Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2041/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********53 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 8189,39 manat borcun tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 101,89 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış BPM**********53 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X3 illik 17 faizlə 40 ay müddətinə 10000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən BPM**********53 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 8189,39 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 101,89 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək borcun mövcud olduğunu, əlavə kredit və öhdəlikləri ilə əlaqədar borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********53 №-li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən X3 40 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat kredit verilmişdir. - AZ-İİ № 045357 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). - 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumatdan görünür ki, X2 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli 3448 saylı məktuba əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 24/139, mənzil 3 (Yeni qaydalarla: AZ:5007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167, 7 kv/m olan mənzildən ibarətdir. - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,01 kv/m, yaşayış sahəsi 39,6 kv/m, yardımçı sahəsi 25,41 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. - xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 67,25 kv/m, yaşayış sahəsi 46,05 kv/m, yardımçı sahəsi 21,2 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 8189,39 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış BPM**********53 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X3 illik 17 faizlə 40 ay müddətinə 10000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən BPM**********53 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 8189,39 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 101,89 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ‘‘ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən ‘‘qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən ‘‘mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən ‘‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. Göründüyü kimi cavabdeh vərəsə kimi atasının, yəni miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, cavabdehə miras qalmış əmlakların dəyəri onun bank qarşısında olan öhdəliyindən artıqdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə X2 borcu onun vərəsəsi Cavabdeh tutulmalıdır. Ona görə də iddiaçının xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manata qədər olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 8189,39 manat olduğundan, məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 101,89 manat olmalıdır. Odur ki, dövlət rüsumu ilə bağlı tələb təmin edilməli, Cavabdeh ödənilmiş 101,89 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh BPM**********53 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 8189,39 manat borc, 101,89 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh BPM**********53 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 8189,39 manat borc, 101,89 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2041/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2041/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver