Məhkəmə qərarları › İş №e-2(060)-162/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-162/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-162/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Dəmirbank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 2243,43 (iki min iki yüz qırx üç manat, 43 qəpik) manat-bundan 791,36 (yeddi yüz doxsan bir manat, 36 qəpik) manat əsas, 713,86 (yeddi yüz on üç manat, 86 qəpik) manat faiz, 624,69 (altı yüz iyirmi dörd manat, 69 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,52 (yüz on üç manat, 52 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 42,44 (qırx iki manat, 44 qəpik) manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli KM004T09170027 saylı Müqaviləyə əsasən bank müştəriyə illik 29% olmaqla, 24 ay müddətinə 1600 (bir min altı yüz) manat məbləğində kredit açmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2243,43 (iki min iki yüz qırx üç manat, 43 qəpik) manat təşkil edir. Bundan 791,36 (yeddi yüz doxsan bir manat, 36 qəpik) manat əsas, 713,86 (yeddi yüz on üç manat, 86 qəpik) manat faiz, 624,69 (altı yüz iyirmi dörd manat, 69 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,52 (yüz on üç manat, 52 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı Dəmir Bank” ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli KM004T09170027 saylı Müqaviləyə əsasən bank müştəriyə illik 29% olmaqla, 24 ay müddətinə 1600 AZN məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir və Cavabdeh xx.xx.2022-ci il tarixə 791,36 AZN əsas, 713,86 AZN faiz, 624,69 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,52 AZN faiz borcu olmaqla kredit üzrə cəmi borcu 2243,43 AZN təşkil edir. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2017ci il tarixli, KM004T09170027 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana, 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1600 manat kredit verilmişdir. - 21 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 18 iyul 2022-ci il tarixə hesablanmış banka 791,36 AZN əsas, 713,86 AZN faiz, 624,69 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,52 AZN faiz borcu olmaqla kredit üzrə cəmi borcu 2243,43 AZN təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2023-cü il tarixli, 9/190 saylı ekspert rəyindən görünür ki, 20 sentyabr 2017-ci il tarixli, KM004T09170027 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu əsas borcu üzrə 791,74 manat əsas, 169,01 manat faiz borcu olmaqla cəmi 960,75 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli KM004T09170027 saylı Müqaviləyə əsasən bank müştəriyə illik 29% olmaqla, 24 ay müddətinə 1600 (bir min altı yüz) manat məbləğində kredit açmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2243,43 (iki min iki yüz qırx üç manat, 43 qəpik) manat təşkil edir. Bundan 791,36 (yeddi yüz doxsan bir manat, 36 qəpik) manat əsas, 713,86 (yeddi yüz on üç manat, 86 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,52 (yüz on üç manat, 52 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən- Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 791,36 manat əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borca dair iddia qaldırılan günədək faiz hesablanması nəzərə alınaraq, cərimə borcunun yaranması və onun məbləği əsaslı hesab oluna bilməz. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın X2 tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1073,89 manat ( 791,36 manat əsas, + 169,01 manat faiz+113,52 manat Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu) olduğundan iddiaçı tərəfindən ödənilmiş 42,44 manat dövlət rüsumunun 30,75 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 11,69 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 791,36 manat əsas, 169,01 manat faiz, 113,52 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu və ödənilmiş 30,75 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 791,36 manat əsas borc, 169,01 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 113,52 manat faiz borcu, cəmi 1073,89 manat borc və ödənilmiş 30,75 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilsin. X2 11,69 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar