Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2030/2025 19.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CL- EE002695038 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1028.68 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 6.6 manat faiz borcu olmaqla, cəmi 1035.28 manat məbləğində vəsaitin, ödənilmiş 30.36 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, CL-EE002695038 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4elektron təsdiq vasitəsilə (OTP) 18 ay müddətinə illik 21.9 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 404368 nömrəli ölüm haqqından şəhadətnaməyə əsasən X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2770 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli 2V-863 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci ilədək nağd krediti üzrə Banka ödənilməmiş 1028.68 manat əsas borcu və vəfat etdiyi tarixə 6.6 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-46499/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, CL-EE002695038 saylı kredit müqaviləsindən görünür ki, X4 18 ay müddətinə illik 21.9 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir.
4. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə bağlanmış müqaviləyə əsasən X3 xx.xx.2023-cü il tarixli, CL-EE002695038 saylı kredit müqaviləsinə əsasən 1028.68 manat əsas borc və 6.6 manat faiz borcu olmaqla, cəmi 1035.28 manat borcu vardır.
5. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.
6. İşdə olan AZ-İİ 404368 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 107 nömrə ilə qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X5 ilə iddiaçı bank arasında xx.xx.2023-cü il tarixli, CL-EE002695038 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2024-cü il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 8.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 9.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 10.Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 11.Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). 12.Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 13.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 14.İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivi, ev 2, 45 saylı mənzildən ibarətdir. 15.Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
17. Məhkəmə hesab edir ki, Cavabdeh X2 miras qalmış mənzili qəbul etdiyindən iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE002695038 saylı Kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır.
18. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CL-EE002695038 saylı Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 1028.68 manat əsas borc və 6.6 manat faiz borcu olmaqla, cəmi 1035.28 manat borc tutulmalıdır. 19.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30.36 manat dövlət rüsumu (0.4 manat xidmət haqqı da daxil olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
21. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Nəticə hissəsi:
22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CL-EE002695038 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1028,68 (bir min iyirmi səkkiz manat altmış səkkiz qəpik) manat əsas borc və 6,6 (altı manat altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 1035,28 (bir min otuz beş manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş 30,36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva