Məhkəmə qərarları › İş №e-2(060)-144/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-144/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-144/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh7 23 aprel 2019 il tarixli 200840-553531/2 nömrəli kredit müqaviləsi üzrə 21668,7 manat əsas borc və 7524,94 manat faiz borcu olmaqla, cəmi 29193,64 (İyirmi doqquz min bir yüz doxsan üç (.64)) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 178,12 (yüz yetmiş səkkiz(12)) manat dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.6 kv.m-dən ibarət 91 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh7,Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B ünvanında yerləşən ümumisahəsi 68.6 kv.m-dən ibarət 91 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh7 ilə bağlanmış 23 aprel 2019-cu il tarixli 200840-553531/2 nömrəli Kredit müqaviləsinə əsasən 22 faiz dərəcəsilə, 36 ay müddətinə 40000 (qırx min) manat məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B ünvanında yerləşən ümumi sahəsi 68.6 kv.mdən ibarət 91 saylı mənzili 23 aprel 2019-cu il tarixli 200840-553531/2 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli, 001/007/3722/2022 nömrəli Bildiriş ipoteka qoyan Cavabdeh3 xx.xx.2022-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X4 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh7öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 29 sentyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh7 iddia tələbini qismən qəbul edərək bildirdi ki, illərdir ki, İddiaçı ASC-nin müştərisidir. İlk aylarda kredit borcu üzrə ödənişlər etmişdir. 2 dəfə əməliyyat olunduğu üçün çox xərc çəkdiyindən banka ödənişlər edə bilməmişdir. Ödənişi hissə-hissə ödəmək üçün banka müraciət etmişdir, əlavə faiz borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 23 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, borclu Cavabdeh7 İddiaçı ASC tərəfindən 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 40000 manat kredit verilmişdir. - 23 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91 (ümumi sahə 68.6 kv.m) fərdi yaşayış evi Cavabdeh7 kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 53000 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın 21668,7 manat əsas və 7524,94 manat faiz borcu olmaqla, cəmi 29193,64 manat borcu vardır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91-in mülkiyyətçisi Cavabdeh3dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında onlardan pul tələb olunması barədə xəbardar edilmişdirlər. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91-in hazırki satış (likvid) dəyəri 58000 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından isə mütəxəssis rəyinin dəyərinin İddiaçı ASC tərəfindən ödənildiyi göstərilmişdir. - Cavabdeh7 məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2021-ci il tarixdə edilmişdir. - xx.xx.2022-ci il tarixli, 9/7821 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh7 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 21668,70 manat əsas və 6664,78 manat faiz borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91 (ümumi sahə 68.6 kv.m) fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022 il tarixli, 9/7821 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 200840-553531/2 saylı müqavilədə qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh7 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) olan borcu 28333,48 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 21668,70 manat; faiz borcu üzrə - 6664,78 manat. xx.xx.2022ci il tarixə (iddia tarixinə) 28637,44 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə-21668,70 manat, faiz borcu üzrə-6664,78 manat, illik 5 %-lə faiz borcu 303,96 manat. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh7 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində görünür ki, Cavabdeh7 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 28637,44 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 21668,70 manat; faiz borcu üzrə - 6664,78 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh7 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə Cavabdeh7 və Cavabdeh3 arasında xx.xx.2019-cu ildə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.6 kv.m olan 91 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 53000 manat müəyyən edilmişdir. Məhkəmə, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatın nəticəsi olaraq verilmiş rəyi və tərəflərin bununla razılaşmalarını nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 58000 manat göstərilməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B ünvanında yerləşən ümumi sahəsi 68.6 kv.m olan 91 saylı mənzildən çıxarılmalı və əmlak boşaldılmalıdır. Belə ki, mülki qanunvericiliyə əsasən sözügedən mənzil açıq hərrac vasitəsilə özgəninkiləşdirildikdən sonra qanuni sahibinin sərəncamına verilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 174,99 manat hissəsi və xidmət haqları Cavabdeh7 alınaraq iddiaçının xeyrinə tutulmalı, ödənilmiş Dövlət rüsmunun 3,13 manatı iddiaçıya aid edilməlidir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iş üzrə mütəxəssis rəyinin dəyəri olan 250 manat İddiaçı ASC tərəfindən ödənilmişdir. İpoteka predmeti olan əmlakın qiymətləndirilməsi həm iddiaçı həm də cavabdeh tərəfin maraqlarına uyğun olduğu üçün mütəxəssis rəyinin dəyəri olan 250 manatın 125 manatı Cavabdeh7 tutularaq İddiaçı ASC-yə ödəni, ödənilmiş 125 manat isə İddiaçı ASC-nin özünə aid edilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh7 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh7 21668,70 manat əsas və 6664,78 manat faiz borcu olmaqla, cəmi 28333,4 manat borc, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 15 manat rüsum, 30 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 174,99 manatı alınaraq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş Dövlət rüsmunun 3,13 manatı iddiaçıya aid edilsin. Tələb Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91-ə yönəldilsin. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91 (ümumi sahə 68.6 kv.m) fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 91-dən və həmin mənzil boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 250 manatın 125 manatı Cavabdeh7 tutularaq İddiaçı ASC-yə ödənilsin, 125 manatı isə İddiaçı ASC-yə aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh7 tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar