Məhkəmə qərarları › İş №e-2(060)-21/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-21/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-21/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X3 iştirakı ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 59553.61 (əlli doqquz min beş yüz əlli üç dollar, 61 sent) ABŞ dolları, bundan 17019.68 (on yeddi min on doqquz dollar, 68 sent) ABŞ dolları əsas, 23944.08 (iyirmi üç min doqquz yüz qırx dörd dollar, 08 sent) ABŞ dolları faiz, 16074.09 (on altı min yetmiş dörd dollar, 09 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2515.76 (iki min beş yüz on beş dollar, 76 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 391.24 (üç yüz doxsan bir manat, 24 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə Şəxsi məqsədlər üçün illik 26% dərəcəsi ilə, 36 ay müddətinə 19.100 (on doqquz min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında ZM110008901 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18 349.79 (on səkkiz min üç yüz qırx doqquz dollar, 79 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 66 ay uzadılaraq, xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 cəmi borcu 59553.61 (əlli doqquz min beş yüz əlli üç dollar, 61 sent) ABŞ dolları təşkil edir. Bundan 17019.68 (on yeddi min on doqquz dollar, 68 sent) ABŞ dolları əsas, 23944.08 (iyirmi üç min doqquz yüz qırx dörd dollar, 08 sent) ABŞ dolları faiz, 16074.09 (on altı min yetmiş dörd dollar, 09 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2515.76 (iki min beş yüz on beş dollar, 76 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********090 nömrəli, 18 oktyabr 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X5 qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 bildirmişdir ki, həqiqətən də bankdan kredit götürmüş və aralarında bağlanmış kredit müqaviləsini imzalamışdır. Lakin müqaviləyə əlavə saziş onun tərəfindən imza edilməmişdir. Hətta ilkin zaminlik müqaviləsi də zaminlər tərəfindən imzalanmamışdır. Belə ki, ilk növbədə manatla kredit verilməsi üçün banka müraciət etmişlər, lakin bank tərəfindən verilən kredit məbləği ABŞ dolları ilə verilən zaman zaminlər iştirak etməmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana şəxsi məqsədlər üçün illik 26% dərəcəsi ilə, 36 ay müddətinə 19100 (on doqquz min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sumqayıt” filialı ilə Cavabdeh1 və Cavabdeh2 ZM110008901 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. - Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 18349,79 (on səkkiz üç yüz qırx doqquz dollar, 49 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 16 oktyabr 2023-cü il tarixə 17019,68 ABŞ dolları əsas, 23944,08 ABŞ dolları faiz, 16074,09 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2515,76 ABŞ dolları faiz borcu, cəmi 59553,61 ABŞ dolları borcu vardır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/246 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 104-cü vərəqində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 01 nömrəli əlavə sazişdə "5. Tərəflərin Rekvizitləri, X7:" bəndində "Borcalan Cavabdeh3" qrafasındakı imza və 106-сı vərəqində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 01 nömrəli əlavə sazişdə "5. Tərəflərin Rekvizitləri, X7:” bəndində "Borcalan Cavabdeh3" qrafasındakı imza - ABASALİYEV RƏHİM RƏFİ oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 106-cı vərəqində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 01 nömrəli əlavə sazişdə "5. Tərəflərin Rekvizitləri, X7:" bəndində "Zamin Cavabdeh1" qrafasındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 106-cı vərəqində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 01 nömrəli əlavə sazişdə "5. Tərəflərin Rekvizitləri, X7:” bəndində "Zamin Cavabdeh2" qrafasındakı imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5029 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 banka olan borcu Müqavilə müddətinə yəni, xx.xx.2018-ci il tarixəəsas borc üzrə 17019,71 manat, faiz borcu üzrə 9120,14 manat; Əlavə saziş üzrə müqavilə müddətinə yəni, xx.xx.2020-ci il tarixə- əsas borc üzrə 17019,71 manat, faiz borcu üzrə 21387,57 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8597 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2015-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu-xx.xx.2018-ci il (birinci sualda soruşulan) tarixə: əsas borc üzrə -17041,90 ABŞ dolları, faiz borcu üzrə 9132,46 ABŞ dolları, xx.xx.2020-cü il (ikinci sualda soruşulan) tarixə: əsas borc üzrə 17041,90 ABŞ dollar, faiz borcu üzrə 21415,88 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1522 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2015-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu xx.xx.2018-ci il tarixə: əsas borc üzrə 17041,90 ABŞ dolları, faiz borcu üzrə əsas borc üzrə 9132,46 ABŞ dolları; xx.xx.2020-cü il tarixə: 17041,90 ABŞ dolları, faiz borcu üzrə 21415,88 ABŞ dolları təşkil edir. Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq bildirilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti («Bank») ilə Cavabdeh3 («Borc alan») arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş xx.xx.2015-ci il tarixli saziş üzrə tərtib edilmiş ödəniş qrafiki məlumatlarında qeyd olunan, müddətin sonunadək ödənilməli faiz məbləği həmin qrafikdə göstərilən tarixlərdə ödənilməli olan ödənişlər qeyd olunan vaxtda və qeyd olunan məbləğdə icra olunduqda qüvvədədir. Lakin cavabdeh tərəfindən aparılmış ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatlarından da görünür ki, cavabdeh tərəfindən aparılmış ödənişlər həmin ödəniş qrafikinə uyğun aparılmamışdır. Bu səbəbdən də hazırkı hesablama zamanı ödəniş qrafikindən fərqli nəticə yaranmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə Şəxsi məqsədlər üçün illik 26% dərəcəsi ilə, 36 ay müddətinə 19.100 (on doqquz min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında ZM110008901 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 18349,79 (on səkkiz üç yüz qırx doqquz dollar, 49 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından əvvələ təsadüf edir. İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına düşüb-düşməməsini etiraf etmir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən- Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məhkəmə iş üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/246 saylı ekspert rəyindən də göründüyü kimi "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 01 nömrəli əlavə sazişdə "5. Tərəflərin Rekvizitləri, X7:" bəndində "Zamin Cavabdeh1" qrafasındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 01 nömrəli əlavə sazişdə "5. Tərəflərin Rekvizitləri, X7:” bəndində "Zamin Cavabdeh2" qrafasındakı imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu halı əsas borclu Cavabdeh3 da etiraf edir. Belə olduğu halda iş üzrə zaminlik müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2015-ci il tarixli, 01 nömrəli əlavə saziş etibarsız hesab olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh X4 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə 17019,68 ABŞ dolları əsas və 21415,88 ABŞ dolları faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 16074,09 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Buna görə də iddia dəbbə pulunun cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1700 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən- Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat+10000 manatdan yuxarı iddia qiymətinin 0.3 %-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 42651,32 ABŞ dolları (1 USD =1,70 manat, 42651,32 x1,7=72507,244 manat) olduğundan iddiaçı tərəfindən ödənilmiş 391,24 manat dövlət rüsumunun 307,52 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 83,72 manat iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə iş üzrə keçirilmiş eksperiza xərclərinə münasibətdə qeyd edir ki, mülki iş üzrə ümumi 4 ekspertiza keçirilmişdir. Bunlardan biri məhkəmə-xətşünaslıq, digər üçü isə məhkəmə mühasibatlıq ekspertizalarıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 17 aprel 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının xərci 125 manat, 24 iyul 2024-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının xərci 100 manat, 28 noyabr 2024-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının xərci 145 manat, 19 mart 2025-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının xərci 145 manat təşkil etmişdir. Odur ki, məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdeh X2 oğlundan 515 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 17019,68 ABŞ dolları əsas, 21415,88 ABŞ dolları faiz, 1700 ABŞ dolları cərimə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2515,76 ABŞ dolları faiz borcu, ümumilikdə 42651,32 ABŞ dolları borc və ödənilmiş 307,52 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 17019,68 ABŞ dolları əsas, 21415,88 ABŞ dolları faiz, 1700 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2515,76 ABŞ dolları faiz borcu, ümumilikdə 42651,32 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) borc və ödənilmiş 307,52 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilsin. Ödənilmiş 83,72 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 515 manat cavabdeh X2 tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar