Məhkəmə qərarları › İş №e-2(060)-1994/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1994/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1994/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.160 manat məbləğində verilmiş sığorta ödənişinin və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən 20.07.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Ford Transit» markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sığorta müddətində 09.02.2019-cu il tarixdə Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Ford Transit» markalı, **-JG-*** dövlət qeydiyyat nömrə nişanlı, «Kia Picanto» markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı və «Mercedes Benz C180» markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Sumqayıt DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Bundan başqa 0, hadisə yerini tərk etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar 1.685 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin məbləğdən 525 manat Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Bundan başqa iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 hadisə yerini tərk etmədiyini, avtomobilin dostuna məxsus olduğunu, hadisə olan zaman dostunun da onu yanında əyləşdiyini, onun sərxoş olduğunu və avtomobili etibarnaməsiz idarə etdiyini bildirdi. Məhkəmə, Cavabdeh2 izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 04.03.2019-cu il tarixli, 190411 №-li sığorta aktından görünür ki, Cavabdeh1 adına olan «Ford Transit» markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 20.07.2018ci il tarixindən 20.07.2019-cu ilə kimi "xxxx" ASC-də sığortalanmış və 09.02.2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 istifadəsində olmuş «Kia Picanto» markalı, **- BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 985 manat ödəniş edilmişdir. - Həmin sığorta aktından görünür ki, 09.02.2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X3 istifadəsində olmuş «Mercedes Benz C180» markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 450 manat ödəniş edilmiş və 09.02.2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X5 mülkiyyətində olmuş «Ford Transit» markalı, **-JG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 250 manat ödəniş edilmişdir. - 14.03.2019-cu il tarixli, 00954 №-li ödəniş tapşırığından görünür ki, X2 985 manat sığorta ödənişi edilmişdir. - 14.03.2019-cu il tarixli, 00967 №-li ödəniş tapşırığından görünür ki, X4 450 manat sığorta ödənişi edilmişdir. - 14.03.2019-cu il tarixli, 00966 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-yə 250 manat sığorta ödənişi edilmişdir. - Qüsur aktından görünür ki, «Kia Picanto» markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 985 manat məbləğində müəyyən edilmişdir. - Dəymiş zərərin hesablanmasına dair hesabat aktından görünür ki, «Mercedes Benz C180» markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 450 manat məbləğində müəyyən edilmişdir. - Dəymiş zərərin hesablanmasına dair hesabat aktından görünür ki, «Ford Transit» markalı, **-JG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 250 manat məbləğində müəyyən edilmişdir. - 11.02.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 100 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. - Sumqayıt DYPŞ-nin əməkdaşları tərəfindən Cavabdeh2 barəsində 11.02.2019-cu il tarixli inzibati xəta haqqında AP-0068825 №-li inzibati xəta haqqında protokoldan görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən sığortalanmış avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində «Ford Transit» markalı, **-JG-*** dövlət qeydiyyat nömrə nişanlı, «Kia Picanto» markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı və «Mercedes Benz C180» markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərə ziyan dəymişdir. İddiaçı tərəfindən zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar 1.685 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin məbləğdən 525 manat Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci maddələri ilə təqsirli bilinərək ilə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Digər Cavabdeh1 «Ford Transit» markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə etibarnamə hüququ ilə sahiblik edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, Cavabdeh2 tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh2 buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 1.160 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin Cavabdeh1 sahibliyindən hüquqa zidd götürülməsində təqsiri işin faktiki halları və təqdim olunmuş sənədlərlə sübuta yetmir. Odur ki, Cavabdeh1 vurulmuş zərər üçün məsuliyyət daşımır. Belə ki, məhkəmə Cavabdeh2 sözügedən avtomobili etibarnaməsiz idarə etməsini və hadisə yerindən yayınmasını əmlakın mülkiyyətçisinə münasibətdə hüquqa zidd hərəkət nəticəsində mənbənin onun sahibliyindən çıxması kimi qiymətləndirir. Ona görə də iddia Cavabdeh1 qarşı hissədə əsassızdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, ödənilmiş 31.60 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1.160 manat məbləğində sığorta ödənişi və ödənilmiş 31.60 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar