Məhkəmə qərarları › İş №e-2(060)-209/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-209/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-209/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) «mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin giriş-çıxışına yaradılmış süni-maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilə giriş-çıxışına yaradılmış süni-maneənin aradan qaldırılması, mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması və İddiaçı mübahisələndirilən mənzil üzərindəki sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması və İddiaçı mübahisələndirilən mənzil üzərindəki sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, sahəsi 82,65 m2 olan mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh MTK-nə məxsus ünvan 2 ünvanında inşedilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15-ci mərtəbəsində, sahəsi 82,65 kv.m. olan mənzili 1kv.m-i 275 AZN olmaqla ümumilikdə 22728 AZN məbləğində pulu xx.xx.2013-cü il tarixli müqavilə üzrə 100 faiz həcmində ödəməklə almışdır. Qeyd edilən mənzilə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli müqavilə ilə sübuta yetirilir ki, İddiaçı məxsusdur. Alqı-satqı müqaviləsi bağlanan zaman və maliyyə arayışı cavabdeh MTK tərəfindən iddiaçıya təqdim edilən zaman həmin mənzil üzərində başqa şəxsin sahiblik hüququ olması barədə heçbir mübahisə olmamışdır. Qeyd edilən mənzilə sahiblik və istifadə hüququ iddiaçıya məxsusdur. İddiaçı evə dair mülkiyyət sənədlərini dövlət reyesterində qeydiyyat aparılması üçün binaya dair qanuni sənədlər MTK tərəfindən binanın tam istismara verilməsinə dair sənədlər ona təqdim edildiyi gün əldə ediləcəkdir. İddiaçı bir müddət əvvəlki zamana qədər ona məxsus mənzilə gedib gəlmiş və girib çıxmaqda çətinlik çəkməmişdir. Lakin son zamanlarda o, mülkiyyətində olan mənzili təmir etdirmək qərarına gəlmiş və bunun üçün mənzilə daxil olmaq istəyərkən mənzilin başqa şəxsə satıldığını görmüş və mənzildə təmir bərpa işlərinin aparıldığını görmüşdür. Ona cavabdeh tərəfindən süni maneələr yaradılmış, onun mənzilə girişi məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən cavabdeh MTK-nin nümayəndələrinə dəfələrlə bununla bağlı xəbərdarlıq edilsə də onlar buna əhəmiyyət verməmişlər. Cavabdehin nümayəndələri tərəfindən buna səbəb kimi heç bir söz söylənməmiş sadəcə mənzilə sahibliyin iddiaçıda olmadığı bildirilmişdir. İşin hallarından göründüyü üzrə cavabdehrin hərəkətləri tamamilə qanunsuz olmuş və iddiaçının xeyli miqdarda zərərə uğraması ilə nəticələnməkdədir. Eyni zamanda iddiaçı bütün bu hadisələrə görə dərin əsəb və stress altındadır. Ona cavabdeh tərəfindən həm maddi, həm də mənəvi zərər yetirilməkdədir. Belə ki, yuxarıda qeyd edilən məsələlər ilə əlaqədar olaraq iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının ona məxsus ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15-ci mərtəbəsində sahəsi 82,65 kv.m olan mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, mənzilin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması və İddiaçı sahiblik hüququnun məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iki ev almışdır. 14 mərtəbəli binanın 14-cü mərtəbəsini və mansarı, yəni 15-ci mərtəbəsini almışdır. MTK-nın özündən almışdır. Birinci evin ödənişi tam olunmuş, ikinci evin isə hissə-hissə ödənişi həyata keçirilmişdir. Ona hətta maliyyə arayışı da verilmişdir. Şəxs ondan maliyyə arayışını istədikdə isə onu tapa bilməmişdir. Ailədə problemləri yarandığı üçün sənəd də ona görə itmişdir. Daha sonra mənzilə getdikdə isə başqa qapı və başqa adam olduğunu görmüşdür. Sonuncu dəfə iki il öncə ev satılmışdır. O da o zaman gəlmişdir. 14-cü mərtəbədə xanım demişdir ki, onlar bir yerdə təmirə başlamışlar. O da nə üçün onlara xəbər etmədiklərini soruşduqda iki evin də satıldığını zənn etdiklərini bildirmişlər. 82.65 m2 sahəsi olmuşdur. Öncə məbləği tam dəqiq ifadə edə bilməsə də dollar ilə olduğunu bildirmişdir. Ardı ilə manat ödənişinə keçmişlər. 1 m2 hissəyə 278 manatdan ödəməyə razılaşmışlar. Hər iki sahə üçün razılaşmışdır. 14-cü mərtəbədəki mənzilin dəyərini yerində tam ödəmişdir. İkinci mənzili isə hissə-hissə ödəmişdir. 24 min 728 manat bir mənzil üçün pul ödəmişdir. İki mənzil bir yerdə danışıldığı üçün ona güzəşt etmişdirlər. O pul ödədikdə ona demişlər ki, maliyyə arayışı iki min manat pul edir. Ona görə də artıq 24 min 728 manat pul ödəmişdir. Digər ev üçün isə yerindəcə 3000 manat ödəniş etmişdir. Yerdə qalan məbləği isə hər ay 500 manat olmaqla ödəmişdir. Vaxtları isə dəqiq bildirə bilmir. 2021-ci il tarixdə 14-cü mərtəbəni satmışdır. Bir il və yaxud bir il yarım olar ki, müəyyən etmişdir ki, mənzil başqa adama satılmışdır. Evə getdikdə görmüşdür ki, qapı başqadır. Orada olan komendantlar hamısı onu tanımışdır. O mənzili görən zaman artıq Yadigar müəllim evi təmir etmişdir. 10 il deyil, 2 il ərzində orada olmamışdır. Sonuncu dəfə 2021-ci il tarixdə həmin binada olmuşdur. Bütün maliyyə arayışı və sənədlər itmişdir. Evi Dərəçiçək» Mənzil-Tikinti Kooperativindən almış, pulu isə Rauf müəllimə vermişdir. Digər mənzilin pulu ödədikdə bu birinin isə pulunu öncədən vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirdi ki, iddiaçı 2021-ci il tarixdə 14-cü mərtəbəni satmışdır. Xanım həmin tarixdə də aşkar etmişdir ki, həmin ünvanda artıq Yadigar müəllim yaşayır. İddiaçı 14-cü mərtəbəni satan zaman belə maliyyə arayışını itirmişdir. Birinci mənzil üzrə ilkin ödəniş etmiş və müqavilə barədə arayış verilmişdir. Nə ödədiyi və necə ödədiyini iddiaçı xatırlamır. Lakin ödəmiş qurtarmış və arayış almışdır. Həmin ödəniş 14-cü mərtəbə ilə bağlı deyildir. 500 manat ödəniş sırf olaraq 15-ci mərtəbə ilə bağlıdır. Pulu hissə-hissə ödədikdən sonra müqavilə bağlanmışdır. İlkin olaraq üç min manat vermiş, sonra isə hissə-hissə ödəmişdir. İddia tələbi əsaslıdır. 2013-cü il tarixli müqavilə üzrə mənzilin pulunu tam ödəmiş və mənzili almışdır. Hazırda isə mənzil Yadigar adlı şəxsə satılmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, şirkət ilə əlaqə saxlamış və bildirmişlər ki, sorğuya keçən həftənin birinci günü ilə cavab yazılmışdır. Həftənin üçüncü günü isə poçt vasitəsi ilə göndərilmişdir. Məhkəməyə çatmadığı təqdirdə foto-şəklini təqdim edə bilər. Maliyyə arayışının itirilməsini qarşı tərəf demişdir. Özü bildirmişdir ki, barter üsulu ilə müəyyən ödənişlər olunmuşdur. Maliyyə arayışı yoxdur. Qarşı tərəf isə bildirir ki, onlarda maliyyə arayışı olmuş, lakin itirmişdirlər. Əgər maliyyə arayışı olmuşdursa nə üçün 500 manat ödəniş etmişdirlər. Müqavilədəki ünvanlar da dəqiq deyildir. Qarşı tərəf bildirir ki, 14-cü mərtəbə ilə bağlı müəyyən barter məsələləri olmuşdur. Şirkət bu günki tarixdə 500 manatın verilməsi ilə bağlı daxildə araşdırma başlatmışdır. Həmin zamanlar onların şirkəti adından 5 və yaxud 6 saxta müqavilə bağlanmışdır. Hal-hazırda bu məsələ ilə bağlı Korrupsiyada araşdırma gedir. Onların möhürünü saxtalaşdırmaqla təxminən 1 milyon vəsait mənimsəmişdirlər. Onlar düşünürlər ki, bəlkə bu iş də həmin işlərdəndir. Mansar barter ilə olan məsələdir. Cavabdeh MTK-nin müəyyən qolları vardır. Bu şirkətlər Bakı və Sumqayıt şəhərlərində hündür mərtəbəli yaşayış binalarının tikinti işləri ilə məşğul olurlar. Katlavan qazanda sahibkarlar olur. Onlar da bildirir ki, 100 ton armatur, şebel qum və s. verəcəkdirlər. Bunun əvəzində isə barter etdikləri sahibkarın şəxsiyyət vəsiqələrinə baxır və onlara mənzil verirlər. Lakin maliyyə arayışlarını vermirlər. Özlərində saxlayırlar. Sahibkarlar gətirdikləri malı hesablayır və ona uyğun da qiymət verir və arayış verirlər. 2013-cü il tarixdə şirkətin direktoru tamam başqa bir adam olmuşdur. Ehtimal edirlər ki, maliyyə arayışı yoxdursa bu barter ilə olan məsələdir. MTK tərəfindən tərtib edilən sənədlər ciddi hesabat sənədləri olmalıdır. Həmin sənədlər müqavilə, maliyyə arayışı, protokoldan çıxarış və həmin ərazinin plan-sxemidir. Qarşı tərəf isə tək müqavilə ilə deyir ki, mənzil onundur. Bu isə ciddi hesabat sənədi sayılmır. İddiaçı tərəf sübut təqdim etməlidir. Maliyyə arayışı olmadığı təqdirdə məhkəməyə müraciət olunmamalı idi. Bu günki gündə şirkət bildirir ki, qarşı tərəfdə maliyyə arayışı olmamışdır. 17 iyun 2013-cü il tarixdə qarşı tərəf bildirir ki, ev almışdır. Arayış isə beş gün öncə verilmişdir. Tarixlər üst-üstə düşmür. Üçüncü şəxsin bildirdiyi adam yəqin edir ki, Cavabdeh MTK-nin əməkdaşıdır. Direktor etibar etmiş və sənədləri vermişdir. İlkin olaraq iddiaçı tərəf sübut edə bilmir ki, öncə müqavilə bağlanmış, daha sonra isə pul ödənilmişdir. Və yaxud əksinə baş vermişdir. Müqavilədə mansarın nömrəsi qeyd olunmamışdır. Yüz faiz məbləğində ödəniş olduğunu bildirirlər. Əgər hissəhissə ödənilibdirsə, 20 və yaxud 30 arayış olmalı idi. Necə olur ki, biri onlarda qalmışdır. Bildirirlər ki, hamısı itmişdir. Üst-üstə düşməməsi üçün kifayət qədər əsas vardır. Mənzilin ona məxsus olmasını təsdiq edən sübut yoxdur. Birinci qarşı tərəf sübut etməlidir ki, arakəsmə onlar tərəfindən tikilmişdir. Ona görə də təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirdi ki, 14 avqust 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Mənzilin xanıma satılmasından xəbəri olmamışdır. İddiaçının evinin satılması ilə onun evinin alınması eyni vaxtda baş vermişdir. Avqust ayında evi almışdır. O, evə gəldikdə görmüşdür ki, evi təmir edirlər. 14-cü mərtəbədə artıq təmir işləri getmişdir. Bir ay və yaxud bir ay yarım olardı ki, o da təxminən iyun, iyul aylarına təsadüf edir ki, 14-cü mərtəbədəki ev satılmışdır. Mənzili 2021-ci il tarixdə internetdə görmüşdür. Elsevər və Elmir adlı şəxslər qoymuşdur. Cavabdeh MTK-nin mənzilləri idi. Evə baxmış və dörd divar olduğunu görmüşdür. 3x3 sahəsi olan baza kimi yer idi. Bir ədəd pencərəsi olmuşdur. Təxminən 35 min xərc çəkmişdir. Elsevər ilə birlikdə evə baxmışdır. 35 min manat demələrinə baxmayaraq, 29 min manata razılaşmışlar. Dörd divardan ibarət mansar olmuşdur. Hətta ona bir az baha qiymətə satılmışdır. Zahir adlı şəxs ilə görüşmüş, pulu ona vermiş və sənədləri almışdır. Seyran ilə görüşməmiş, Rauf adlı şəxs bütün məsələləri həll etmişdir. O, əsas olaraq Zahir müəllim ilə görüşmüşdür. O isə oranın məsul şəxsidir. Sənədləri hazır vəziyətdə o gətirmişdir. 14-cü mərtəbəni alan şəxs də bilirdi ki, 15-ci mərtəbə Natavan xanımın olmuşdur. 2023-cü il tarixdə Natavan xanım gəlmişdir ki, ev onundur. Müqaviləni göstərmiş, lakin nömrə yazılmamışdır. Əlində olan şəkli göstərən zaman bildirdi ki, təxmini olaraq bu yer olmuşdur. O ancaq o bazanı soruşmuşdur. Əliş müəllimə müraciət etmişdir. O bildirmişdir ki, mənzilin Natavan xanımın olmasını bilməmişdir. Onun evinə toxunulmamasını xahiş etdi. Evi əziyyət ilə almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin və üçünü şəxsin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh MTK-nin direktoru Əhmədov S.R (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı İddiaçı (gələcəkdə “Payçı” adlandırılacaq), şəxsində öz aralarında ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqaviləni imzalayırlar. Müqavilənin 1.1-ci bəndindən görünür ki, cavabdeh ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansar sahəsini bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m sahəsi üçün 275 manat təyin edilir. Cəmi 82,65 kv.m sahəsi üçün 22728 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 22728 (iyirmi iki min yeddi yüz iyirmi səkkiz) manat məbləğində ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 (bir yüz) manat məbləğində pul ödəmişdir. Cavabdeh MTK-nin direktoru Seyran Əhmədov tərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 12 iyun 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Cavabdeh MTK-nin ünvan 1 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinin dəyərindən 500 (beş yüz) manat ödəmişdir. Cavabdeh MTK tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli, 007/153 nömrəli sorğuya cavabdan görünür ki, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,65 kv.m olan mənzilə dair İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə cəmi 500 manat ödəniş edilmişdir. Daha sonra ödəniş tam həyata keçirilmədiyindən İddiaçı tam ödəniş ilə bağlı maliyyə arayışı verilməmişdir. xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, bir tərəfdən Cavabdeh MTK-nin direktoru Əhmədov S.R (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı İddiaçı (gələcəkdə “Payçı” adlandırılacaq), şəxsində öz aralarında ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqaviləni imzalayırlar. Müqavilənin 1.1-ci bəndindən görünür ki, cavabdeh ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan 94b nömrəli mənzili izolə olunmuş iki otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 350 ABŞ dolları təyin edilir. Cəmi 82,65 kv.m sahəsi üçün 28927 ABŞ dolları təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 28927 (iyirmi səkkiz min doqquz yüz iyirmi yeddi) ABŞ dolları məbləğində ödənilmişdir. Cavabdeh MTK-nin direktoru Seyran Əhmədov tərəfindən imza edilərək və möhürlə təsdiq edilmiş 14 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X2 həqiqətən Cavabdeh MTK-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 86 kv.m olan, 2 otaqlı, 102A saylı mansard sahəsinin dəyərini tam ödəmişdir. xx.xx.2021-ci il tarixli, 102A002 nömrəli müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh MTK-nin direktoru X3 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən payçı X2 (gələcəkdə “Payçı” adlandırılacaq), şəxsində öz aralarında ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasından pay barədə müqaviləni imzalayırlar. Müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin əsas predmeti - ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 86 kv.m olan 102A nömrəli mansard sahəsi izolə olunmuş 2 otaqdan ibarət olub, bir pay kimi vermişdir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə üzrə mansard sahəsinin dəyəri bir kv.m sahəsi üçün 337 manat təyin edilir. Cəmi 86 kv.m sahəsi üçün 29000 (iyirmi doqquz min) manat təşkil edir. Müqavilənin 4.2-ci bəndindən görünür ki, bu müqavilənin ödənişi yalnız maliyyə arayışı ilə əsas sayılır. Müqavilənin 4.3-cü bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mansard sahəsinin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 29000 (iyirmi doqquz min) manat məbləğində ödənilmişdir. İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, müqavilə əsasında onun adına olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi ünvanında Cavabdeh MTK tərəfindən tikilən yüksək mərtəbəli yaşayış binasında 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 82.65 kv.m olan 2 otaqlı, 94b nömrəli mənzildən və paydan imtina edir. MTK üzvlüyündən azad edilməsini xahiş etmişdir. Həmin mənzilin Quliyev Akifin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etirazı olmayacaqdır. Onun gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı satıcı Cavabdeh MTK ilə bağladığı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansar sahəsini kv.mnin dəyəri 278 manat olmaqla 22728 manata almışdır. Sözügedən mansar sahəsinin dəyərinin tam şəkildə ödənilməklə iddiaçının MTK-ya borcunun olmamasına dair iddiaçı və MTK tərəfindən maliyyə arayışları təqdim edilməmişdir. Cavabdeh MTK tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 03 iyun 2024-cü il tarixli, 007/153 nömrəli sorğuya əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82,65 kv.m olan mənzilə dair İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə cəmi 500 manat ödəniş edilmişdir. Daha sonra ödəniş tam həyata keçirilmədiyindən İddiaçı tam ödəniş ilə bağlı maliyyə arayışı verilməmişdir. Hazırda, iddiaçı iddia edərək, pay dəyərinin ödənilməsinə baxmayaraq xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə əsasında aldığı mansar sahəsi hazırki müddətə qədər onun sahiblik və istifadəsinə verilmədiyindən mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarı”na əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152-3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarı”nda göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak hüquqları və beləliklə, mülkiyyət kimi qiymətləndirilə bilər. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən, mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarı”nda göstərilmişdir ki, ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin mülkiyyətidirmi? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mülkiyyət anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. Gözlənti mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışının olmaması onun Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarı”na əsasən, mübahisə predmeti olan ünvan 1 ünvanında inşa etdirdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 82,65 kv.m olan mansard sahəsinə dair “gözlənilən mülkiyyət hüququ”nun yaranmasına əsas olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Belə ki, «mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Məhkəmənin iddianın təmin edilməməsi qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallar, təqdim etdiyi sübutlar ilə zidiyyət təşkil etmişdir. İddia ərizəsində xx.xx.2013-cü il tarixli müqavilə üzrə ödənişlərin tam həyata keçirdiyini iddia etsə də, maliyyə arayışı təqdim edilməmiş, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilmədiyindən maliyyə arayışının verilməməsi qeyd olunmuş, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixdə verilmiş 500 manat ödənişin edilməsi ilə bağlı arayış məhkəmənin iddia tələbinin əsassız olması qənaətinə gəlməsinə şərait yaratmışdır. Bağlanmış müqavilənin tarixinə diqqət yetirdikdə müqavilə tərəfləri üçün müqavilənin bağlanması anından hüquq və vəzifələr yaradır. Yəni müqavilə üzrə öhdəliklərini iddiaçının əvvəlcədən həyata keçirməsi məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir. Ona görə də iddia tələbinin əsası kimi istinad etdiyi halları İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 4.1-ci və 14.1-ci maddələri). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı «mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 217.4, 218.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) «mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar