Məhkəmə qərarları › İş №e-2(060)-22/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-22/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-22/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı LPO QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiacı QSC «Bank Standard» KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 1xx/xx/123804/14 saylı kredit müqaviləsi üzrə 431.78 manat məbləğində əsas borc, 602.63 manat məbləğində faiz borcu, 757.21 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 133.86 manat məbləğində faiz məbləği, ümumilikdə isə 1925.48 manat məbləğində pulun və 39.26 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məlumat xarakterli ərizə ilə xx.xx.2023-cü il tarixli sorğularına cavab verilmədiyindən hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumata əsasən müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1068/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Mərhum Cavabdeh hüquqi varisləri müəyyən edilədək e-2(060)-1068/23 saylı iş üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 3-16-5/2-14-11883/23 nömrəli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 16/2181648/2023 nömrəli sorğulara cavabları məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-11883/23 nömrəli müraciətə cavabından görünür ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2023-cü il tarixədək aparılmış araşdırma nəticəsində müraciətdə qeyd olunan Cavabdeh adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2181648/2023 nömrəli müraciətə cavabından görünür ki, müraciətdə qeyd olunan şəxslərdən X1 adına nəqliyyat vasitəsinin qeydiyyatda olduğu müəyyən edilmiş, kompüter çıxarışı əlavə edilməyən sorğuda göstərilən digər şəxslərin adlarında nəqliyyat vasitəsinin qeydiyyatda olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Məhkəmə hesab edir ki, cavabdehin hüquq qabiliyyətinə onun ölümü ilə əlaqədar xitam verildiyindən iddiaçı ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh öldüyü üçün Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iddiaçı LPO QSC «Bank Standard» KBnin Cavabdeh qarşı pul tələbinə dair iddia üzrə mülki işə xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı LPO QSC «Bank Standard» KB-nin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 39.26 (otuz doqquz manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı LPO QSC «Bank Standard» KB-yə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı LPO QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə xitam verilsin. LPO QSC «Bank Standard» KB-nin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 39.26 (otuz doqquz manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı LPO QSC «Bank Standard» KB-yə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar