Məhkəmə qərarları › İş №e-2(060)-1767/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1767/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1767/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 23.01.2020-ci il tarixli 003R********** saylı krеdit razılaşmasının, 01.12.2020-ci il tarixli 003R**********SB saylı sazişin, 30.04.2021-ci il tarixli 003R**********SC saylı sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 003R********** saylı krеdit razılaşması üzrə 3896,53 manat məbləğində krеdit bоrcu, 673,27 manat məbləğində faiz bоrcu və 713,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5282 (beş min iki yüz səksən iki) manat 87 (səksən yeddi) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 72,83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 08.11.2018-ci il tarixli 003L**********43 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur, Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 23.01.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərli ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.06.2020-ci il tarixli 003R**********S saylı, 26.08.2020-ti il tarixli 003R**********SA saylı, 01.12.2020-ci il tarixli 003R**********SB saylı. 30.04.2021- ci il tarixli 003R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozuruq kredit razılaşması üzrə ödəmələri dələlərlə yubatmış, kredit borcu və faiz burcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.07.2021 -ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 1103,47 manat ödəmiş, onun 3896,53 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki. Cavabdeh3 kredit borcu və faiz borcundun ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19.01.2022-ci il tarixə 180 gün üçün hesablanmış faiz borcu 673,27 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 19.01.2022-ci il tarixə 180 gün üçün hesablanmış cərimə 713,07 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin yanmbəndinə əsasən kredit alan müvafiq olanıq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Məmişov lihtibar Valeh oğlu zaminhk müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət gülürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün hank qarşısında cavabdeh X1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasını iştirakları olmadn keçirib, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Əvəz oğlu bildirdi ki, 2020-ci il tarixdə bankdan kredit götürmüşdür. Təxmini 3000 manat borcu olduğunu bildirdi. Pandemiya ilə əlaqədar aylıq 100 manat pul ödəmişdir. Təxminən 4-5 aydır ki, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini qeyd etdi. Borcun ödənilməsi üçün vaxt verilməsini, borcun hissə-hissə ödənilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 08.11.2018-ci il tarixli 003L**********43 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 23.01.2020-ci il tarixli kredit razılaşmasından görünür ki, borcluya 18 ay müddətinə, aylıq faiz dərcəsi 1.9167 faizlə, 5000 manat kredit verilmişdir. - Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1 ilə bağlanmış zaminlik müqavilələrinə görə zamin bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Onlar, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. - 31.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 3896,53 manat məbləğində krеdit bоrcu, 673,27 manat məbləğində faiz bоrcu və 713,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5282,87 (beş min iki yüz səksən iki manat, səksən yeddi qəpik) borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 23.01.2020-ci il tarixli 003R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində krеdit götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Borcun təminatı üsulu kimi bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər-Cavabdeh2 və Cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 23.01.2020-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərini icra etməyərək kredit razılaşmasının tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 23.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada vaxtından əvvəl tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 13 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 4582,8 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 72,83 manat dövlət rüsumunun 65,83 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 7 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 23.01.2020-ci il tarixli 003R********** saylı krеdit razılaşması, 01.12.2020-ci il tarixli 003R**********SB saylı saziş, 30.04.2021-ci il tarixli 003R**********SC saylı saziş ləğv edilməli, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 003R********** saylı krеdit razılaşması üzrə 3896,53 manat məbləğində krеdit bоrcu, 673,27 manat məbləğində faiz bоrcu və 13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4582,8 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 72,83 manat məbləğində dövlət rüsumunun 65,83 manat əvəzi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulmalı, ödənilmiş 7 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 23.01.2020-ci il tarixli 003R********** saylı krеdit razılaşması, 01.12.2020-ci il tarixli 003R**********SB saylı saziş, 30.04.2021-ci il tarixli 003R**********SC saylı saziş ləğv edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 003R********** saylı krеdit razılaşması üzrə 3896,53 manat məbləğində krеdit bоrcu, 673,27 manat məbləğində faiz bоrcu və 13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4582,8 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 72,83 manat məbləğində dövlət rüsumunun 65,83 manat əvəzi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 7 manat hissəsi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar