Məhkəmə qərarları › İş №e-2(060)-1967/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1967/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1967/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissəsi: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Şı̇ rəlı̇ yeva Xatı̇ rə Xanlar qızına, Cavabdeh2, Salahova Rəsmı̇ yyə Şahlar qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Şı̇ rəlı̇ yeva Xatı̇ rə Xanlar qızına, Cavabdeh2, Salahova Rəsmı̇ yyə Şahlar qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən X.Salahova 36 ay müddətinə 818 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair” 08 avqust 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Kredit müqaviləsinin 4-cü maddəsində əsasən X7 müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 11 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş 622,53 manat əsas borc olmaqla, cəmi 622,53 manat borcu qalmışdır. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Göstərilənlərə əsasən mərhum X4 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 622,53 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1967/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Şı̇ rəlı̇ yeva Xatı̇ rə Xanlar qızına, Cavabdeh2, Salahova Rəsmı̇ yyə Şahlar qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi” ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2016cı il tarixli, 08-6-11-075097 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 36 ay müddətinə, illik 29% ödəmək şərti ilə 818 manat məbləğində kredit verilmişdir.

10. İşin materiallarında olan ilkin kreditor "xxxx" ASC ilə yeni kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə tələb hüquqların ötürülməsinə dair müqavilənin surətindən görünür ki, bu müqavilə üzrə yalnız ilkin kreditora 15.000 manat məbləğədək borc öhdəliyi qalan borcalanlara qarşı tələb hüquqları ötürülür.

11. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ № 891485 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 iyul 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.

12. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 Banka 622,53 borcu vardır.

13. İş materiallarındakı Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən verilmiş 14 yanvar 2018-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vərəsələri- Salahova Rəsmı̇ yyə Şahlar qızı, Şı̇ rəlı̇ yeva Xatı̇ rə Xanlar qızı və Cavabdeh2 miras əmlakdan - ünvan 1 ünvanına 1/3 hissədə pay almalıdırlar.

14. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 08-6-11-075097 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 36 ay müddətinə, illik 29% ödəmək şərti ilə 818 manat məbləğində kredit verilmiş, ilkin kreditor "xxxx" ASC ilə yeni kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə tələb hüquqların ötürülməsinə dair müqaviləyə əsasən bu müqavilə üzrə yalnız ilkin kreditora 15.000 manat məbləğədək borc öhdəliyi qalan borcalanlara qarşı tələb hüquqları ötürülmüş, X7 13 iyul 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmiş, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Şı̇ rəlı̇ yeva Xatı̇ rə Xanlar qızına, Cavabdeh2, Salahova Rəsmı̇ yyə Şahlar qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmələrinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onların banka 622,53 manat məbləğində borcları qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

22. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

23. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

25. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Şı̇ rəlı̇ yeva Xatı̇ rə Xanlar qızından, Cavabdeh2, Salahova Rəsmı̇ yyə Şahlar qızından birgə qaydada 622,53 (altı yüz iyirmi iki manat, əlli üç qəpik) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Şı̇ rəlı̇ yeva Xatı̇ rə Xanlar qızından, Cavabdeh2, Salahova Rəsmı̇ yyə Şahlar qızından birgə qaydada 622,53 (altı yüz iyirmi iki manat, əlli üç qəpik) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar