Məhkəmə qərarları › İş №e-2(060)-1934/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1934/2025

25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1934/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2 MMC təsisçisi İddiaçı1 Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-yə məxsus BMW 528 minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən vurulmuş ziyana görə 3940 (üç min doqquz yüz qırx) manat,14 iyul 2024-cü il tarixli, 463/24 nömrəli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nin 4.8-ci bəndin tələblərini pozaraq 10 dəfə ani surət və ani tormoz verərək qəza şəraiti yaratdığına görə 500 (beş yüz) manat, həmin müqavilənin 2.2.4, 4.3 və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə müqavilə ilə nəzərdə tutulan 2000 (iki min) manat məbləği, AR Mülki Məcəlləsinin 21-ci maddəsi nəzərə alınmaqla 1200 (bir iki yüz) manat məbləğiəldən çıxmış fayda olaraq, ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunun, ümumilikdə isə 7737 (yeddi min yeddi yüz otuz yeddi) manat məbləğiCavabdeh tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən əsasən) iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar