Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1448/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azəriqaz” İstehsalat Birliyini cəlb etməklə Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, Sarıqaya bağlar massiv, B-615 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. 2018-ci ilin avqust ayında qaz sayğacında problem yarandığı üçün “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar İdarəsinin mühəndisi Cavabdeh Müşfiq oğlu ondan 1000 manat məbləğində pul tələb edərək sayğacı və s. sistemləri yenisi ilə əvəz edəcəyinə dair vəd vermişdir. Bununla bağlı sayğacı və s. qurğuları olduğu yerdən çıxararaq “Azəriqaz” İB-nin Sumqayıt Qaz istismar İdarəsinə aparmışdır. Lakin bu hadisədən bir müddət keçdikdən sonra, İlkin yeni sayğac adı ilə müəyyən bir qurğu gətirərək, onu sistemə qoşmuşdur. Amma bundan sonra qazın verilişində heç bir müsbətə doğru dəyişiklik baş verməmişdir. Bir sözlə, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. O, bununla bağlı ondan pulunu tələb etdikdə, o, artıq işdən azad olunduğunu və yaxın müddətdə pulunu qaytaracağını bildirmişdir. İddiaçı 2019-cu il tarixində qaz sayğacına İlkinin müdaxiləsi ilə bağlı 464 manat məbləğində cərimə edilmişdir. Artıq baş vermiş hadisədən 6 il müddət keçməsinə baxmayaraq, İlkin hələ də iddiaçıya ödəməli olduğu 1000 manat pulu ödəməkdən yayınır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar sahəsində qaz avadanlığının istismarı və təmiri çilingəri vəzifəsində çalışan Cavabdeh öhdəliklərini icra etməyərək, qanunsuz və əsassız olaraq iddiaçının 1000 manat məbləğində pulunu mənimsəmişdir. İddiaçının müraciəti əsasında Sumqayıt prokurorluğunda cavabdehin barəsində araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Sumqayıt şəhər prokurorunun köməkçisi tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh ilə əlaqə saxlanılmış və onun onunla mobil telefon danışığı zamanı müəyyən olunmuşdur ki, o, hazırda Polşadadır. Daha əvvəl Azəriqazın Sumqayıt İstismar sahəsində qaz avadanlıqlarının istismarı və çilingəri vəzifəsində çalışmışdır. İddiaçı ilə razılığa gəldiyindən sözügeden ünvanda qaz sayğacını yenisi ilə əvəz etmişdir. Lakin bir müddət sonra İddiaçı yenidən ona müraciət etmiş və qaz verilişinin keyfiyyətsiz olduğu üçün qaz sayğacını dəyişdirməsini və pulunun qaytarılmasını demişdir. O isə artıq işdən azad olunduğunu və yeni qaz sayğacının dəyişdirilməsi üçün müvafiq orqana müraciət etməli olduğunu bildirmişdir. "Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli, 14-2-2-6/2-237/2024 nömrəli məktubuna əsasən Cavabdeh Müşfiq oğlu hal-hazırda "Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismarı Sahəsində işləmir və onunla bağlanmış əmək müqaviləsinə öz ərizəsinə əsasən 83k-saylı, xx.xx.2018-ci il tarixli əmrlə xitam verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 1030 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sonuncu məhkəmə iclası ilə əlaqədar İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” İB-nin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, cavabdeh əvvəl idarənin işçisi olmuş, öz ərizəsi ilə işdən xaric olunmuşdur. Xaric olunduqdan sonra vətəndaş ilə belə bir sövdələşməsinin olması “Azəriqaz” İB-nin məsuliyyəti daxilində olan məsələ deyildir. İşçi olan zaman belə bir razılaşmaları olubsa, qanun pozuntusu olmuş deməkdir. Belə ki, cavabdehin sayğac dəyişmə iş səlahiyyəti daxilində olmamışdır. Bundan əlavə sayğaclar rüsum ödənilmədən dəyişdirilir.
9. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10 İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-819/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-615 saylı fərdi yaşayış evi (abonent kodu:**********06152) üzrə Şkürov Tural İsfəndiyar oğluna hesablanmış 464,40 manat məbləğində borcun silinməsi, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-615 saylı fərdi yaşayış evi üzrə İddiaçı sayğacın dəyərinə görə hesablanmış 185,73 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1414/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdirr.
12. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(103)-5594/2024 saylı qətnaməsinə əsasən, “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 1414/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq cavabdeh “Azəriqaz” İB-yə ödənilməsi qət edilmişdir.
13. Həmin qətnamədə qeyd edilmişdir ki, Cavabdeh işəgötürənin (cavabdehin) mənafeyi üçün deyil, şəxsi mənafeyi üçün və işəgötürənin nəzarətindən kənar hərəkət etdiyinə, sayğacın dəyişdirilməsi üçün tələb olunmadığı halda qeyri-qanuni olaraq iddiaçıdan 1000 manat məbləğində vəsait aldığına görə iddiaçıya vurulmuş zərərlə bağlı məsuliyyəti cavabdeh daşımamalıdır.
14. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi Sevinc Qasımova tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış 592c-23 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
21. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara, qanuni qüvvəsini almış məhkəmə aktlarına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırki iddia tələbinin irəli sürməkdə haqlı olmuşdur. 23.Göründüyü kimi iddiaçının fərdi yaşayış evində qaz sayğacı qaz paylayıcısının, yəni “Azəriqaz” İB-nin hesabına dəyişdirilməli olduğu halda, Cavabdeh qanunsuz olaraq qaz sayğacının yenisi ilə əvəz edilməsi üçün 1000 manat məbləğində pul vəsaiti almaqla, əsassız varlanmışdır.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva