Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1618/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı dəymiş borcun tutulması, tutmanın girovla yüklü edilmiş əmlaka yönləndirilməsi və açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının «Əhmədli» filialı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2011-ci il tarixli 1xx/xx/3969/11 saylı kredit müqaviləsi üzrə cavabdehdən 8734,95 (səkkiz min yeddi yüz otuz dörd manat, 95 qəpik) manat əsas borc, 1991,96 (bir min doqquz yüz doxsan bir manat, 96 qəpik) manat faiz borcu, 2442,52 (iki min dörd yüz qırx iki manat, 52 qəpik) manat cərimə borcu, 2847,13 (iki min səkkiz yüz qırx yeddi manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 16016,56 (on altı min on altı manat, 56 qəpik) manat pulun və 138,05 (bir yüz otuz səkkiz manat, 05 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, X1 Cəmiyyəti "xxxx" Kommersiya Bankı qarşısında girov ilə yüklü edilmiş “SKODA FABİA” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik CFN188867, ban TMBJD45JXB3155304 olan ** CE *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə və avtomobilin açıq hərracdan satılmasına; ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 iyun 2011-ci il tarixində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 15938 (on beş min doqquz yüz otuz səkkiz) manat kredit verilməsini xahiş etmişdir. Bankın «Əhmədli» filialı ilə Cavabdeh arasında 02 iyun 2011-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/3969/11 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 60 (altmış) ay müddətinə 15938 (on beş min doqquz yüz otuz səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh “SKODA FABİA” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik CFN188867, ban TMBJD45JXB3155304 olan ** CE *** dövlət nömrə nişanlı avtomobili 02 iyun 2011-ci il tarixli 1xx/xx/3969/11 saylı ipoteka müqaviləsi əsasında Banka ipoteka qoymuşdur. Lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixinə Banka 8734,95 (səkkiz min yeddi yüz otuz dörd manat, 95 qəpik) manat əsas borc, 1991,96 (bir min doqquz yüz doxsan bir manat, 96 qəpik) manat faiz borcu, 2442,52 (iki min dörd yüz qırx iki manat, 52 qəpik) manat cərimə borcu, 2847,13 (iki min səkkiz yüz qırx yeddi manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz borcu, ümumilikdə isə 16016,56 (on altı min on altı manat, 56 qəpik) manat borcu qalmışdır. 02 iyun 2011-ci il tarixli 1xx/xx/3969/11 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 5.4.5-ci bəndində isə göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Eyni müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək «Borc alan»ın vəzifəsidir. İddiaçının nümayəndəsi 10 avqust 2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün xx.xx.2023-cü il tarixli e-2(060)-1618/2023 saylı qərardad qəbul olunaraq mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İpoteka predmeti olan “SKODA FABİA” markalı, buraxılış ili 2011-ci il olan, ağ rəngli, ban nömrəsi TMBJD45JXB3155304 olan ** CE *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Lakin Cavabdeh baxış vaxtının yeri və vaxtı barədə məlumatlı olsa da, qeyd edilən tarixdə ipoteka predmetini baxış yerinə gətirməkdən boyun qaçırmışdır. İpoteka predmeti olan avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyini nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin hazırda istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə məhkəmə tərəfindən qeyd olunan avtomobilin faktiki vəziyyətini bilmədən bu formada qiymət qoyulması məqsədəmüvafiq deyil. Çünki ipoteka predmeti olan avtomobil borclu tərəfindən istifadə edildikcə qiyməti dəyişir. Buna yürüşün artması, digər amortizasiya xərcləri və bir sıra müxtəlif faktorlar təsir edə bilər. Həmçinin həmin avtomobildən istifadə edilməsinə davam edildiyi halda qəzaya uğramaq və ya qeyri-rəsmi (etibarnamə yolu ilə) digər şəxsə avtomobilin satılmaq ehtimalı yaranır. Bu əsasları nəzərə alaraq əmlakın hazırki mərhələdə qiymətləndirilməsinə zərurət yoxdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq ipoteka predmetinin qiymətləndirilməsi həyata keçiriləcəkdir. Qeyd edilənləri nəzərə alaraq, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmədən iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2 tələbini müdafiə edərək, iddia ərizəsinin və qeyd edilən ərizənin məzmununa uyğun izaht verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə iştirak edən Cavabdeh əvvəlcə iddiaını qismən qəbul etdiyini, sonra isə xx.xx.2023-cü il tarixli iclasda iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1xx/xx/3969/11 saylı müqavilədən görünür ki, Bank tərəfindən Cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 60 (altmış) ay müddətinə 15938 (on beş min doqquz yüz otuz səkkiz manat kredit verilmişdir. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1xx/xx/3969/11 saylı ipoteka müqaviləsindən görünür ki Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh “SKODA FABİA” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik CFN188867, ban TMBJD45JXB3155304 olan ** CE *** dövlət nömrə nişanlı avtomobili 02 iyun 2011-ci il tarixli 1xx/xx/3969/11 saylı ipoteka müqaviləsi əsasında Banka ipoteka qoymuşdur. **********586 saylı, 11 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə cavabdehin banka 8734,95 (səkkiz min yeddi yüz otuz dörd manat, 95 qəpik) manat əsas borc, 1991,96 (bir min doqquz yüz doxsan bir manat, 96 qəpik) manat faiz borcu, 2442,52 (iki min dörd yüz qırx iki manat, 52 qəpik) manat cərimə borcu, 2847,13 (iki min səkkiz yüz qırx yeddi manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 16016,56 (on altı min on altı manat, 56 qəpik) manat borcu qalmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, məhkəməəmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, qərardadda göstərilən avtomobillərin ekspert baxışına təqdim edilməsi təmin edilməmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və “SKODA FABİA” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik CFN188867, ban TMBJD45JXB3155304 olan ** CE *** dövlət nömrə nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 8734,95 (səkkiz min yeddi yüz otuz dörd manat, 95 qəpik) manat əsas borc, 1991,96 (bir min doqquz yüz doxsan bir manat, 96 qəpik) manat faiz borcu, 2442,52 (iki min dörd yüz qırx iki manat, 52 qəpik) manat cərimə borcu, 2847,13 (iki min səkkiz yüz qırx yeddi manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 16016,56 (on altı min on altı manat, 56 qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2847,13 manat faiz borcu hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə “SKODA FABİA” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik CFN188867, ban TMBJD45JXB3155304 olan ** CE *** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə tələb Azərbaycan Respublikası MM-nin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin göstərişinin icra edilməsi məqsədi ilə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin ehtimallar əssında müəyyən edilməsi əslində qanunun həmin göstərişinin məqsədlərinə cavab vermir və ipoteka saxlayanın mənafelərinə ziddir. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraaatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı riayət edilməlidir. Məhkəmə, qeyd edir ki, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, eləcə də ipoteka predmetinin kimin istifadəsində və hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün olmadığından sözügedən əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsinin qətnamənin icra mərhələsində həyata keçirilməsi məqsədəmüvafiqdir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 2442,52 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 300 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutulması hissəsi qeyri-müəyyən olduğundan rədd edilməlidir. Belə ki, hazırki qətnamə ilə ipoteka predmetinə yönəlməli olan borcun tutulması “SKODA FABİA” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik CFN188867, ban TMBJD45JXB3155304 olan ** CE *** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunan vəsait hesabına mümkün olacaqdır. Ona görədə hərracdan əldə edilmiş vəsait kifayət etmədiyi halda qalan borcun kimdən və hansı qaydada ya məbləğdə tutulmasını müəyyən etmək hazırda mümkün deyil. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 42.5-ci maddəsinə əsasən - Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Qanunun bu norması onu qeyd edir ki, hərraca çıxarılmış əmlak ilkin satış qiymətindəndə yüksək qiymətə satıla bilər, ona görədə hazırda əmlakın alıcı tərəfindən hansı qiymətə əldə ediləcəyidə qeyri müəyyəndir. Məhkəmə, iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 13874,04 manat olduğundan ödənilmiş 131,6 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 6,45 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. LPO Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının «Əhmədli» filialı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2011-ci il tarixli 1xx/xx/3969/11 saylı kredit müqaviləsi üzrə cavabdehdən 8734,95 (səkkiz min yeddi yüz otuz dörd manat, 95 qəpik) manat əsas borc, 1991,96 (bir min doqquz yüz doxsan bir manat, 96 qəpik) manat faiz borcu, 300 (üç yüz manat) manat cərimə borcu, 2847,13 (iki min səkkiz yüz qırx yeddi manat, 13 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 13874,04 (on üç min səkkiz yüz yetmiş dörd manat, 04 qəpik) manat və 131,6 (bir yüz otuz bir manat, 60 qəpik) manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun. X1 Cəmiyyəti "xxxx" Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş “SKODA FABİA” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik CFN188867, ban TMBJD45JXB3155304 olan ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərracdan satılsın. Ödənilmiş dövlət rüsumunun 6,45 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistCavabdeh yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1618/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1618/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver