Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-206/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən ərizə təqdim edilərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və barışıq sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması və s. tələbi"nə dair iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 2.1. Tərəflər təsdiq edirlər ki, bu saziş imzalanan tarixə xx.xx.2012-ci il tarixli, 336/ZB saylı kredit müqaviləsi (bundan sonra – “Kredit müqaviləsi”) üzrə cavabdehlərin iddiaçı qarşısında 34.450,08 (otuz dörd min dörd yüz əlli manat, 08 qəpik) manat əsas borc və 12.451,54 (on iki min dörd yüz əlli bir manat, 54 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 46.901,62 (qırx altı min doqquz yüz bir manat, 62 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəlikləri mövcuddur. 2.2. Cavabdehlər bu Sazişin 2.1-ci bəndində göstərilən borc öhdəliklərindən ilkin olaraq 2.450 (iki min dörd yüz əlli) manat əsas borcdan və 3.750 (üç min yeddi yüz əlli) manat faiz borcundan olmaqla, ümumilikdə 6.200,00 (altı min iki yüz) manat ödənilməsi öhdəliyini öz üzərinə götürürlər. 2.3. Bu Sazişin 2.2-ci bəndi icra edildikdən sonra qalıq 32.000 (otuz iki min) manat əsas borc məbləğinə illik 8 (səkkiz) faiz hesablanması şərtilə kredit müqaviləsinin bitmə tarixinə, yəni xx.xx.2037-ci il tarixinədək bərabər hissələrə bölünməklə tam ödənilməsi öhdəliyini cavabdehlər öz üzərinə götürürlər. 2.4. Bu Sazişin 2.2-ci bəndi cavabdehlər tərəfindən icra edildikdən sonra X2 hesablanmış faiz borcunun 70% miqdarına güzəşt tətbiq edilməsi və qalıq borc məbləğinə illik 8 (səkkiz) faiz hesablanması şərtilə xx.xx.2037-ci il tarixədək ödənilməsinə möhlət verilməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. 2.5. Cavabdeh3 ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi 2509 ünvanında, 0,017 ha torpaq sahəsində yerləşən 60,52 kv.m ümumi, 45,10 kv.m yardımçı sahədən ibarət 3 otaqlı bağ evinin xx.xx.2037-ci il tarixədək kredit müqaviləsinin təminatı olaraq iddiaçı qarşısında ipoteka yüklüyüyündə qalmasına etiraz etmir. 2.6. Tərəflər razılaşırlar ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan məhkəmə mübahisəsi ilə əlaqədar çəkilmiş xərclər (dövlət rüsumu, ekspertiza xərcləri və sair) cavabdehlər tərəfindən ödəniləcək. 2.7. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğ cavabdehlər tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilmədikdə bu Razılaşmanın 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv ediləcək, qalıq borcun tutulması, tutmanın Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2509 ünvanında, 0,017 ha torpaq sahəsində yerləşən 60,52 kv.m ümumi, 45,10 kv.m yaşayış, 15,42 kv.m yardımçı sahədən ibarət 3 otaqlı bağ evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, bir ay ərzində alıcıya təhvil verilməsi məqsədilə icra vərəqəsinin verilməsi barədə iddiaçı tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəkdir. 2.8. Tərəflər razılaşırlar ki, kredit müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2509 ünvanında, 0,017 ha torpaq sahəsində yerləşən 60,52 kv.m ümumi, 45,10 kv.m yaşayış, 15,42 kv.m yardımçı sahədən ibarət 3 otaqlı bağ evi ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad ediləcəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərləri 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması və s. tələbi"nə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Bu Sazişin mövzusunu iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (birgə borcalanlar) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 336/ZB saylı kredit müqaviləsi üzrə 35.450,08 (otuz beş min dörd yüz əlli manat, 08 qəpik) manat əsas borc və 11.112,39 (on bir min yüz on iki manat, 39 qəpik) manat faiz, cəmi 46.562,47 (qırx altı min beş yüz altmış iki manat, 47 qəpik) manat məbləğində kredit borcunun və 230 (iki yüz otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2509 ünvanında 0,017 ha topraq sahəsində yerləşən 60,52 kv.m ümumi, 45,10 kv.m yaşayış, 15,42 kv.m yardımçı sahədən ibarət 3 otaqlı bağ evinə yönəlməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və əmlak satıldıqdan sonra boşaldılaraq, alıcıya təhvil verilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsi təşkil edir. 2.1. Tərəflər təsdiq edirlər ki, bu saziş imzalanan tarixə xx.xx.2012-ci il tarixli, 336/ZB saylı kredit müqaviləsi (bundan sonra – “Kredit müqaviləsi”) üzrə cavabdehlərin iddiaçı qarşısında 34.450,08 (otuz dörd min dörd yüz əlli manat, 08 qəpik) manat əsas borc və 12.451,54 (on iki min dörd yüz əlli bir manat, 54 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 46.901,62 (qırx altı min doqquz yüz bir manat, 62 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəlikləri mövcuddur. 2.2. Cavabdehlər bu Sazişin 2.1-ci bəndində göstərilən borc öhdəliklərindən ilkin olaraq 2.450 (iki min dörd yüz əlli) manat əsas borcdan və 3.750 (üç min yeddi yüz əlli) manat faiz borcundan olmaqla, ümumilikdə 6.200,00 (altı min iki yüz) manat ödənilməsi öhdəliyini öz üzərinə götürürlər. 2.3. Bu Sazişin 2.2-ci bəndi icra edildikdən sonra qalıq 32.000 (otuz iki min) manat əsas borc məbləğinə illik 8 (səkkiz) faiz hesablanması şərtilə kredit müqaviləsinin bitmə tarixinə, yəni xx.xx.2037-ci il tarixinədək bərabər hissələrə bölünməklə tam ödənilməsi öhdəliyini cavabdehlər öz üzərinə götürürlər. 2.4. Bu Sazişin 2.2-ci bəndi cavabdehlər tərəfindən icra edildikdən sonra X2 hesablanmış faiz borcunun 70% miqdarına güzəşt tətbiq edilməsi və qalıq borc məbləğinə illik 8 (səkkiz) faiz hesablanması şərtilə xx.xx.2037-ci il tarixədək ödənilməsinə möhlət verilməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. 2.5. Cavabdeh3 ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi 2509 ünvanında, 0,017 ha torpaq sahəsində yerləşən 60,52 kv.m ümumi, 45,10 kv.m yardımçı sahədən ibarət 3 otaqlı bağ evinin xx.xx.2037-ci il tarixədək kredit müqaviləsinin təminatı olaraq iddiaçı qarşısında ipoteka yüklüyüyündə qalmasına etiraz etmir. 2.6. Tərəflər razılaşırlar ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan məhkəmə mübahisəsi ilə əlaqədar çəkilmiş xərclər (dövlət rüsumu, ekspertiza xərcləri və sair) cavabdehlər tərəfindən ödəniləcək. 2.7. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğ cavabdehlər tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilmədikdə bu Razılaşmanın 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv ediləcək, qalıq borcun tutulması, tutmanın Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2509 ünvanında, 0,017 ha torpaq sahəsində yerləşən 60,52 kv.m ümumi, 45,10 kv.m yaşayış, 15,42 kv.m yardımçı sahədən ibarət 3 otaqlı bağ evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, bir ay ərzində alıcıya təhvil verilməsi məqsədilə icra vərəqəsinin verilməsi barədə iddiaçı tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəkdir. 2.8. Tərəflər razılaşırlar ki, kredit müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2509 ünvanında, 0,017 ha torpaq sahəsində yerləşən 60,52 kv.m ümumi, 45,10 kv.m yaşayış, 15,42 kv.m yardımçı sahədən ibarət 3 otaqlı bağ evi ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad ediləcəkdir. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasan həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının etibarsızlığı həmin sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması və s. tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərləri 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Şəbnəm Həxiyeva