Məhkəmə qərarları › İş №e-2(060)-1978/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1978/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1978/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz və 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz və 12.98 manat cərimə borcu, məhkəmədə iddia verilməsi üçün ödənilmiş 42,87 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2329,47 manatın cavabdehdən tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48% ödəmək şərti ilə 4200 (dörd min iki yüz) manat və xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48% ödəmək şərti ilə 1619 (bir min altı yüz on doqquz) manat məbləğində kredit verilmişdir. İddiaçı hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh hər iki kredit müqaviləsi üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Bu səbəbdən də cavabdehin iddiaçı təşkilata girov qoyduğu qızıl-zinət əşyaları onun razılığı əsasında satılaraq, kredit müqaviləsi üzrə borc məbləğindən silinmişdir. Buna baxmayaraq hazırda xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz və 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz və 12.98 manat cərimə borcu olmaqla, ümumilikdə iki kredit üzrə cəmi 2286.6 manat kredit borcu qalmaqdadır. Dəfələrlə, cavabehə iddaiçıya olan qalıq borcunu bağlaması barədə xəbərdarlıq olunmasına baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Azərbaycan Mikro-Kredit” BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edərək izahatında, həmçinin məhkəmə çıxışını xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərək qeyd etmişdir ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48% ödəmək şərti ilə 4200 (dörd min iki yüz) manat və xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48% ödəmək şərti ilə 1619 (bir min altı yüz on doqquz) manat məbləğində kredit verilmişdir. İddiaçı hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh hər iki kredit müqaviləsi üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Bu səbəbdən də cavabdehin iddiaçı təşkilata girov qoyduğu qızıl-zinət əşyaları onun razılığı əsasında satılaraq, kredit müqaviləsi üzrə borc məbləğindən silinmişdir. Buna baxmayaraq hazırda Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz və 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz və 12.98 manat cərimə borcu olmaqla, ümumilikdə iki kredit üzrə cəmi 2286.6 manat kredit borcu qalmaqdadır. Dəfələrlə, cavabehə iddiaçıya olan qalıq borcunu bağlaması barədə xəbərdarlıq olunmasına baxmayaraq, onun bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddianı müdafiə etdiyini və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixə ərizə ilə müraciət edərək, işlərin çoxluğu səbəbindən məhkəmənin baxış iclasına gələ bilmədiklərini, ona görə də iddiaçının nümayəndəsinin iştirakı olmadan baxıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2022-ci il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, pretenziya məktubu ilə iddia ərizəsindəki məbləğin müqayisəsindən görünür ki, qeyd edilən yüksək 77.9 qram (nisbi olaraq) azalma qızıl-zinət əşyalarının girov predmeti olaraq naməlum formada realizəsi ilə azaldılmışdır. Belə ki, borclunun bilavasitə ödənişi olmamışdır. Hərrac təşkilatına etdikləri müraciətə əsasən bildirilmişdir ki, tərəflər arasında hər hansı qızıl-zinət əşyalarının açıq auksion keçirilməmişdir. Sifariş daxil olmamışdır. Əmlakın hansı mütəxəssis tərəfindən əsasla müqayisəli tədqiqat üsulu ilə qiymətləndirilməsi, orta bazar qiyməti hansı formada müəyyən edilməsi, hansı formada, hansı hərracda keçirilməsi və girov predmeti üzrə sərəncamı kimin verməsi bilinmir və əvvəllərdə məlumatlandırılmamışdır. "xxxx" BOKT MMC-dən əmlakın girov qoyulması, qiymətinin müəyyən edilməsi, hansı hərrac təşkilatında və ya hansı formada satılması, borcunun azaldılması barədə sorğu verərək bütün sənədlərin tələb edərək, işin ədalətli, obyektiv və tərəflərin hüquqlarının tam təmin edərək araşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasına iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmasına etiraz etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən satılması barədə tərəfin notarial qaydada razılığı olmalıdır. Müqavilədə belə bir bənd olmasa bu Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. 80 qram qızıl olmuşdur. Mərkəzi bankın gündəlik uçot dərəcəsi mövcuddur. Qızıllar həmin qiymətdən iki dəfə aşağı qiymətə satılmışdır. İşin obyektiv araşdırılmasını xahiş etmişdir. İddia tələbini qəbul etmirlər. İddianın rədd olunmasını xahiş etmişdir. Qarşı tərəf haqqında xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli HO0003042-2022 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, borcalana 24 ay müddətinə, illik 48% olmaqla 4200 manat məbləğində kredit verilmişdir və o, həmin krediti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə, o qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli HO0003175-2022 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, borcalana 24 ay müddətinə, illik 48% olmaqla 1619 manat məbləğində kredit verilmişdir və o, həmin krediti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə, o qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli HO0003042-2022 saylı kredit müqaviləsi üzrə Cavabdeh təşkilata 1610.93 manat əsas borc, 22.56 manat faiz borcu, 20.94 manat cərimə borcu olmaqla, cəmi 1654.43 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli, HO0003175-2022 çərçivə kredit və girov müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, borcalan Cavabdeh 24 ay müddətinə götürdüyü 1619 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən hər ay 97.36 manat, sonuncu ay isə 97.21 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, HO0003042-2022 çərçivə kredit və girov müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, borcalan Cavabdeh 24 ay müddətinə götürdüyü 4200 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən hər ay 248.08 manat, sonuncu ay isə 248.14 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC -nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun "xxxx" MMC-yə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. "xxxx" BOKT MMC-nin girovun ilkin qiymətləndirilməsinə dair 05 aprel 2022-ci il tarixli aktdan görünür ki, kulon 55 manat, sırğa 174.9 manat, boyunbağı 8851 manat, boyunbağı 1010 manat, komplekt 875.6 manat qiymətləndirilməklə qaşlı çəki ümumi 56.6, qaşsız çəki 56.5 manat cəmi 3000.6 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" BOKT MMC-nin girovun ilkin qiymətləndirilməsinə dair 12 aprel 2022-ci il tarixli aktdan görünür ki, girov qoyulan predmetlərin ümumi dəyəri 1156.5 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış razılıq ərizəsindən görünür ki, kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan əlavələrdə müəyyən olunmuş öhdəliklərini lazımınca yerinə yetirməsə "xxxx" BOKT MMC tərəfindən göndərilmiş çağırış üzrə müəyyən olunmuş vaxtda gəlmədiyi halda, girov saxlayanın borcunu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada girovu satmaq səlahiyyəti vardır. Qızıl-zinət əşyaları onun şəxsi mülkiyyətindədir. Nikaha daxil olmamışdan əvvəl əldə edilmişdir. Üçüncü şəxslərin həmin əşyalara iddiası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 284.3-cü maddəsinə əsasən girov saxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə nəzərdə tutulan hallarda istifadə edə bilər. Girov qoyanın tələbi ilə o, istifadə haqqında hesabat verməlidir. Müqaviləyə əsasən girov saxlayanın üzərinə əsas öhdəliyin ödənilməsi məqsədilə və ya girov qoyanın mənafeləri üçün girov predmetindən bəhər və gəlir götürmək vəzifəsi qoyula bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 20 sentyabr 2022-ci il tarixə iddiaçı "xxxx" BOKT MMC -yə xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz, 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz, 12.98 manat cərimə borcu olmaqla, ümumilikdə 2286.6 (iki min iki yüz səksən altı manat altmış qəpik) manat borcu yaranmış, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəlillərinə dair etirazı əsaslandıra bilməmiş, işin araşdırılan hallarına əsasən öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəflərin hüquq və bərabərliyinin təmin edilməsi məqsədi ilə müqavilə öhdəliyi üzrə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı cavabdehin məlumatlandırılması, girov qoyulmuş əşyaların qiymətləndirilməsində cavabdehin iştirak edərək, müqavilə şərtlərini öz arzu istəyi ilə imzalanması öz təsdiqini tapmış, işin mübahisələndirməyən halları ilə bağlı cavabdeh tərəfin etirazı, sadəcə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmaq xarakteri daşımışdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən öz təsdiqini tapmayaraq, sübut olunmamışdır. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz, 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz, 12.98 manat cərimə borcu olmaqla, ümumilikdə 2286.6 (iki min iki yüz səksən altı manat altmış qəpik) manat borc və 42.87 (qırx iki manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz, 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz, 12.98 manat cərimə borcu olmaqla, ümumilikdə 2286.6 (iki min iki yüz səksən altı manat altmış qəpik) manat borc və 42.87 (qırx iki manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar