Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-201/2024 12.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 12 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5360 (beş min üç yüz altmış) manat və 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, ona müraciət edərək 2800 (iki min səkkiz yüz) manat borc pul istəmişdir. Borcunu bir il müddətinə kimi qaytaracağını bildirmişdir. O və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 2800 (iki min səkkiz yüz ) manat bir il müddətinə borc müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən həmin məbləğin 1640 ( bir min altı yüz qırx manat) pulu ödədikdən sonra, yenidən ona müraciət edərək problemlərinin olduğunu və ona 4200 ( dörd min iki yüz) manat məbləğində də pul lazım olduğunu bildirmiş və ona köməklik etməyini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2022-ci il tarixdə 4200 ( dörd min iki yüz) manat məbləğində aralarında borc müqaviləsi bağlanaraq həmin məbləği cavabdehe vermişdir. Cavabdeh almış olduğu 4200 ( dörd min iki yüz) manat pulu bir il müddətinə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavavdeh xx.xx.2021-ci il tarixli müqavilədən qaliq borcu 1160 (bir min yüz altmış manat) məbləğində borc qalmışdır. xx.xx.2022-ci il tarixli müqavilədən olan 4200 (dörd min iki yüz) manat məbləğ puldan isə ümumiyyətlə ödəniş etməmişdir. Beləliklə cavabdehin ümumilikdə 5360 (beş min üç yüz altmış) manat olan borcunu qaytarmamışdır. Borcunu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirərək, borcunu qaytarmaqda maraqlı olmadığını və buna görə də onunla əlaqələrini kəsməkdədir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı X2 aızı məhkəməyə iddia ərizəsi ilə miiraciət edərək, ondan 5360 manat miqdarında pul tələb etmişdir. Onun bu iddiası tamamilə əsassız və yalanlardan ibarətdir və iddia ərizəsində yazdıqları da bir cəfəngiyyatdır desə haqsız sayılmaz. O, xx.xx.2021-ci il tarixində iddiaçıdan 2000 (iki min) manat (15%) və xx.xx.2022- ci ildə isə 2200 (iki min iki yüz) manat (10%) faiz olaraq pul götürmüş, lakin həmin tarixdə hər iki borcumu ümumi hesablayaraq kağızda 4200 manata imza çəkmiş və bunun müqabilində də özünə məxsus maaş kartını iddiaçıya girov olaraq xx.xx.2021-ci ildən etibarən vermişdir. Hansısa ayda maaşı gec köçsə idi, o, ən azından ona yəni iddiaçıya əlbəəl həmin pulların faizindən verirdi. Bunu iddiaçı da öz iddia ərizəsində qismən, yəni 1700 (min yeddi yüz) manat hissədə etiraf etmişdir. Belə ki, o, iddiaçıya 7 dəfə 300 manatdan olmaqla ümumilikdə 2100 (iki min yüz) manat pulu əlbəəl ödəmiş və 7-8 min manatdan artıq da pulu onun maaş kartından çəkmişdir. Bundan sonra elə olmuşdur ki, o, işdən çıxmalı olmuş və həmin vaxt iddiaçı ona bildirmişdir ki, sənin 500 manat borcun qalıb kökdən onu da hiss-hissə ödəyərsən bitər. O, iddiaçının bu fikri ilə razılaşmış və ona 50 manatdan 3-4 ay ödəməyə başlasa da, ona olan inam və etibarı səbəbilə terminallardan ödədiyi qəbzləri əlində saxlamamışdır. Sonuncu dəfə 50 manat atdıqdan sonra ona məhkəmədən sms gəlmiş və iddiaçı ilə dəfələrlə əlaqə yaratmağa çalışsa da, bu şəxs ondan qaçmağa, yayınmağa başlamışdır. Hal-hazırda onun tərəfə heç bir manat borcu belə yoxdur. Ondan ümumilikdə 4200 (dörd min iki yiiz) manat pul götürmüş olsa da, iddiaçıya ümumilikdə 10.000 (on min) manatdan artıq faizilə birgə (maas kartından çəkdiyi pullar və əlbəəl ödədiyi 2100 manat, sonuncu ödədiyi xx.xx.2023-cü il tarixli 50 manatlıq qəbz) bu illər ərzində pullar ödəmişdir. Bütün bu qədər olanlar bir tərəfə, onunla bağlı bir çox insan var ki, bu şəxsin onun kimi qurbanıdır və onlar bununla əlaqədar olaraq aiddiyyatı üzrə Vergilər Nazirliyinə və AR DİN vanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə belə şikayət ərizəsini verəcəklər. Yuxarıda yazılanları nəzərə alaraq İddiaçı Əliaga qızının ona qarşı pul tələbinə dair iddiası tamamilə əsassız olduğundan rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vərərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh atasının xəstəliyi və onun müalicəsi ilə əlaqədar ondan xx.xx.2021-ci ildə 2800 manat borc almış və həmin pulu 1 il ərzində qaytaracağına söz vermişdir. Cavabdeh borcdan 1640 manat ödəmiş, 1160 manat pul isə ödənilməmiş qalmışdır. Cavabdeh ilk dəfə götürdüyü borcu tam ödəməmiş, yenə atasının müalicəsi üçün pul lazım olduğunu bildirmiş və borcunu yavaş-yavaş ödəyəcəyini demişdir. Onu da qeyd edir ki, cavabdeh ona çox yalvarmış, cavabdehə inandığı üçün 1-ci dəfə götürdüyü borcu tam ödəməmiş ona yenidən borc pul vermişdir. Daha sonra cavabdeh 1 il onun zənglərinə cavab verməmişdir. Cavabdehlə əlaəq saxlayanda isə borcunu ödəyəcəyini bildirərək məhkəməyə müraciət etməməyi xahiş etmiş, hətta onun kartına 50 manat pul ödəmişdir. O, cavabdehin borcdan qaytardığı pulu danmır. Belə ki, cavabdeh 7 ay ərzində ona 1640 manat ödəniş edib, məhkəməyə müraciət etdikdən sonra isə 50 manat kart vasitəsi ilə göndərmiş, ümumilikdə cavabdeh ona 1690 manat pul ödəmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, cavabdehin kartı onda olmayıb və cavabdeh pulları ona əlbəəl verib. Ola bilsin ki, cavabdehin kartından 1-2 dəfə pul çıxarmışdır. Həmin pulları də borcun məbləğini hesablayarkən nəzərə almışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Borcu ilə əlaqədar maaş kartı iddiaçıda olub və kartında olan pulları iddiaçı çıxarmışdır. Bununla bağlı sübutu ancaq bankomatda olan videogörüntülər ola bilər. Bundan başqa o, iddiaçıya 7 ay əlbəəl 300 manat pul vermişdir. Borc alandan sonra maaş kartı cavabdehdə olub, hər ay maaşını cavabdeh alıb. O, həmin vaxt “Socar”da işləmişdir. Maaşının əksər hissəsini cavabdeh çıxarıb. Bir neçə iş yoldaşı da iddiaçıdan faizə pul götürüb. Həmin vaxt pula ehtiyacı olduğuna görə yüksəl faizlə borc almalı olub. Onu da bildirir ki, o, iddiaçıya ödəniş edəndə özündə bununla bağlı hər hansı bir qeyd aparmamışdır. O, iddiaçıya ödənişləri çox vaxt əlbəəl ödəmiş, terminaldan ödəyəndə də ödəniş qəbzini atmış, özündə saxlamamışdır. Oktyabr ayında 50 manat ödəniş etməsinin səbəbi odur ki, iddiaçı ona 400-500 manat borcu qaldığını deyib və o, da bu məbləğlə razılaşıb ödəyəcəyini bildirmişdir. Ona görə də 50 manat iddiaçının kartına pul yükləmişdir. Onun iddiaçıya başqa borcu qalmayıb. Bundan başqa o, iddiaçıdan qeyd edilən məbləğdə borc götürməyib. O, iddiaçıdan 2000 manat pul götürüb, qalanı faiz borcudur. Əslində o, iddiaçıdan götürdüyü məbləğdən də artıq pul ödəyib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2021-ci il tarixli əlyazma ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı 1 il ərzində aylıq 234 manat ödəmək şərtilə 2800 manat borc almışdır. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. İşdə olan əlyazma ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə aylıq 584 manat ödəmək və il ərzində qaytarmaq şərtilə 4200 manat borc almışdır. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqavilələri imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında borcu ilə əlaqədar əmək haqqı kartını iddiaçıya verdiyini və kartında olan pulların iddiaçı tərəfindən çıxarıldığını bildirmişdir. Bununla əlaqədar Cavabdeh məxsus ******************** saylı hesabdan pulların çıxarılması ilə bağlı xx.xx.2021-ci il tarixdən hesabın bağlandığı tarixədək çəkilmiş foto və videogörüntülərin "xxxx" ASC-dən götürülməsi barədə Sumqayıt şəhər Məhkəməsi tərəfindən 2(060)-6087/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmiş və həmin qərardadın icrası ilə bağlı məhkəməyə daxil olmuş nağlaşdırma əməliyyatlarının görüntüləri və çıxarışlarından ibarət diskə baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus hesabdan xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə (həmin nağdlaşdırmalar çıxarışda bir və ya bir neçə gün sonra əks olunmuşdur) İddiaçı tərəfindən hər dəfə 234 manat olmaqla pul çıxarılmışdır. xx.xx.2021-ci il tarixli görüntüdə həm İddiaçı, həm də Cavabdeh yer almışdır. Həmin gün hesabdan bankomat vasitəsilə 190 manat pul çıxarılmışdır. xx.xx.2021-ci il tarixli görüntüdə isə yalnız Cavabdeh yer almışdır. Həmin gün hesabdan bankomat vasitəsilə 129 manat pul çıxarılmışdır. xx.xx.2022-ci il tarixli görüntüdə nə İddiaçı, nə də Cavabdeh yer almamışdır. Görüntüdə əks olunan şəxsin kimliyi məhkəməyə məlum deyil. Beləliklə bank tərəfindən məhkəməyə təqdim edilmiş görüntülərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh məxsus əmək haqqı kartından şəxsən İddiaçı tərəfindən 702 (3 x 234) manat pul çıxarılmışdır. İddiaçı isə cavabdeh tərəfindən borcuna görə ona ümumilikdə 1690 manat pul ödənildiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin işlədiyi bütün müddət ərzində əmək haqqı kartının iddiaçıda olması və bütün borcun həmin hesabdan iddiaçı tərəfindən çıxarılması barədə etirazının dəlilləri ilə razılaşmır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya 50 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5310 (5360 - 50) manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5310 (beş min üç yüz on) manat məbləğində borc və 80 (səksən) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-201/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-201/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver