Məhkəmə qərarları › İş №e-2(060)-1436/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1436/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1436/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11629 (on bir min altı yüz iyirmi doqquz) manat 32 (otuz iki) qəpik məbləğində əsas kredit borcunun, 167 (yüz altmış yeddi) manat 33 (otuz üç) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 6 (altı) manat 99 (doxsan doqquz) qəpik məbləğində cərimənin, cəmi 11803 (on bir min səkkiz yüz üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 125 (yüz iyirmi beş) manat 41 (qırz bir) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 10 iyun 2021-ci il tarixli 6100621-********** saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq 10 iyun 2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 516,74 manat olmaqla hər ayın ödəniş cədvəlinə göstərilən tarixdə ödənilmək şərti ilə) 14.000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış 10 iyun 2021-ci il tarixli ******* 116574602L saylı kredit limiti müqaviləsinə 30 noyabr 2021-ci il tarixdə 6301***-*******0R nömrəli Restrukturizasiya razılaşması imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 11803,64 manat məbləğində borcu qalmaqdadır. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etdi və göstərdi ki, 2021-ci ildə o İddiaçı ASC-dən kredit götürmüşdür. Maddi vəziyyəti ilə əlaqədar olaraq son iki aydır ödəniş edə bilməmişdir. Qalan borcunu hissə-hissə ödəməyə razıdır. Hazırda onun tərəfindən Banka 1902 manat pul ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə bağlanmış 10 iyun 2021-ci il tarixli 6100621- ********** saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq 10 iyun 2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 516,74 manat olmaqla hər ayın ödəniş cədvəlinə göstərilən tarixdə ödənilmək şərti ilə) 14.000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış 10 iyun 2021-ci il tarixli ******* 116574602L saylı kredit limiti müqaviləsinə 30 noyabr 2021-ci il tarixdə 6301***-*******0R nömrəli Restrukturizasiya razılaşması imzalanmışdır. İşdə olan Cavabdeh İddiaçı ASC-nin Nəsimi filialına olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 11629 (on bir min altı yüz iyirmi doqquz) manat 32 (otuz iki) qəpik məbləğində əsas kredit borcunun, 167 (yüz altmış yeddi) manat 33 (otuz üç) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 6 (altı) manat 99 (doxsan doqquz) qəpik məbləğində cərimənin, cəmi 11803 (on bir min səkkiz yüz üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 9602 (doqquz min altı yüz iki) manat 08 (səkkiz) qəpik borcu məbləğində pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi imzalanmışdır, iddiaçı öz öhdəsinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə cəmi iki ay ödəniş etdikdən sonra üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6100621-********** saylı kredit limiti müqaviləsinə əsasən yaranmış borc cavabdehdən tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 11629 (on bir min altı yüz iyirmi doqquz) manat 32 (otuz iki) qəpik məbləğində əsas kredit borcunun, 167 (yüz altmış yeddi) manat 33 (otuz üç) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 6 (altı) manat 99 (doxsan doqquz) qəpik məbləğində cərimənin, cəmi 11803 (on bir min səkkiz yüz üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 125 (yüz iyirmi beş) manat 41 (qırz bir) qəpik məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar