Məhkəmə qərarları › İş №e-2(060)-1637/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1637/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1637/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2018-cı il tarixli kredit kartına dair müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh3 300 manat əsas borc, 156,31 manat faiz borcu, xx.xx.2018-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7130,87 manat əsas borc, 182,86 manat faiz borcunun və 97,70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, bank rəhbərliyi ilə aralarında şifahi razılıq əldə olunub. X3 qızı onun anasıdır. Onun anasına məxsus olan hər hansı bir mənzil yoxdur. İddiaçının qeyd etdiyi 13-cü mikrorayon ərazisində yerləşən mənzil isə 2021-ci ilin aprel ayında satılıb. O, banka yaxınlaşıb iddiaçı tərəfindən cavabdeh kimi qeyd edilən Cavabdeh2 zaminlikdən çıxarılması ilə bağlı ərizə yazmışdır. Bu zamana qədər Cavabdeh2 bankdan kredit götürə bilmirdi. Sözügedən ərizə yazılıdıqdan sonra bankdan iki dəfə kredit götürmüşdür. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı göndərilə bildirişlər onlara çatmayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. İşdən göründüyü kimi iddiaçı ilə X3 qızı arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu Əzim- X1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zaminliyi öz üzərinə götürmüşdür. X3 qızı xx.xx.2019-cu il tarixində vəfat etmiş və onun iddiaçı qarşısında kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmışdır. Cavabdeh1 və Cavabdeh3 Əzim-X1 vərəsələridir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2018-cı il tarixli kredit müqaviləsinə əsasən borcun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir. Belə olan halda iddiaçı həmin müqavilə üzrə borcu öncə Əzim-X1 vərəsələri olan Cavabdeh1 və Cavabdeh3 pretenziya qaydasında tələb etməli, borc vərəsələr tərəfindən ödənilmədiyi təqdirdə zamin də cavabdeh kimi cəlb edilməklə hər üç cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Lakin, iş materiallarında iddiaçının xx.xx.2018-cı il tarixli kredit müqaviləsi üzrə borcu Cavabdeh1 və Cavabdeh3 tələb etməsi barədə hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya) həlli qaydasına əməl etməmişdir. Bu səbəbdən iddia ərizəsi xx.xx.2018-ci il tarixli müqavilə üzrə borcun tələb edilməsi hissəsində MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi xx.xx.2018-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7130,87 manat əsas, 182,86 manat faiz borcunun tutulması hissəsində baxılmamış saxlansın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar