Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-192/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin alınmasına ödənilmiş ilkin ödəniş 20 400 (iyirmi min dörd yüz) manat, kredit ödənişi 15 271,34 (on beş min iki yüz yetmiş bir manat otuz dörd qəpik) (566,78*23=13035,94 558,85*4=2235,40 13035,94+2235,40=15 271,34) manat, ödənilmiş dövlət rüsumu 198 manat ümumilikdə 35 869,34 (otuz beç min səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qızı X2 ilə 11 iyun 2022-ci il tarixdə Səadət sarayında (Bakı nikah evi) 778 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikaha daxil olmuşdur. İddiaçı 2021-ci il avqust ayının əvvəli cavabdehin qızı ilə nişanlandıqdan sonra ev almağı planlaşdırırdı. O, bir çox mənzillərə baxdıqdan sonra Xırdalan şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili bəyənib ev sahibi ilə behləşmişdir. Mənzilin dəyəri 68 000 (altmış səkkiz min) manat təşkil edirdi, lakin iddiaçının əlində olan pul həm toy etmək həm də ev almaq üçün kifayət etmirdi. Bu səbəbdən evi ipoteka yolu ilə almaq məcburiyyətində qalmışdır. İddiaçının müraciət etdiyi banklar mənzili ipoteka yolu ilə almaq üçün onun məvacibinin uyğun olmadığını bildirdilər. Belə olduğu halda iddiaçı evi atası və ya qardaşının adına rəsmiləşdirmək istəyi ilə banka yenidən müraciət etmiş, lakin bank ata və qardaşının da aldıqları məvacibin yetərli olmadığından imtina etmişdir. İddiaçının qaynatası Cavabdeh bunu biləndə onun aldığı məvacibin yüksək olduğunu və mənzili onun adına ala biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı biraz fikirləşib razı olmuşdur. Bu cür razılaşmaya səbəb isə iddiaçı ilə cavabdehin həm bir kəndçi olmaları həm də qohumluq münasibətlərindən irəli gələn inam olmuşdur. Bundan başqa cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, kredit borcu tam ödənildikdən sonra o, mənzili iddiaçının adına rəsmiləşdirəcəkdir. Kreditin məbləği və şərtləri iddiaçı ilə razılaşdırıldıqdan sonra mənzilin dəyərinin (68 000 manat) 30%-i təşkil edən 20 400 manat məbləğində pul iddiaçı tərəfindən ABB-nın kassasına ödənilmiş, iddiaçının imzası ilə təsdiqlənmiş və bununla da alqı-satqı müqaviləsi formal olaraq etibar etdiyi qayınatası Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı mənzili aldıqdan sonra öz vəsaiti hesabına əsaslı təmir etdirmiş, çatışmayan bəzi əşyaları almış və hələ nikaha daxil olmamışdan həmən mənzilə köçüb orada yaşamağa başlamışdır. 11 iyun 2022-ci il tarixdə keçirilmiş toy mərasimindən sonra cavabdehin qızı X2 da həmin mənzilə köçmüşdür. Evliliklərinin ilk vaxtlarında İddiaçıla Cəfərova Səmayə arasında normal ailə münasibətləri olsa da İddiaçı bir müddət sonra onun xasiyyətində ciddi dəyişikliklər müşahidə etməyə başlamışdır. Bu dəyişiklik münasibətlərinin gərginləşməsinə, səbəbsiz söz-söhbətlərə və dava-dalaşa gətirib çıxarmışdır. Bu gərgin ər-arvad münasibəti səbəbindən 2023-cü il dekabr ayında iddiaçı yaşadığı və özünə məxsus mənzilini tərk etmək məcburiyyətində qalmışdır. Bir müddət sonra ailə münasibətlərinin bərpa olması, ərarvad kimi birgə yaşamaları və ailənin mövcudluğunu qoruyub saxlamaq qeyri-mümkün olduğundan hər ikisinin razılığı ilə 07 aprel 2024-cü il tarixdə nikahları 7 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi olaraq pozulmuşdur. Bildirmək istəyir ki, evin bütün kredit və kommunal xərcləri alındığı gündən 2023-cü il dekabr ayınadək (dekabr ayı daxil) iddiaçı tərəfindən ödənilmişdir. Hazırda mübahisəli mənzil faktiki olaraq cavabdeh və qızının istifadə və sahibliyindədir. Bu da həm müvafiq sənədlərlə həm də şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin, mübahisəli əmlakın alqı-satqısı zamanı ödənişlər də iddiaçı tərəfindən ödənilmiş, qəbzlər də iddiaçı tərəfindən imzalanmışdır. Bu da ABB-ya ödənilən 30% yəni 20 400 (iyirmi min dörd yüz) manat ilkin ödəniş qəbzində öz əksini tapır. Qeyd etdikləri bütün xüsusatların öz əksini tapması üçün iddiaçı tərəfin kifayət qədər ümumi tanışları olan, mötəbər şahidləri vardır. Həmin şahidlər məhkəmədə həqiqətən də sözügedən evin iddiaçıya məxsus olduğunu, sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini təsdiq edə bilərlər. Ümumiyyətlə, cavabdeh əmlakın alınmasında, təmirində, kredit ödənişində iştirak etməmişdir. Hesab edirlər ki, əgər Cavabdeh iddiaçının formal olaraq onun adına rəsmiləşdirdiyi əmlakına onun etibarından sui-istifadə edərək sahiblənmək niyyətindədirsə, o halda onun həmin mənzilə görə ödədiyi ilkin ödənişi, kredit ödənişlərini və mənzilin təmir işlərinə çəkdiyi xərcləri geri qaytarmalıdır.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbnin təmin edilərək qarşılıqlı iddia tələbi üzrə cavabdeh X4 4000 azn və ödənilmiş dövlət rüsumuna görə 60 manat pulun hüquqlarını təmsil etdiyi qarşılıqlı iddia tələbi üzrə iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçı hüquqlarını təmsil etdiyi şəxs iş üzrə Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilin alınmasına ödənilmiş ilkin ödəniş 20 400 (iyirmi min dörd yüz) manat, kredit ödənişi 15 271,34 (on beş min iki yüz yetmiş bir manat otuz dörd qəpik) (566,78*23=13035,94 558,85*4=2235,40 13035,94+2235,40=15 271,34) manat, ödənilmiş dövlət rüsumu 198 manat ümumilikdə 35 869,34 (otuz beç min səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində pulun alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddia tələbini qəbul etmir. Hesab edir ki, həmin iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iddia ərizəsində qeyd olunanların heç bir hüquqi əsası və sübutu yoxur. Buna görə də, həmin iddia ərizəsi təmin edilə bilməz. İddia ərizəsində qeyd olunan mənzil cavabdehin xüsusi mülkiyyətindədir və həmin mənzilin alınması ilə bağlı tərtib edilmiş müqavilələr cavabdehin həqiqi iradə ifadəsi əsasında onun özü tərəfindən imzalanmış, habelə mənzilə görə ödənilmiş ilkin ödəniş və digər ödənişlər cavabdehin özü tərəfində həyata keçirilmişdir. İddiaçının iddia tələbində göstərilən guya iddiaçının və yaxın qohumlarının aylıq rəsmi qazancının ipoteka və kredit müaqavilələrinin bağlanmasına imkan verdmədiyinə görə formal olaraq həmin müqavilələrin cavabdehin təklifi ilə sonuncunun adından bağlanması ağıla batan deyildir və bununla bağlı hər hansı mötəbər sübuta rast gəlinmir. İddiaçının qeyd olunan kredit və ipoteka müqavilələrinin bağalanması üçün kifayət qədər aylıq rəsmi gəlirləri olmuş və onu qeyd olunanlarla bağlı dəlilləri əsassızdır. İddiaçı rəsmi olaraq dövlət işində həkim vəzifəsində çalışmışdır. İlkin iddia tələbi üzrə iddiaçının dedikləri yalandan başqa bir şey deyildir. Əgər onun mənzil almaq istəyi olsa idi, öz vəsait hesabına öz adına mənzil ala bilərdi. İddiaçı cavabdehin qızı ilə boşanması səbəbindən qərəzli olaraq hazırkı əsassız iddia tələbi ilə cavabdehi süründürmək üçün məhkəməyə vermişdir. Əslində iddiaçının cavabdehin qızı ilə ayrılmasına səbəb iddiaçının səhətində yaranmış problemlər və həmin problemlər səbəbindən cavabdehin qızı ilə ər-arvad münasibətində ola bilməməsi səbəbindən onların nikahları pozulmuş, habelə onların ailə münasibətlərinin pozulmasına səbəb onu sağlamlığında yaranmış problemlər üzündən iddiaçının kişi cinsindən olan insanlara çox diqqət çəkməsi və öz həyat yoldaşından uzaqlaşmasına və son nəticə etibarı ilə onların təzə qurulmuş ailələrinin dağılmasına səbəb olmuşdur. Əslində iddiaçının ailə münasibətlərinin pozulması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərin heç bir əsası yoxdur. Buna görə də iddiaçı keçmiş həyat yoldaşına qarşı hayıf çıxmaq məqsədi ilə sonuncunun atası iş üzrə cavabdeh qarşı hazırkı əsassız pul tələbi irəli sürülmüşdür. Bu günki gündə iddiaçı cavabdehə 4000 manat məbləğində pul verməlidir. Belə ki, iddiaçı cavabdehin qızı ilə birgə nikah dövründə öz adına hundai sonata markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomil alınarkən pul çatmadığı üçün ilkin iddia tələbi üzrə iddiaçıdan 4000 manat məbləğində geri qaytarmaq şərt ilə pul almış, lakin hazıradək həmin pul vəsaitini geri qaytarmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, tarix tam yadında deyildir. Bu ev üçün ilkin təmaslara 2021-ci ilin may ayında başlamışlar. Qarşı tərəf bildirir ki, ilk iddia üzrə iddiaçı hətta həmin evdə kirayə yaşayır, ev yiyəsini tanıyır, evin alınmadan öncəki təmirsiz vəziyyətindən məlumatı vardır, ev yiyəsi ilə birlikdə banka belə getmişdir. 2020-ci ilin oktyabr ayında rezidentura mərhələsini bitirmişdir. Onlara təxminən 2021-ci ilin fevral, mart aylarına təyinat verilmişdir. Problemlər də həmin zamanlardan başlamışdır. Banklar da ipoteka üçün son 6 ayda kəsintisiz iş yerlərinə baxırlar. Ev çox ucuz olduğu müddətdə 6 ayı tamam olmamışdır. Sənədlərin təşkili mərhələsi isə iki ay qədər çəkmişdir. Çünki müraciət edən zaman evin çıxarışı olmamışdır. Ev sahibi çıxarış alacağına dair söz vermiş və həmin proses 1 ay çəkmişdir. Ona görə də yekun olaraq avqust ayının 3-də evin alqı-satqısını etmişlər. Azərbaycan Beynəlxalq Bankına müraciət etmiş, sənədləri çıxarda bilməmiş və əllərində videoçəkilişlər yoxdur. Mobil operator şəbəkələrinə səs yazılarının təqdim edilməsi ilə bağlı müraciət etmişdir. Atası ilə, Ramazan müəllimlə, atasının Ramazan müəllimlə danışıqları vardır. Pulu gətirən adam taksi şoferi olduğu üçün onu şahid kimi gətirməmişdir. Onun yığdığı pul atasında və anasında olmuş, özündə olmamışdır. Həmin gün isə pul ona rayondan gətirilmişdir. Alqı-satqı prosesi notarius vasitəsi ilə həyata keçirilir və kamera qarşısında kimlik təsdiqlənir. Ramazan müəllimin adına aldıqları üçün, Ramazan müəllim orada iştirak etmişdir. Həmin evi almamışdan öncə atasının aldığı kreditin müəyyən miqdarda üstünü düzəltmişdir. Ev yiyəsi ilə alqı-satqı üçün getmişdir. Hətta ev sahibinin maşınını belə xatırlayır. Əgər həmin evdə kirayə yaşayırdısa, nə üçün bu məlumatları bilməlidir. Ramazan müəllimin qızı ilə 2022-ci ilin iyun ayında evlənmişdir. Təxminən 10 ay sonra evlənmişdir. Yanvar və fevral aylarına kimi isə o evdə yaşamamışdır. Lakin evin ödənişini də o etmişdir. Qarşı tərəf isə bildirir ki, bu məbləğlər kirayə haqqıdır. Qalmadığı evdə nə üçün kirayə haqqı ödənişi etsin. Qaz smart kart tiplidir. Orada da üz tanıma sistemi yoxdur. Ev pulu və su pulunun isə hər biri onun kartından ödənilmişdir. Sərfiyyatlara nəzər yetirilsə, hansı müddət orada yaşaması və yaşamaması müəyyən oluna bilər. Birinci ayın ödənişini nə vasitəsi ilə etdiyi tam olaraq yadında deyildir. Ramazan müəllimin yaşam sığortası da daxil bütün ödənişləri öz kartından etmişdir. Hər ayın 1-i ödəniş olunmalı idi. Standard olaraq gecikməmiş və hər ayın 1-i ödəniş etmişdir. Qəbzlərdə ilkin ödəniş 22400 manat ödəniş olduğu göstərilir. Bunun da bir səbəbi vardır. İpoteka fondunun tələbinə görə 2013-cü ildən öncə tikilən binalar üçün 30 faiz ilkin ödəniş istəyirlər. Evi 70 min manata danışmışlar. Bunu makler də təsdiq edə bilər ki, o bildirmişdir ki, alacağı paydan imtina edir və nə alacaqsa ev sahibindən alacaqdır. Evə bank tərəfindən qiymətləndirmə gəlmiş və 68 min manata ev qiymətləndirilmişdir. İban üzərindən ipoteka ödənişi etdikdə qarşı tərəfin doğum tarixi tələb olunur. İpoteka kodunu və doğum tarixini yazaraq ödənişlər edilir. Boşanmağa qərar verməyi isə cəmi 2 gün çəkmişdir. Bir gün içərisində etdikləri hərəkətləri qəbul etməmiş və boşanmışdır. Buna qarşılıq həmin prosesin baş verəcəyini və ailənin dağılacağını düşünməmişdir. Anası dövlət qulluqçudur. Yaş müddəti olduğu üçün anasına ev verməmişlər. Atası da fərdi sahibkardır. Ödəniş tam bağlanmış və davam etməkdədir. Noyabr ayında məhkəmə prosessi olmuş və qarşı tərəf ona qarşı cehiz və əmlak tələbi barədə iddia qaldırmışdır. Qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, avtomobili 2023-cü ilin mart ayının 18-də almışdır. Maşını almadan öncə əlində müəyyən miqdarda pul vəsaiti olmuş və müəyyən miqdarda bankdan kredit götürmüşdür. Qarşı tərəf isə qızı ilə nikahda olmadığı vaxtdan öncə ödəniş etdiyi 4000 manatı tələb edir. Halbuki həmin məbləğ 4256 manat təşkil edir. Həmin məbləğin Ramazan müəllimin kartına haradan gəldiyi də görünür. Bu isə Paşa Sığortadan gəlmişdir. Evi 2021-ci il tarixdə almış və noyabr ayında təmirə başlamışlar. Ustanın səhvindən su açıq qalmış və alt qonşunun evini su basmışdır. Paşa Sığorta dəymiş ziyan olaraq 4256 manat ödəniş etmişdir. Həmin məbləğ Ramazan müəllimin kartına gəlmiş və oda ödənişi onun kartına yükləmişdir.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, qarşı tərəfin adından çıxış edərək, borcun ödənilməsi təmin edilmişdir. 2023-cü ilin dekabr ayında son ödəniş həyata keçmiş, lakin ondan sonra ödənişlər olmamışdır. 2024-cü ilin aprel ayının 7-də rəsmi olaraq tərəflər boşanmışdır. Qısa müddətdə bir yerdə yaşamış və övladları da olmadığı üçün Asan Xidmətdə boşanmışlar.
8. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili işə mülki işə onların iştirakları olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10.29.07.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 200 manat miqdarında dövlət rüsumu ödəmişdir.
11. İddiaçı məxsus olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, hesab xx.xx.2021-ci il tarixdə açılmış və xx.xx.2024-cü il tarixdə bağlanmışdır. xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2020-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə ipoteka ödənişi üçün müvafiq olaraq 502.99, 7.93 və 55.86 manat məbləğlərində ödəniş olunmuşdur. 12.Bank Respublika tərəfindən verilmiş hesab üzrə çıxarışdan görünür ki, X3 debet dövriyyəsi 13100.18 manat, kredit dövriyyəsi, 13101 manat, çıxış qalıq isə 0.82 manat olmuşdur. 13.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021ci il tarixdə rəsmiləşdirilmişdir. 14.Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh 22400 manat ipoteka üçün ilkin ödəniş və 238 manat xidmət haqqı ödəmişdir. 15.“X9” MMC tərəfindən verilmiş 3824 nömrəli, 17 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən ünvan 6 ünvanı, əvvəlki müqaviləyə əsasən bina 2, blok 11, mənzil 13 ünvanı ilə eynidir. 16."xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, M 10-026/24 nömrəli hesabatdan görünür ki, 2022-ci il avqust – 2023-cü il dekabr tarixinə orta aylıq kirayə dəyəri 500 manat təşkil etmişdir. 17.İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli № 07 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 saylı mənzilin real bazar qiyməti 10800 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 saylı mənzilin likvid dəyəri 98000 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 saylı mənzilə oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və s hallar nəzərə alınmaqla) mənzillərin aylıq kirayə haqqı 500 manat təşkil etmişdir. 18.“X9” MMC tərəfindən verilmiş 4233 nömrəli, 07 mart 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən ünvan 6 ünvanı 18 avqust 2021-ci ildə Cavabdeh tərəfindən alınmış, ona məxsusdur və MTK-nın qeydiyyatındadır. Kommunal ödənişləri Cavabdeh tərəfindən ödənilmişdir.
19. Məhkəmə iş materiallarını araşdırıb ilkin iddia üzrə iddiaçının və onun nümayədəsi və vəkilinin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddia tələbləri təmin olunmamalıdır.
20. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mənzilin alınmasına ilkin ödənişi və kredit ödənişini mübahisəli mənzilin onun adına alına bilinmədiyi üçün, cavabdehin adına aldığını və ödənişlərini də etdiyini bildirərək, ondan pul tələb edir. Mübahisəli mənzil isə İddiaçı ilə Cəfərova (Əliyeva) Sərmayə Ramazan qızının nikahlarından öncə Cavabdeh adına çıxarışla rəsmiləşdirilmişdir.
21. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir.
22. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli plenum qərarının 5.5-ci bənində qeyd olunur ki, nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə "müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
26. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar).
27. Həmin Qərarda qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
28. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
29. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
30. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
31. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
32. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
33. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
34. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
35. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
36. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
37. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
38. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. ...Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ərarvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür”.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
41. Həmin Məcəllənin 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
42. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.
43. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.
44. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qızı X1 arasında 11 iyun 2022-ci il tarixdə 778 akt qeydi ilə nikah bağlanmış və hər iki tərəfin razılığı ilə 07 aprel 2024-cü il tarixdə nikah 7 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi olaraq pozulmuşdur.
45. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına tam payda xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzlərə əsasən müəyyən edilir ki, Cavabdeh 22400 manat ipoteka üçün ilkin ödəniş və 238 manat xidmət haqqı ödəmişdir.
46. İddiaçı iddia edir ki, 2021-ci il avqust ayının əvvəli cavabdehin qızı ilə nişanlandıqdan sonra ev almağı planlaşdırmışdır. Xırdalan şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili bəyənib ev sahibi ilə behləşmişdir. Mənzilin dəyəri 68 000 (altmış səkkiz min) manat təşkil etmiş, lakin iddiaçının əlində olan pul həm toy etmək həm də ev almaq üçün kifayət etməmişdir. Bu səbəbdən evi ipoteka yolu ilə almaq məcburiyyətində qalmışdır. İddiaçının müraciət etdiyi banklar mənzili ipoteka yolu ilə almaq üçün onun məvacibinin uyğun olmadığını bildirdilər. Belə olduğu halda iddiaçı evi atası və ya qardaşının adına rəsmiləşdirmək istəyi ilə banka yenidən müraciət etmiş, lakin bank ata və qardaşının da aldıqları məvacibin yetərli olmadığından imtina etmişdir. İddiaçının qaynatası Cavabdeh bunu biləndə onun aldığı məvacibin yüksək olduğunu və mənzili onun adına ala biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı biraz fikirləşib razı olmuşdur. Bu cür razılaşmaya səbəb isə iddiaçı ilə cavabdehin həm bir kəndçi olmaları həm də qohumluq münasibətlərindən irəli gələn inam olmuşdur. Bundan başqa cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən kredit borcu tam ödənildikdən sonra o, mənzili iddiaçının adına rəsmiləşdirəcəkdir. Kreditin məbləği və şərtləri iddiaçı ilə razılaşdırıldıqdan sonra mənzilin dəyərinin (68 000 manat) 30%-i təşkil edən 20 400 manat məbləğində pul iddiaçı tərəfindən ABB-nın kassasına ödənilmiş, iddiaçının imzası ilə təsdiqlənmiş və bununla da alqı-satqı müqaviləsi formal olaraq etibar etdiyi qayınatası Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı mənzili aldıqdan sonra öz vəsaiti hesabına əsaslı təmir etdirmiş, çatışmayan bəzi əşyaları almış və hələ nikaha daxil olmamışdan həmən mənzilə köçüb orada yaşamağa başlamışdır.
47. İlkin iddia üzrə iddiaçı məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin alınmasına ödənilmiş ilkin ödəniş 20 400 (iyirmi min dörd yüz) manat, kredit ödənişi 15 271,34 (on beş min iki yüz yetmiş bir manat otuz dörd qəpik) (566,78*23=13035,94 558,85*4=2235,40 13035,94+2235,40=15 271,34) manat, ödənilmiş dövlət rüsumu 198 manat ümumilikdə 35 869,34 (otuz beç min səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
48. Göründüyü kimi, tərəflər arasındakı mübahisənin həlli sözügedən mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak sayılıb-sayılmaması, ümumi əmlakın bölgüsü dedikdə ər-arvadın hansı hüquq və öhdəliklərinin bölünməsinin nəzərdə tutulduğu, eləcə də nikah dövründə qazanılmış əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tələblər irəli sürülməsinin mümkünlüyü məsələlərinə veriləcək hüquqi qiymətdən asılıdır və bu səbəblə də işin faktiki hallarının İddiaçı iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu yoxlanılmalıldır.
49. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 nömrəli mənzilin İddiaçıla Sərmayə Cəfərovanın nikahda olduqları müddətdən əvvəl əldə edildiyi işin müəyyən olunmuş halıdır.
50. Kirayə ödənişi ilə bağlı tərəflərin ilkin və qarşlıqlı iddia tələbləri üzrə iddia tələbinə dair mülahizələrini məhkəmə əsaslı hesab etmir.
51. Məhkəmə qeyd edir ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur.
52. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən, əşya üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş əsaslar üzrə əldə edilir və bu hüququ təsdiq edən əsas sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdır. Mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
53. İlk iddia üzrə iddiaçı mənzilin alınmasında maliyyə iştirakının olduğunu iddia etmiş, lakin bunun hüquqi əsasını sübut edəcək alqı-satqı müqaviləsi, yazılı razılaşma, ya da digər əqdləri təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz iddiasını və ya etirazını əsaslandıran halları sübuta yetirməlidir. İş üzrə təqdim olunmuş sübutlar qiymətləndirildikdə məlum olur ki, çıxarış və ödəniş qəbzləri ilk iddia üzrə Cavabdeh adınadır.
54. MM § 386.1 (Öhdəliyin əmələ gəlmə əsasları). Öhdəlik ya müqavilə, ya delikt, ya da qanunla müəyyən edilir. İddiaçı cavabdehin mənzili öz adına almaq barədə şifahi razılaşmasını müqavilə kimi təqdim etməmişdir. Qanunda yazılı müqavilə tələb olunan əqdlərdə şifahi razılaşma yolverilməzdir.
55. Məhkəmə yalnız iş materiallarında təqdim olunmuş yazılı və digər sübutları nəzərdən keçirə bilər. Şifahi razılaşma və ya sözlər MPM üzrə yalnız əlavə sübutlarla təsdiq oluna bilər. İddiaçının əsaslandırmasında şifahi razılaşmanın mövcudluğunu göstərən videoyazı, yazışma və ya digər obyektiv sübutlar təqdim olunmadığından, məhkəmə ilkin iddia tələbini əsaslı saymır. Əgər yazılı müqavilə yoxdursa, iddiaçı bank qəbzləri, yazışmalar, ekspert rəyləri, tərəflərin izahatları əsasında ümumi əmlak iddiasını sübuta yetirməlidir. İddiaçıda bank qəbzləri olsa da, tərəflər arasında mənzilin formal olaraq cavabdehin adına rəsmiləşdirilməsi barədə yazılı sənəd yoxdur.
56. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçının təqdim etdiyi yazılı əsasların çatışmazlığı səbəbindən iddianı sübuta yetirmək sadəcə hesabatı əhatə edən çıxarışa əsasən mümkün deyildir.
57. Ona görə də məhkəmə qeyd olunanları ümumiləşdirib, belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçı iddiasını təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etməmiş və bu səbəbdən də iddiasını sübuta yetirə bilməmişdir.
58. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı da bildirir ki, eyni qaydada ilk iddia üzrə cavabdeh avtomobil alınarkən 4000 manat məbləğində pulu iddiaçıdan tələb edərkən, öz iddiasını sübuta yetirə bilməmişdir.
59. Belə ola halda, məhkəmə hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
60. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
61. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Behbudova