dair izahat verəək bildirdi ki, anası koronovirus dövründə rəhmətə gedib. Anasından ona 2 sot torpaq sahəsi qalmışdı və həmin torpağı 2000 manata satıb. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan "xxxx" ASC-nin Zaqatala filialı ilə X5 arasında bağlanmış BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsindən görünür ki, X4 36 ay müddətinə illik 22 faiz olmaqla 2700 manat məbləğində nağd kredit və əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit xətt limiti verilmişdir. 7.İşdə olan maliyyə arayışlarından görünür ki, xx.xx.2025-ci il tarixə X3 "xxxx" ASCyə BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə 2548.86 manat əsas və 0.01 manat faiz borcu olmaqla 2548.87 manat borcu, BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 483.26 əsas və 431.11 manat faiz borcu olmaqla, cəmi 914.37 manat məbləğində kredit borcu olmaqla ümumilikdə 3463.24 (üç min dörd yüz altmış üç manat iyrmi dörd qəpik) manat borcu mövcuddur. 8.İşdə olan xəbərdarlıq məktublarınndan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh X3 vərəsəsi Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. 9.İşdə olan AZ-İİ 125956 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 572 nömrə ilə qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X5 ilə "xxxx" ASC-nin Zaqatala filialı ilə arasında BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2020-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
12. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
13. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).
15. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
16. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsindəvurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 17.İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur və şəhadətnamə verilən miras əmlak Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.02 ha olan torpaq sahəsindən ibarətdir. 18.Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
20. Məhkəmə hesab edir ki, Cavabdeh X2 qızından miras qalmış torpaq sahəsini qəbul etdiyindən iddiaçı "xxxx" ASC-nin Zaqatala filialı ilə X5 arasında bağlanmış BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə 2548.86 manat əsas və 0.01 manat faiz borcu olmaqla, 2548.87 manat borc, BPM**********06 nömrəli, xx.xx.2020ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 483.26 əsas və 431.11 manat faiz borcu olmaqla, cəmi 914.37 manat kredit borcu olmaqla ümumilikdə 3463.24 manat borc tutulmalıdır. 22.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 54.64 manat dövlət rüsumu (0.8 manat xidmət haqqı da daxil olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
24. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə 2548,86 (iki min beş yüz qırx səkkiz manat səksən altı qəpik) manat əsas və 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, 2548,87 (iki min beş yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat borc, BPM**********06 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 483,26 (dörd yüz səksən üç manat iyirmi altı qəpik) manat əsas və 431,11 (dörd yüz otuz bir manat on bir qəpik) manat faiz borcu olmaqla, 914,37 (doqquz yüz on dörd manat otuz yeddi qəpik) manat məbləğində borc, ümumilikdə iki müqavilə üzrə 3463,24 (üç min dörd yüz altmış üç manat iyrmi dörd qəpik) manat və ödənilmiş 54.64 (əlli dörd manat altmış dörd qəpik) manat dövlət rüsumu və 0,80 (səksən qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva