Məhkəmə qərarları › İş №e-2(060)-194/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-194/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-194/2023 11.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz və 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz və 12.98 manat cərimə borcu, məhkəmədə iddia verilməsindən ötrü ödənilmiş 42,87 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2329,47 manatın cavabdehdən tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, mülki iş 14.10.22-ci il tarixdə məhkəmə icraatına qəbul edilərək hazırlıq iclası xx.xx.2022-ci il tarixə, baxış iclası 21.12.22-ci il tarixə təyin edilərək iddiaçının nümayəndəsinin iştirakının zəruriliyi diqqətə çatdırılmış, əsaslandırılmış qərardad qəbul edilməklə baxış iclası 11.01.23-cü il tarixə təxirə alınmışdır. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməyək, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.5-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********63 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 42,87 manat rüsum ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 42,87 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114, 259-260cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. xx.xx.2022-ci il tarixli, **********63 nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 42,87 (qırx iki manat, səksən yeddi qəpik) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar