Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2217/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 "xxxx" Kommersiya Bankı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, 1xx/xx/78274/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 778,09 manat məbləğində əsas borc, 507,44 manat məbləğində faiz borcu, 928,17 manat məbləğində cərimə borcu, 257,62 manat məbləğində gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla hesablanmış faiz məbləği, cəmi 2471,32 manat məbləğində pulun və 44,72 manat dövlət rüsümunun iddiaçının xeyrinə tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 15 avqust 2014-cü il tarixli, 1xx/xx/78274/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya 778,09 manat məbləğində əsas borc, 507,44 manat məbləğində faiz borcu, 928,17 manat məbləğində cərimə borcu, 257,62 manat məbləğində gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla hesablanmış faiz məbləği, cəmi 2471,32 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehlə bağlanmış kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşür. Lakin, cavabdeh restrukturizasiya ilə bağlı iddiaçıya müraciət etmədiyindən onun borcu restrukturizasiya edilməyib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1968-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı ünvan 2 xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Tərəflər arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, 1xx/xx/78274/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 25 faizlə, 5000 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya kredit müqaviləsinə əsasən hər ay 266,86 manat ödəniş etməli idi. Sonuncu ödəniş xx.xx.2016cı il tarixində edilməli idi. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 778,09 manat məbləğində əsas borc, 507,44 manat faiz borcu, 928,17 manat cərimə, 257,62 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 2471,32 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsində iddia tələbini əsas borcun tutulması hissəsində etiraf etdiyini bildirmişdir. İş materiallarına kredit müqaviləsi üzrə ödənişləri özündə əks etdirən hesabdan çıxarış əlavə edilmişdir. İşdən göründüyü kimi cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 44,72 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas borcu qalmışdır. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin (5.1). İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 2014-cü ildə bağlanmışdır. Kreditin məbləği və gecikmə müddəti müqavilənin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşməsini təsdiq edir. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron (cbar.az) portalında “Problemli kreditlər” bölməsində yerləşdirilmiş çıxarışa əsasən də tərəflər arasında bağlanmış kredit müqaviləsinin həmin Fərmanının təsir dairəsinə düşdüyü müəyyən edilir. Lakin cavabdeh Banka müraciət etmədiyi üçün, cavabdeh ilə restrukturizasiya müqaviləsi bağlamaq mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizədə iddianı əsas borc hissəsində etiraf etdiyini bildirmişdir. İddianın etiraf edilməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını pozmur. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yuxarıda qeyd edilən Fərmanın əhatə dairəsinə düşdüyündən iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, digər hissələrdə isə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 44,72 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 778 (yeddi yüz yetmiş səkkiz) manat 09 (doqquz) qəpik pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X3 "xxxx" Kommersiya Bankı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2217/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2217/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver