Məhkəmə qərarları › İş №e-2(060)-1570/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1570/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1570/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13755.53 (on üç min yeddi yüz əlli beş manat, 53 qəpik) manat əsas borc, 9687.77 (doqquz min altı yüz səksən yeddi manat, 77 qəpik) manat məbləğində faiz borcu, 1009.05 (bir min doqquz manat, 05 qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 24452.35 (iyirmi dörd min dörd yüz əlli iki manat, 35 qəpik) manat borcun, iş üzrə ödənilmiş 163.36 (bir yüz altmış üç manat 36 qəpik) Manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə xx.xx.2024-cü il tarixli barışıq sazişi təqdim еdərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu səbəbdən həmin saziş təsdiq edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş barışıq sazişindən görünür ki, 2.1.Tərəflər təsdiq edirlər ki, cavabdehin SU-Dİ-001-A2N nömrəli, xx.xx.2014~cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə BƏS-də 13,755,53 (on üç min yeddi yüz əlli beş manat, 53 qəpik) manat əsas, 11.112,99 (on bir min bir yüz on iki manat, 99 qəpik) manat faiz, 1.346,53 (bir mitı üç yüz qırx altı manat, 53 qəpik) manat cərimə borcu olmaqla, ümumikdə 26,215,05 (iyirmi altı min ikı yüz on beş manat 05 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, SU-Dİ-001-AZN nömrəli, xx.xx.2014cu il tarixli kredit müqaviləsi üzrə 9.000 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsınin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra 9.600 manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2024-cü ilin aprel ayından başlayarəq, hər ay 400 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür 2.3. İddiaçı bu Sazişin 2.2ci bəndində göstərilən borc məbləğinın Cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilin bu Sazişin 2,1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.6. Tərəflər razılaşır ki, bu Sazişin 2.2-ci bəndlərində göstərilen şərtlər Cavadeh terəfinden pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilə (xx.xx.2014-cü it tarixtı SU-Dİ-ASİP-001nomrəli Alqı-satqı və İpoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2014, qeydiyyat nömrəsi: **********) yönəldilməsinə və açq hərracdan satılmasına, satıldıqdan sonra ipoteka qoyan tərəfindən həmin əmlakın ən geci bir ay ərzində boşaldılmasınna, əldə olunan pul məbləğinin iddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.7 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklər Cavabdeh tərəfindən tam icra edilerək ödənildikdən sonra ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzil Cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.8. Bu Saziş üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkıldə Cavabdehdən tutularaq iddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquql statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin ıcrası ilə əlaqədar müvafıq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.9-cu bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirəcək hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, Sazişin imzalanmasının və icra edilməməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 3.6.4 qarşı tərəfin yazılı icəzəsi ilə; 3.6.5 yaxın qohumlara; 3.6.6 Sazişin təsd»qlənməsi və ya qüvvəyə minməsi üçun məhkəmələrə və notariuslara. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1 və 3.6.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. АR МPМ-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin SU-Dİ-001-A2N nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə BƏS-də 13,755,53 (on üç min yeddi yüz əlli beş manat, 53 qəpik) manat əsas, 11.112,99 (on bir min bir yüz on iki manat, 99 qəpik) manat faiz, 1.346,53 (bir mitı üç yüz qırx altı manat, 53 qəpik) manat cərimə borcu olmaqla, ümumikdə 26,215,05 (iyirmi altı min ikı yüz on beş manat 05 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, SU-Dİ-001-AZN nömrəli, xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə 9.000 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra 9.600 manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2024-cü ilin aprel ayından başlayarəq, hər ay 400 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinın Cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərində götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanınnda yerləşən 41 nömrəli mənzilin bu Sazişin 2,1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.6. Tərəflər razılaşır ki, bu Sazişin 2.2-ci bəndlərində göstərilen şərtlər Cavadeh terəfinden pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilə (xx.xx.2014-cü it tarixtı SU- Dİ-ASİP-001nomrəli Alqı-satqı və İpoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2014, qeydiyyat nömrəsi: **********) yönəldilməsinə və açq hərracdan satılmasına, satıldıqdan sonra ipoteka qoyan tərəfindən həmin əmlakın ən geci bir ay ərzində boşaldılmasınna, əldə olunan pul məbləğinin iddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklər Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzil Cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.8. Bu Saziş üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkıldə Cavabdehdən tutularaq iddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin ıcrası ilə əlaqədar müvafıq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.9-cu bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirəcək hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, Sazişin imzalanmasının və icra edilməməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 3.6.4. qarşı tərəfin yazılı icəzəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçun məhkəmələrə və notariuslara. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1 və 3.6.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar