Məhkəmə qərarları › İş №e-2(060)-2133/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2133/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2133/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit müqaviləsi əsasında 14933.31 manat məbləğində kredit bоrcu, 1334.98 manat məbləğində faiz bоrcu və 369.38 manat məbləğində cərimə olmaqla, xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 998.19 manat məbləğində kredit bоrcu, 140.22 manat məbləğində faiz bоrcu və 53.32 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17829 (on yeddi min səkkiz yüz iyirmi doqquz) manat 4 (qırx) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 143.49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 017A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3066.69 manat ödəniş etmiş və оnun iddiaçıya 14933.31 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 156 gün üçün hesablanmış faiz borcu 1334.98 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 156 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 369.38 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, 1000 (bir min) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Cavabdeh əsas borcu üzrə 998.19 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3-ci maddəsinə müvafiq olaraq, xx.xx.2023-cü il tarixə 263 gün üçün hesablanmış faiz borcu 140.22 manat təşkil edir. Kart krеdit müqaviləsinin 3.7-ci bəndinə uyğun оlaraq xx.xx.2023cü il tarixə 263 gün üçün hеsablanmış cərimə 53.32 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. İddiaçının nümayəndəsi Ə.N.Ələkbərov ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını tam araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 017A**********S saylı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 36 ay müddətinə, aylıq 1.5833% olmaqla, 18000 (on səkkiz min) manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə aylıq faiz dərəcəsi 2% olmaqla, 1000 (bir min) manat məbləğində kredit limiti açılmışdır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 108 №li maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli 017KK**********01 saylı kart müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 998 (doqquz yüz doxsan səkkiz) manat 19 (on doqquz) qəpik məbləğində kredit borcu, 140 (bir yüz qırx) manat 22 (iyirmi iki) qəpik məbləğində faiz borcu və 53 (əlli üç) manat 32 (otuz iki) qəpik məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 1191 (bir min yüz doxsan bir) manat 73 (yetmiş üç) qəpik və xx.xx.2022ci il tarixli 017A********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə 14933 (on dörd min doqquz yüz otuz üç) manat 31 (otuz bir) qəpik məbləğində kredit borcu, 1334 (bir min üç yüz otuz dörd) manat 98 (doxsan səkkiz) qəpik məbləğində faiz borcu və 369 (üç yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 16637 (on altı min altı yüz otuz yeddi) manat 67 (altmış yeddi) qəpik məbləğində borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçının cavabdehdən əsas və faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmədə iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli 017KK**********01 saylı kart müqaviləsi üzrə 53,32 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 10 manat, xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit razılaşması üzrə 369,38 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 467,470, 472 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit müqaviləsi əsasında 14933 (on dörd min doqquz yüz otuz üç) manat 31 (otuz bir) qəpik məbləğində kredit borcu, 1334 (bir min üç yüz otuz dörd) manat 98 (doxsan səkkiz) qəpik məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 998 (doqquz yüz doxsan səkkiz) manat 19 (on doqquz) qəpik məbləğində kredit borcu, 140 (bir yüz qırx) manat 22 (iyirmi iki) qəpik məbləğində faiz borcu və 10 (on) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17466 (on yeddi min dörd yüz altmış altı) manat 70 (yetmiş) qəpik məbləğində bоrcun və ödənilmiş 143 (bir yüz qırx üç) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar