Məhkəmə qərarları › İş №e-2(060)-1620/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1620/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1620/2023 02.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 138252-1- 15243/1 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 15 dekabr 2022-ci il tarixə Banka borclu olduğu 2.182,07 (iki min bir yüz səksən iki manat 07 qəpik) AZN məbləğində əsas borc və 7,10 (yeddi manat 10 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 2.189,17 (iki min bir yüz səksən doqquz manat 17 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 41,89 (qırx bir manat 89 qəpik) AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (0 manat 40 qəpik) AZNməbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 138252-CNS-13348 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 % (iyirmi iki faiz) hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 6.400,00 (altı min dörd yüz dollar 00 sent) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli 138252-CNS-13348 №-li “Nağd pul krediti müqaviləsi” üzrə Banka olan borcunun bağlanması məqsədilə Bankla xx.xx.2015-ci il tarixli 138252-1-15243 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 45 (qırx beş) ay müddətinə illik 22 %(iyirmi iki faiz) hesablanması şərti ilə 5.972,00 (beş min doqquz yüz yetmiş iki dollar 00 sent) ABŞ dolları məbləğində kredit verilmiş və verilmiş kredit vəsaiti hesabına onun xx.xx.2014-cü il tarixli 138252- CNS- 13348 №-li “Nağd pul krediti müqaviləsi” üzrə Banka olan borcu silinmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli 138252-1-15243 №-li “Nağd pul krediti müqaviləsi” üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 138252-1-15243/1 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 3.586,24 (üç min beş yüz səksən altı manat 24 qəpik) AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 % (bir faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 18 avqust 2022-ciil tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 15 dekabr 2022-ci il tarixə 2.182,07 (iki min bir yüz səksən iki manat 07 qəpik) AZN məbləğində əsas borc və 7,10 (yeddi manat 10 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 2.189,17 (iki min bir yüz səksən doqquz manat 17 qəpik) AZN məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, göstərilən ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 138252-1-15243/1 №-li Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi ilə əlaqədar “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə yəni, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 3586 (üç min beş yüz səksən altı) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2182 (iki min yüz səksən iki) manat 07 (yeddi) qəpik məbləğində əsas borc və 7 (yeddi) manat 10 (on) qəpik məbləğində faiz borcu və 0 (sıfır) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2189 (iki min yüz səksən doqquz) manat 17 (on yeddi) qəpik məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 138252-1-15243/1 №-li “Nağd pul krediti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 1 (bir) faiz hesablanması şərti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 3586 (üç min beş yüz səksən altı) manat 24 (iyirmi dörd) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsədə, öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi təmin olunmalıdır. Belə ki, Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2182 (iki min yüz iki) manat 07 (yeddi) qəpik məbləğində əsas borc və 7 (yeddi) manat 10 (on) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 2189 (iki min yüz səksən doqquz) manat 17 (on yeddi) qəpik məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 41 (qırx bir) manat 89 (səksən doqquz) qəpik məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx) qəpik məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2182 (iki min yüz iki) manat 07 (yeddi) qəpik məbləğində əsas borc və 7 (yeddi) manat 10 (on) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 2189 (iki min yüz səksən doqquz) manat 17 (on yeddi) qəpik məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 41 (qırx bir) manat 89 (səksən doqquz) qəpik məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx) qəpik məbləğində xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar