Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1596/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 10 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TuranBank» ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit və girov müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh TuranBank ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit (borc) və girov müqaviləsi üzrə 1740 AZN (bir min yeddi yüz qırx manat) əsas borc, 568.40 AZN (beş yüz altmış səkkiz manat qırx qəpik) faiz borcu, 524.90 AZN (beş yüz iyirmi dörd manat doxsan qəpik) cərimə borcu olmaqla ümumilikdə 2833.30 AZN (iki min səkkiz yüz otuz üç manat otuz qəpik) borcun və tərəflərindən ödənilmiş 48.34 AZN (qırx səkkiz manat otuz dörd qəpik) məbləğində dövlət rüsumunun tutulması, borcun Cavabdeh məxsus 1 ədəd üzərindəki qaşların çəkisi 0.40 qr olmaqla ümumi çəkisi 25.50 qr olmaqla 750 əyarlıq boyunbağı + qolbaqdan ibarət qızıl-zinət əşyasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit (borc) və girov müqaviləsinə əsasən TuranBank ASC-nin “Sumqayıt” filialından illik 30 faizlə 12 ay müddətinə 1740 AZN (bir min yeddi yüz qırx manat) məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh məxsus 1 ədəd üzərindəki qaşların çəkisi 0.40 qr olmaqla ümumi çəkisi 25.50 qr olmaqla 750 əyarlıq boyunbağı + qolbaqdan ibarət qızıl-zinət əşyasını banka girov qoymuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixə Cavabdeh banka xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit (borc) və girov müqaviləsi üzrə 1740 AZN (bir min yeddi yüz qırx manat) əsas borc, 568.40 AZN (beş yüz altmış səkkiz manat qırx qəpik) faiz borcu, 524.90 AZN (beş yüz iyirmi dörd manat doxsan qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2833.30 AZN (iki min səkkiz yüz otuz üç manat otuz qəpik) borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit (borc) və girov müqaviləsinin 2.1-ci maddəsinə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə 1) uyğun olaraq həyata keçirir. Borcalan əsas borcun və (və ya) ona hesablanan faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 60 % olmaqla cərimə faizi ödəyir. 2.10-cu maddəyə əsasən,girov predmetinin dəyəri 2952 AZN təşkil edir. 3.1.2-ci bəndə əsasən, Bankın kredit borcunun məcburi qaydada alınması ilə əlaqədar məhkəmədə iddia qaldırmaq və ya icra qeydi verilməsi üçün notariusa müraciət etmək və yaxud girov saxlayanı qabaqcadan xəbərdar etməklə məhkəməyə müraciət etmədən və icra qeydi almadan açıq bazarda sataraq Borcalanın kredit borcunun ödənilməsinə yönəltmək hüququ vardır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS814998844AZ saylı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit müqaviləsindən görünür ki, TuranBank ASC-nin “Sumqayıt” filialı Cavabdeh 12 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 1740 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, LK № 0180/SM-22 saylı saxlanc müqaviləsinə əsasən, Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulunun təminatı olaraq Cavabdeh məxsus 1 ədəd üzərindəki qaşların çəkisi 0.40 qr olmaqla ümumi çəkisi 25.50 qr olmaqla 750 əyarlıq boyunbağı və qolbaqdan ibarət qızıl-zinət əşyası TuranBank ASC-nin “Sumqayıt” filialına saxlanca verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən 2952 manat məbləğində olan 1 ədəd ümumi çəkisi 25.50 qr olmaqla 750 əyarlıq boyunbağı və qolbaqdan ibarət qızıl-zinət əşyası TuranBank ASC-nin “Sumqayıt” filialına təhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, iddiaçı TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 1740 manat əsas borc, 568.40 manat faiz borcu, 524.90 manat cərimə borcu yaranmışdır. İşdə olan xx.xx.2022-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Sumqayıt Filialından 1740 manat pulu qəbul etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 538 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit və girov müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmiş, beləliklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit və girov müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 1740 manat əsas və 568.40 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 524.90 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın girov predmetinə yönəldilməsi və girov predmetlərinin açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit və girov müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin Sumqayıt Filialının xeyrinə tutulmalı olan 1740 manat əsas borc, 568.40 manat faiz borcu, 50 manat cərimə olmaqla, ümumilikdə 2358,40 manat borc tutulmalı, tutma Cavabdeh məxsus dəyəri 2952 manat olan 1 ədəd üzərindəki qaşların çəkisi 0.40 qr olmaqla ümumi çəkisi 25.50 qr olmaqla 750 əyarlıq boyunbağı +qolbaqdan ibarət qızıl-zinət əşyasına yönəldilməli, həmin əşyaların açıq hərracdan satışından əldə olunacaq vəsaitlə kredit müqaviləsi üzrə tələb olunan borc ödənilməli, həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia əsas hissədə (təxminən 83%) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 48.34 manat dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit və girov müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı kredit (borc) və girov müqaviləsi üzrə 1740 (bir min yeddi yüz qırx) manat əsas borc, 568,40 (beş yüz altmış səkkiz manat qırx qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2358,40 (iki min üç yüz əlli səkkiz manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutulsun. Tutma xx.xx.2022-ci il tarixli, LK № 0180/LK-22 saylı saxlanc müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus dəyəri 2952 (iki min doqquz yüz əlli iki) manat olan 1 ədəd üzərindəki qaşların çəkisi 0.40 qr, ümumi çəkisi 25.50 qr olmaqla 750 əyarlıq boyunbağı və qolbaqdan ibarət qızıl-zinət əşyasına yönəldilsin, həmin əşyalar açıq hərracdan satılsın, borc qızıl-zinət əşyasının satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1596/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1596/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver