Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2190/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı «pul tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə PLN000197 saylı 10.07.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1190 manat əsas borcu, 178.50 manat cərimə borcunun, 33.69 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə müraciət edərək, göstərilən tələb üzrə borclu öhdəliyini tam icra etməsi səbəbi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı «pul tələbinə» dair iş üzrə ijraata xitam verilsin. İddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-2190/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2190/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver