Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1492/2023 01.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 01 may 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 56.46 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun ümumilikdə 186.86 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 56 saylı MKİS tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 56 saylı Arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 8 saylı evin, 52 №-li mənzil 30/20353 saylı, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən cavabdehindir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Şəfiqə Haibova ilə iddiaçı arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2015-ci il tarixinədək son ödəməsini etmiş və xx.xx.2015-ci il tarixdə 4 manat 80 qəpik borcla şəbəkədən ayrılmışdır. Bundan sonra, xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4684 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər videoqeydə alınmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Həmçinin qeyd edir ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilin iddiaçıya məxsus kabel şəbəkəsindən ayrıldığı xx.xx.2015-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci ilədək olan müddət 178 gün təşkil edir. Həmin 178 günün 76 günü 30 qəpik, 102 günü isə 33 qəpik maddi ziyan hesablamaq şərti ilə ümumilikdə 56.46 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana pretenziya məktubları göndərilmiş, lakin məktublar geri qayıtmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, AG Telekom MMC Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçıya məxsus kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 56.46 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ümumillikdə, 186.86 manat məbləğində vurulmuş maddi ziyanın tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçı öz ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin, məhz Yasamal rayonun ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuşdur. İddiaya əsasən, televiziya xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə cavabdeh kabel yayımına qoşulmuş, xx.xx.2015-ci il tarixdə isə şəbəkədən ayrılmışdır. Bundan sonra, iddiaçı xx.xx.2015-ci ilədək 6 ay müddətinə hesablanmış maddi ziyanı ərizədə göstərərək iddianın təmin olunmasını xahiş etmişdir. İlk öncə, məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh cari gündə belə, kabel televiziyasından istifadə etmir, iddiaçı ilə arasında bağladığı yayım müqaviləsinin ləğvinə səbəb də, yayımdan istifadə etməməsi olmuşdur. Cavabdeh təmir işləri ilə əlaqədar belə, iddiaçının əməkdaşlarına mövcud olan qalıq kabellərin kəsilərək götürülməsini dəfələrlə xahiş etmişdir. İddiaçı tərəfindən təyin olunmuş maddi ziyanın hansı dövrə aid olan tariflərə aid olduğu bilinmir. İddiaçı öz ərizəsində müqavilənin şərtlərinə istinad və ya digər mötəbər dəlillərə istinad edərək hesablama aparmalı idi. İddiaçı öz ərizəsində cavabdehə pretenziyanın hansı tarixdə, hansı mətndə və tələblə ünvanladığını göstərməmişdir. Belə ki, cavabdeh pretenziya məktubunu cari günədək almamışdır. İddiaçının sahə üzrə əməkdaşlarının 6 aydan sonra, guya pozuntunu aşkar etməsi, təqsirin cavabdehin üzərinə yüklənməsinə səbəb olmamalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, iddiaçıya məxsus kabel televiziyasının qutuları, mənzil mülkiyyətçilərinin yerləşdiyi mərtəbədə yerləşir, möhür və açarla bağlı şəkildə olmalıdır. İddiaçının iddia ərizəsində istinad etdiyi müəyyən normaların hüquqi qüvvəsi bitmişdir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən səxslərə aid edildiyi halda, iddiaçı məhkəməyə səhv normativ istinad təqdim edərək, tələblərin münasib olduğunu iddia etmişdir. AR MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəvvən kateqoriya kommersiya mübahisələri ücün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Məcəllənin 149.2.4-cü maddəsində əsasən, müqavilə ilə və ya həmin kateqoriva işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddiaçının guya cavabdehin təqsiri üzündən hüquqlarının pozulması barədə pretenziya qaydasında riayət etməsi, MM-nin 372-ci maddəsinin qüvvəsi altına düşməsinə dəlalət etmiş olur. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçının ərizəsindən və qanunvericliyin tələbindən də göründüyü kimi məhkəmə təqdim olunmuş iddia ərizəsi əsassız hesab edilməlidir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq, İddiaçı MMC-nin xeyrinə Cavabdeh qarşı ümummiliikdə 186.86 manat məbləğində maddi ziyanın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim olunmuşdur: İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 4684 nömrəli aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və "xxxx" MMC kabel televiziyasının əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə xx.xx.2015-ci il tarixdə akt tərtib olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC "xxxx" MMC-nin hesab nömrəsinə 100 manat məbləğində pul köçürmüşdür. İşdə olan "xxxx" MMC-nin 01 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan X1 arasında bağlanmış KATV 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü il tarixində bu ünvan KATV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2015-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2015-ci il tarixində 4 manat 80 qəpik borc ilə şəbəkədən ayrılıb. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və nəticədə cavabdehin, İddiaçı MMC qarşısında maddi ziyana görə 56.46 manat məbləğində borcu yaranmışdır. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntü və digər sübutlar da təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 5 ünvanında iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmaqla iddiaçıya vurduğu ziyana görə 56.46 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə cavabdehin iddiaya etirazının dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanmış, həmin məktublar “Qapı bağlıdır” poçt qeydi ilə iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil etdiyindən iddiaçıya məxsus kabel şəbəkəsindən ayrıldığı xx.xx.2015-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci ilədək olan müddətin (178 gün) 76 günü 30 qəpik, 102 günü isə 33 qəpik hesabatı ilə aparılmışdır. Məhkəmə etirazın dəlilləri ilə bağlı onu da qeyd edir ki, mülki qanunvericilikdə dəymiş ziyanın ödənilməsi barədə iddia tələbinə üç illik iddia müddətinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, "xxxx" hüquq firmasına hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30,40 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 56,46 (əlli altı manat qırx altı qəpik) manat abunə haqqı qismində vurulmuş maddi zərər, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 (bir yüz) manat pul, cəmi 156,46 (bir yüz əlli altı manat qırx altı qəpik) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1492/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1492/2023
01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver