Məhkəmə qərarları › İş №e-2(060)-1635/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1635/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1635/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3225,35 (üç min iki yüz iyirmi beş manat 35 qəpik) manat əsas,1274,59 (bir min iki yüz yetmiş dörd manat 59 qəpik) manat faiz, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 335,70 (üç yüz otuz beş manat 70 qəpik) manat faiz borcunun, cəmi 4835,64 (dörd min səkkiz yüz otuz beş manat 64 qəpik) manat borcun və iş üzrə ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumunun əvəzinin tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 06 iyul 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bundan sonra “Kreditalan”ın müraciəti əsasında maliyyə çətinliyinin yaranması səbəbindən borc ödəlikərinin icrasını təmin etmək məqsədi ilə 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinə dəyişiklik edilərək “Bank” və “Kreditalan” arasında xx.xx.2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixli “Saziş” imzalanmışdır. Qeyd edilən Sazişə əsasən Kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, “Kreditalan” tərəfindən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 3954,80 (üç min doqquz yüz əlli dörd manat, 80 qəpik) manat əsas borcu, 31,88 (otuz bir manat 88 qəpik) manat faiz borcu, 203 (iki yüz üçü) manat gecikmiş əsas borc və 7,32 (yeddi manat 32 qəpik) manat gecikmiş faiz borcu olmaqla cəmi - 4238,97 (dörd min iki yüz otuz səkkiz manat 97 qəpik) manat borc məbləği kapitallaşdırılmış, Kredit müqaviləsi üzrə kapitallaşdırılan məbləğ 284,17 (iki yüz səksən dörd manat 17 qəpik) manat, kreditin ümumi bləği isə 5284,17 (beş min iki yüz səksən dörd manat 17 qəpik) manat təşkil etmişdir. Bundan əlavə Sazişə əsasən Kredit müqaviləsinin 6.10-cu bəndinə dəyişiklik edilərək, müqavilənin müddəti 12 (on iki ay) müddətinə uzadılaraq müqavilə üzrə öhdəliyin icra müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. Sazişin 1.3.1-ci bəndinə əsasən “Kreditalan” xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 3954,80 (üç min doqquz yüz əlli dörd manat, 80 qəpik) manat əsas borcu, 31,88 (otuz bir manat 88 qəpik) manat faiz borcunu, 203 (iki yüz üçü) manat gecikmiş əsas borc və 7,32 (yeddi manat 32 qəpik) manat gecikmiş faiz borcu olmaqla cəmi - 4238,97 (dörd min iki yüz otuz səkkiz manat 97 qəpik) manat borc məbləğini Saziş imzalandığı tarixdən etibarən illik 23% olmaqla hər ay 187,11 (bir yüz səksən yeddi manat, 11 qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə Sazişin 1.5.1-ci bəndinə əsasən zamin Cavabdeh2 “Kreditalan”ın Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədiyi halda bu öhdəliyi icra etməyi öz üzərinə götürmüşdür. Sazişə əsasən tərəflər arasında imzalanmış 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli Kredit müqaviləsinin digər müddəaları və şərtləri dəyişdirilmədən saxlanılmışdır. Kredit müqaviləsinin 3.1.5-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********091 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4835,64 (dörd min səkkiz yüz otuz beş manat 64 qəpik) manat təşkil edir. Bundan 3225,35 (üç min iki yüz iyirmi beş manat 35 qəpik) manat əsas, 1274,59 (bir min iki yüz yetmiş dörd manat 59 qəpik) manat faiz və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 335,70 (üç yüz otuz beş manat 70 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, baxış iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, əsas borca hesablanmış faiz borcunun məbləği çoxdur. Nəzərə alınmasını xahiş etdi. Digər avabdeh Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli Kredit müqaviləsindən görünür ki, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 5000 (beş min) manat kredit verilmişdir. - 06 iyul 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 zamin durmuşdur. Zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. - xx.xx.2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixli “Saziş”dən görünür ki, 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinə dəyişiklik edilərək “Bank” və “Kreditalan” arasında imzalanmışdır. Qeyd edilən Sazişə əsasən Kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, “Kreditalan” tərəfindən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 3954,80 (üç min doqquz yüz əlli dörd manat, 80 qəpik) manat əsas borcu, 31,88 (otuz bir manat 88 qəpik) manat faiz borcu, 203 (iki yüz üçü) manat gecikmiş əsas borc və 7,32 (yeddi manat 32 qəpik) manat gecikmiş faiz borcu olmaqla cəmi - 4238,97 (dörd min iki yüz otuz səkkiz manat 97 qəpik) manat borc məbləği kapitallaşdırılmış, Kredit müqaviləsi üzrə kapitallaşdırılan məbləğ 284,17 (iki yüz səksən dörd manat 17 qəpik) manat, kreditin ümumi bləği isə 5284,17 (beş min iki yüz səksən dörd manat 17 qəpik) manat təşkil etmişdir. Bundan əlavə Sazişə əsasən Kredit müqaviləsinin 6.10-cu bəndinə dəyişiklik edilərək, müqavilənin müddəti 12 (on iki ay) müddətinə uzadılaraq müqavilə üzrə öhdəliyin icra müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4835,64 (dörd min səkkiz yüz otuz beş manat 64 qəpik) manat təşkil edir. Bundan 3225,35 (üç min iki yüz iyirmi beş manat 35 qəpik) manat əsas, 1274,59 (bir min iki yüz yetmiş dörd manat 59 qəpik) manat faiz və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 335,70 (üç yüz otuz beş manat 70 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 06 iyul 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bundan sonra “Kreditalan”ın müraciəti əsasında maliyyə çətinliyinin yaranması səbəbindən borc ödəlikərinin icrasını təmin etmək məqsədi ilə 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinə dəyişiklik edilərək “Bank” və “Kreditalan” arasında xx.xx.2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixli “Saziş” imzalanmışdır. Qeyd edilən Sazişə əsasən Kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, “Kreditalan” tərəfindən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 3954,80 (üç min doqquz yüz əlli dörd manat, 80 qəpik) manat əsas borcu, 31,88 (otuz bir manat 88 qəpik) manat faiz borcu, 203 (iki yüz üçü) manat gecikmiş əsas borc və 7,32 (yeddi manat 32 qəpik) manat gecikmiş faiz borcu olmaqla cəmi - 4238,97 (dörd min iki yüz otuz səkkiz manat 97 qəpik) manat borc məbləği kapitallaşdırılmış, Kredit müqaviləsi üzrə kapitallaşdırılan məbləğ 284,17 (iki yüz səksən dörd manat 17 qəpik) manat, kreditin ümumi bləği isə 5284,17 (beş min iki yüz səksən dörd manat 17 qəpik) manat təşkil etmişdir. Bundan əlavə Sazişə əsasən Kredit müqaviləsinin 6.10-cu bəndinə dəyişiklik edilərək, müqavilənin müddəti 12 (on iki ay) müddətinə uzadılaraq müqavilə üzrə öhdəliyin icra müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. Sazişin 1.3.1-ci bəndinə əsasən “Kreditalan” xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 3954,80 (üç min doqquz yüz əlli dörd manat, 80 qəpik) manat əsas borcu, 31,88 (otuz bir manat 88 qəpik) manat faiz borcunu, 203 (iki yüz üçü) manat gecikmiş əsas borc və 7,32 (yeddi manat 32 qəpik) manat gecikmiş faiz borcu olmaqla cəmi - 4238,97 (dörd min iki yüz otuz səkkiz manat 97 qəpik) manat borc məbləğini Saziş imzalandığı tarixdən etibarən illik 23% olmaqla hər ay 187,11 (bir yüz səksən yeddi manat, 11 qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə Sazişin 1.5.1-ci bəndinə əsasən zamin Cavabdeh2 “Kreditalan”ın Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədiyi halda bu öhdəliyi icra etməyi öz üzərinə götürmüşdür. Sazişə əsasən tərəflər arasında imzalanmış 06 iyul 2018-ci il tarixli 11/0262/KİK nömrəli Kredit müqaviləsinin digər müddəaları və şərtləri dəyişdirilmədən saxlanılmışdır. Kredit müqaviləsinin 3.1.5-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********091 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4835,64 (dörd min səkkiz yüz otuz beş manat 64 qəpik) manat təşkil edir. Bundan 3225,35 (üç min iki yüz iyirmi beş manat 35 qəpik) manat əsas, 1274,59 (bir min iki yüz yetmiş dörd manat 59 qəpik) manat faiz və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 335,70 (üç yüz otuz beş manat 70 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli Cavabdeh2 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixli saziş üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2018-ci il tarixli 11/0262/KİK nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2019-cu il tarixli saziş üzrə 3225,35 manat əsas və 1274,59 manat faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşdən görünür ki, borclunun xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən iddiaçının məhkəməyə iddia ərizəsi verənədək kredit ödənişləri edilməmişdir. Məhkəmə hesab edir ki, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış 335,70 manat tələb olunması hissəsi də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4835,64 manat ( 3225,35 manat əsas+1274,59 manat faiz+335,70 manat Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu) olduğundan iddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 3225,35 manat əsas, 1274,59 manat faiz, 335,70 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu və ödənilmiş 69 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3225,35 manat əsas, 1274,59 manat faiz, 335,70 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 4835,64 manat borc və ödənilmiş 69 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar