Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-174/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi öz aralarında barışıq sazişi bağlandığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflər tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 2.1. xx.xx.2011-ci il tarixli, 326/ZB saylı kredit müqaviləsi üzrə 15515.26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas, 8.229,71 (səkkiz min iki yüz iyirmi doqquz manat, 71 qəpik) manat faiz, cəmi 23.744,97 (iyirmi üç min yeddi yüz qırx dörd manat, 97 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdehlər təsdiq edirlər. 2.2. İddiaçı Cavabdeh1 tərəfindən ona ünvanlandığı ərizəni nəzərə alaraq xx.xx.2011-ci il tarixli, 326/ZB saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 23.744,97 (iyirmi üç min yeddi yüz qırx dörd manat, 97 qəpik) manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 4.115 (dörd min bir yüz on beş) manat ödəməklə, qalan 15.515,26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas borcun və ona sistem üzrə hesablanacaq faiz borclarını hər ay xx.xx.2036-cı il tarixinə qədər aylıq ödənişlə, aylıq ödəniş 339,60 (üç yüz otuz doqquz manat, 60 qəpik) manat olmaqla ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2011-ci il tarixli, 326/ZB saylı tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 4.114,71 (dörd min bir yüz on dörd manat, 71 qəpik) manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdehlər tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdehlər onlara verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2011-ci il tarixli, 326/ZB saylı kredit müqaviləsi üzrə güzəşt olunan cəmi 4.114,71 (dörd min bir yüz on dörd manat, 71 qəpik) manat məbləğində faiz borcuna güzəşt edilməsi bank tərəfindən ləğv edilir və həmin məbləğ 15.515,26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas borcun qalığı ilə birlikdə banka Cavabdeh2 tərəfindən ödənilir. 2.6. Cavabdehlər təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqavilələri üzrə öhdəliklərin təminatı olan və Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 80.39 kv.m ümumi, 53.13 kv.m yaşayış, 27.26 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 72 nömrəli evin, 78 saylı mənzilinə yönəldilməsinə və həmin mənzilinin açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, bir ay ərzində alıcıya təhvil verilməsinə etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, 15.515,26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas borc və ona hesablanmış faizlər cavabdehlər tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 80.39 kv.m ümumi, 53.13 kv.m yaşayış, 27.26 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 72 nömrəli evin 78 saylı mənzili cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 2.8. Cavabdehlər təsdiq edirlər ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan bank tərəfindən ödənilən 161 (bir yüz altmış bir) manat məbləğində dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər cavabdehlər tərəfindən ödəniləcək. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. AR MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Mülki iş materiallarından görünür ki, hazırki iddiaya görə 161.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və sair tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 2.1. xx.xx.2011-ci il tarixli, 326/ZB saylı kredit müqaviləsi üzrə 15515.26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas, 8.229,71 (səkkiz min iki yüz iyirmi doqquz manat, 71 qəpik) manat faiz, cəmi 23.744,97 (iyirmi üç min yeddi yüz qırx dörd manat, 97 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdehlər təsdiq edirlər. 2.2. İddiaçı Cavabdeh1 tərəfindən ona ünvanlandığı ərizəni nəzərə alaraq xx.xx.2011-ci il tarixli, 326/ZB saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 23.744,97 (iyirmi üç min yeddi yüz qırx dörd manat, 97 qəpik) manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 4.115 (dörd min bir yüz on beş) manat ödəməklə, qalan 15.515,26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas borcun və ona sistem üzrə hesablanacaq faiz borclarını hər ay xx.xx.2036-cı il tarixinə qədər aylıq ödənişlə, aylıq ödəniş 339,60 (üç yüz otuz doqquz manat, 60 qəpik) manat olmaqla ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2011-ci il tarixli, 326/ZB saylı tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 4.114,71 (dörd min bir yüz on dörd manat, 71 qəpik) manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdehlər tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdehlər onlara verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2011-ci il tarixli, 326/ZB saylı kredit müqaviləsi üzrə güzəşt olunan cəmi 4.114,71 (dörd min bir yüz on dörd manat, 71 qəpik) manat məbləğində faiz borcuna güzəşt edilməsi bank tərəfindən ləğv edilir və həmin məbləğ 15.515,26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas borcun qalığı ilə birlikdə banka Cavabdeh2 tərəfindən ödənilir. 2.6. Cavabdehlər təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqavilələri üzrə öhdəliklərin təminatı olan və Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 80.39 kv.m ümumi, 53.13 kv.m yaşayış, 27.26 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 72 nömrəli evin, 78 saylı mənzilinə yönəldilməsinə və həmin mənzilinin açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, bir ay ərzində alıcıya təhvil verilməsinə etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, 15.515,26 (on beş min beş yüz on beş manat, 26 qəpik) manat əsas borc və ona hesablanmış faizlər cavabdehlər tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 80.39 kv.m ümumi, 53.13 kv.m yaşayış, 27.26 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 72 nömrəli evin 78 saylı mənzili cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 2.8. Cavabdehlər təsdiq edirlər ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan bank tərəfindən ödənilən 161 (bir yüz altmış bir) manat məbləğində dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər cavabdehlər tərəfindən ödəniləcək. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 161.50 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-174/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-174/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver