Məhkəmə qərarları › İş №e-2(060)-1954/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1954/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1954/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əliyeva (Paşayeva) Ülviyyə Hümbət qızı, nümayəndəsi Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı-cavabdeh Əliyeva (Paşayeva) Ülviyyə Hümbət qızının cavabdeh-iddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə” dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X2 qarşı “alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən tutulmasına” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddiaçı Əliyeva (Paşayeva) Ülviyyə Hümbət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(060)- 3123/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 235 manat olmaqla, ümumilikdə 705 manat alimentin tutulması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ü.H.Paşayevaya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(060)-3123/2020 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 verilməsinə dəyişdirərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı ilə müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh övladları-xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 510 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(060)-3123/2020 saylı qətnamə ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X2 verilməsi barədə qətnamə qət olunmuşdur. xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri İcra İdarəsinin aktına əsasən Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülmüşdür. Qeyd edir ki, cavabdeh fərdi işlə məşğuldur, yaxşı qazanc əldə edir, özü təqaüddə olan hərbiçidir, yaxşı gəliri vardır, 1100 manatdan artıq təqaüd alır. Bundan başqa ticarətlə məşğuldur, əlavə qazanc əldə edir. Lakin uşaqlarına heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Bu gün də göstərmək istəmir. Bu səbəbdən uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə yaxşı qazanc əldə edir. Onun qazancı hər ay 1200-1500 manat təşkil edir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət qədər deyildir. Belə ki, 2020-ci ildən hazırki 2024-cü il tarixədək qiymətlər kifayət qədər artdığından 2020-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3123/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş 170 manat miqdarında aliment uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və təyin olunmuş aliment miqdarının artırılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədə İddiaçı (Paşayeva) və nümayəndəsi Nümayəndə1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdilər. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək qarşılqılı iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt Şəhər məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(060)-3123/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X7, 17. 07. 2014-cü il təvəllüdlü X11 və 19. 07. 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X2 verilməsi barədə qətnamə qət olunmuşdur. Məhkəmə tərəfindən qeyd olunan aliment təyin olunan vaxt o, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissənin mayor rütbəsində hərbi qulluqçusu idi. Aylıq məvacibi 960 (doqquz yüz altmış) manat civarında idi. Hal-hazırda isə o, xəstəliyi ilə bağlı təqaüdə çıxarılmışdır. Aylıq pensiyası 1100 (bir min yüz) manat təşkil edir. Müharibə veteranıdır. Digər gəlir yeri yoxdur. İkinci dəfə ailə qurmuşdur. Onun həyat şəraiti dəyişdiyindən o, əvvəlki miqdarda təyin olunmuş alimenti artıq ödəyə bilmir. Ona görə də məcburiyyətdən borcu yaranmışdır. “Kapital Bankdan xx.xx.2022-ci il tarixdə GTKR4822818A299 saylı kredit müqaviləsinə əsasən 5000 (beş min) manat məbləğində nağd kredit və BBUM4822949A299 saylı müqaviləsinə əsasən 5000 manat birkart kredit götürmüşdür. 22 il Vətəninə qüsursuz hərbi xidmət etmişdir. Qarabağ müharibəsi iştirakçısıdır. Səhhəti ilə bağlı problemləri var. Öz ehtiyaclarını bir yandan, anasına hər ay maddi yardım göstərməkdə və onun ehtiyaclarını qarşılamaqda çox çətinlik çəkir. Ona görə ki, anasının və onun ayrı- ayrılıqda kredit borcları da vardır. Qeyd etmək istəyir ki, cavabdeh Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələr şöbəsində işləyir. Cavabdeh hər ay hesablasaq vergi işçilərinə əlavə yardımla 1500 (min beş yüz) manatdan çox maaş alır. Hazırda sabit pul məbləğində müəyyən edilmiş alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı ilə müəyyən olunmasına zərurət yaranmışdır. Onun müharibə iştirakçısı olduğunu, cavabdehin aylıq əmək haqqısını nəzərə alaraq hesab edir ki, 3 uşağa görə qazancının yarısı aliment tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı (Paşayeva) qarşılıqlı iddia ərizəsinə qarşı etiraz verərək bildirdi ki, sabiq əri Seymur Qarabağ döyüşlərində iştirak etməyib, о arxa cəbhədə maşınların təmiri ilə məşğul olub. Müharibə dövründə bir, iki dafa qisa müddatli döyüş bölgəsinə ezam olunub. Ancaq döyüş meydanında yaxın qohumları kimi döyüşməyib və şahid olmayıb. Bunun səbəbini isa özü yaxşı bilir, onu müddətdən artıq qulluqda saxlamayıblar. Bundan öncədə Naxçıvanda qulluq edan zaman atası -Paşayev Ramizin həbsdə olmasını bilmişdilər. Onların müraciətlərindən sonra ailə vəziyyətlərini nəzərə alaraq onu xidmətdə saxlamışdılar. Demak olar ki, xidməti daim arxa cəbhədə olub. Bildirir ki, həm özü, həm də anası xəstədilər, bankdan 5000 manat pul götürüblər. Ancaq eşitdiyinə görə yeni evləndiyi qadın üçün bu pulu götürüblər, onun çatan-çatmayan qızıl-zinyət əşyalarını alaraq gəlin gətirmişlər. Eşitdiyinə göra Xuramana tanıdıqları sual verəndə ki, 3 qiz uşağı olan ataya nə yaxşı qız gəlib, bildirib ki, o, onu qızıla-brilyantla bəzəmişdir ki, görsünlər ki, onun oğlu həqiqi sevgilisini tapib. 4 il müddətində bir dəfə də olsun övladları üçün ürəyi sizlamayan, görməyən ata artıq ürəyi daşlaşmış heykəldir. Doğulduğu gündən 40 gün keçən zaman sonuncu övladı Selcanı görmüş va bundan sonra onun necə böyütməsindən xəbəri yoxdur. Hal-hazırda utanmadan bəyan edir ki, evlənmişdir, hətta bununla fəxr edir kimi hər yerdə danışır. O, cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsi ilə razı deyildir. Bilir ki, cavabdeh öz manafeyini müdafiə edir. Öz övladını sevməyən ata nə anasinı, nə də ki yaxınlarını sevə bilməz. 3 ilə yaxındır ki, evə köçürülmə alsa da, onları yaxına buraxmır, yalnız orada alver edir, qazanc əldə edir, öz keyfinə va problemlərinə xərcləyir. Doğurdan da bir vətən oğlu olsaydı, özünü Tik-Tok səhifəsinə qoyub, o, müharibə veteranıdır, özünü Prezident adminstrasiyasının qarşısında yandıracaq deyə - icra məmurlarını şantaj etməzdi. Onlar isə məcbur olub kirayə pulu verib kirayədə yaşamazdılar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan AZ-İ № 422370 saylı, xx.xx.2022-ci il tarixdə “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “3 nömrəli ailə sağlamlıq mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 121-də yaşayan xx.xx.2019-cu il təvəllüdlü X8 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində “Atopik dermatit” diaqnozu ilə dispanser qeydiyyatdadır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı X1 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddia tələbi rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X2 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. İş materiallarında şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh təqaüdçüdür və 1135,51 manat təqaüd alır. Eyni zamanda Vətən müharibəsi iştirakçısına görə 80 manat müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X9 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı-cavabdeh İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda cavabdeh-iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin sabit pul məbləğində deyil onun aylıq qazancına yönəlməsini xahiş etsə də, məhkəmə qarşılıqlı iddia tələbini təmin etmir və hesab edir ki, iddiaçı-cavabdehin tələbinə əsasən sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasında 2024-cü il üçün “X10” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını və iddiaçı-cavabdehin işləməsini və aylıq məvacibinin yetərli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3123/2020 saylı iş üzrə qəbul etdiyi 08 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3123/2020 saylı iş üzrə qəbul etdiyi 08 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əliyeva (Paşayeva) Ülviyyə Hümbət qızına verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum iddiaçı Əliyeva (Paşayeva) Ülviyyə Hümbət qızının özünə aid edilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X2 qarşı “alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən tutulmasına” dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar