Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2201/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğində dəyişiklik edilərək 220 manat (iki yüz iyirmi manat) sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların xx.xx.2019-cu X5 adlı bir övladı olmuşdur. Nikahlarının ilk vaxtlarında normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X2 iddiaçının yanında qalması və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən qazancının 1\4 hissəsi miqdarında alimentin və uşağın 3 yaşı tamam olana qədər hər ay 50 manat məbləğində maddi yardımın tutulması qət edilmişdir. Onun ödədiyi aliment bu günki iqtisadi münasibətlərlə uyğun gəlmir. Uşaq gündən-günə böyüyür. Böyüdükcə xərcləri də artmaqdadır. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bir uşağın minumum yaşayış məbləği 220 manat təşkil edir. İddiaçı təkbaşına onun ehtiyaclarını ödəyə bilmir. Hal-hazırda rəsmi iş yeri yoxdur. xx.xx.2019-cu il tarixli“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. A Azərbaycan Respublikası R MPM-nin 149.2.4-1ci maddəsinə əsasən, vətəndaş “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəlmediasiya prosesində iştirak tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməlidir. Məhz bu mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq iddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi lkin mediasiya sessiyasında iştirak etmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq mediator tərəfindən MŞS/MT030/ 2023-00225 № li, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” verilmişdir.Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur . TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iiddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, əvvəl qəssab kimi çalışmış, hazırda isə metal və dəmir tullantıları yığıb satmaqla məşğuldur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 150 manat alimenti ödəməyə gücü matır, daha artıq ödəyə bilmir. Bununla yanaşı alimenti ödəməsinə baxmayaraq 6 aydır ki, övladını görə bilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İŞ MATERİALLARİNDA OLAN: - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3081/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilmiş və bu hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının ¼ hissəsi miqdarında tutulan aliment məbləği dəyişdirilmiş və Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, maddi yardımın artırılması barədə iddianın təmin edilməməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - AZ-İ № 350935 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah ləğv edilmiş, Qadına nikah pozulduqdan sonra Məhərrəmova soyadı verilmişdir. - xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00225 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və prosesin davam etdirilməsi barədə razılığa gəlməmişdir. - AZ-İV № 366393 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən- Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əssən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əssən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əssən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əssən- Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əssən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əssən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MƏHKƏMƏNİN MÖVQEYİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladı vardır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3081/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilmiş və bu hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının ¼ hissəsi miqdarında tutulan aliment məbləği dəyişdirilmiş və Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, maddi yardımın artırılması barədə iddianın təmin edilməməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Uşağın artmaqda olan tələbatlarını nəzərə alaraq alimentin miqdarının dəyişdirilməsi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 oktyabr 2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2201/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2201/2023
20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver