Məhkəmə qərarları › İş №e-2(060)-1621/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1621/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1621/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı QSC "xxxx" KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə 17 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC "xxxx" KB Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/128864/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 553.74 manat məbləğində əsas borc, 364.84 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 398.74 manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 171.44 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1488.76 manat məbləğində pulun, 34.89 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialarında olan AZEMİS-dən əldə edilmiş çıxarışdan görünür ki, hazırda Cavabdeh rəsmi qaydada Astara rayonu, Ərçivan qəsəbə ərazi dairəsi, Ərçivan qəsəbəsi ünvanında qeydiyyatdadır. İş üzrə məhkəmənin 17 aprel 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iddiaçı QSC "xxxx" KB-nin nümayəndəsi X2 izahatında bildirdi ki, kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin fərmanının təsir dairəsinə düşüb-düşmədiyi barədə məhkəmə tərəfindən məlumat verilməsi bildirilmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, cavabdehin borclu olduğu kredit müqaviləsi üzrə 553.74 manat məbləğində vəsait Prezidentin fərmanının təsir dairəsinə düşür və həmin məbləğ üzrə restruktruzasiya olunması təklif olunmuşdur. Tərəf ilə əlaqə saxlanmağa çalışılmış, lakin tərəf ilə əlaqə saxlamaq mümkün olmadığından restruktruzasiya müqaviləsi imzalana bilməmişdir. Mülki işin aidiyyatı üzrə Astara rayon Məhkəməsinə göndərilməsinə isə etiraz etmir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamə və SMS xəbərdarlıqdan görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, SMS xəbərdarlıq çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Cavabdeh rəsmi qaydada qeydiyyatı Astara rayonu, Ərçivan qəsəbə ərazi dairəsi, Ərçivan qəsəbəsi olduğundan mülki iş aidiyyatı üzrə Astara Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar