Məhkəmə qərarları › İş №e-2(060)-2219/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2219/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2219/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 11.02.2020-ci il tarixli MK № 009/MK-20 saylı kredit müqaviləsi üzrə “Bank”a olan 6 585.16 AZN (altı min beş yüz səksən beş manat 16 qəp.) əsas, 2 686.12 AZN (iki min altı yüz səksən altı manat 12 qəp.) faiz, 2 686.11 AZN (iki min altı yüz səksən altı manat 11 qəp.) cərimə borcu olmaqla, cəmi 11 957.39 AZN (on bir min doqquz yüz əlli yeddi manat 39 qəp.) kredit borcu və tərəflərindən ödənilmiş 125.87 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zaminlər– Cavabdeh3 və Cavabdeh1) birgə qayda da tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinə əlavə verərək, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 11.02.2020-ci il tarixli MK № 009/MK-20 saylı kredit müqaviləsi üzrə “Bank”a olan 6 585.16 AZN (altı min beş yüz səksən beş manat 16 qəp.) əsas, 2 509.13 AZN (iki min beş yüz doqquz manat 13 qəp.) faiz, 2 686.11 AZN (iki min altı yüz səksən altı manat 11 qəp.) cərimə borcu olmaqla, cəmi 11 780.40 AZN (on bir min yeddi yüz səksən manat 40 qəp.) kredit borcu və tərəflərindən ödənilmiş 125.87 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zaminlər– Cavabdeh3 və Cavabdeh1) birgə qayda da tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək göstərdi ki, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 11.02.2020-ci il tarixli MK № 009/MK-20 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 21.5% olmaqla 18 ay müddətinə qaytarmaq şərti ilə 7 000 AZN (yeddi min manat 00 qəp.) məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi, TuranBank ASC ilə Cavabdeh2 (borcalan), Cavabdeh3 arasında 11.02.2020-ci il tarixli MK № 009/MK-20 saylı və Cavabdeh1 arasında 11.02.2020-ci il tarixli MK № 009/MK-20-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Hal-hazırda Cavabdeh2 “Bank”a 6 585.16 AZN (altı min beş yüz səksən beş manat 16 qəp.) əsas, 2509.13 AZN (iki min beş yüz doqquz manat 13 qəp.) faiz, 2 686.11 AZN (iki min altı yüzsəksən altı manat 11 qəp.) cərimə borcu olmaqla, cəmi 11 780.40 AZN (on bir min yeddi yüz səksən manat 40 qəp.) kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 11.02.2020-ci il tarixli MK № 009/MK-20 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 43% olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borcu, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla Zaminlər Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 11.02.2020-ci il tarixli MK № 009/MK-20 saylı kredit müqaviləsi üzrə “Bank”a olan 6 585.16 AZN (altı min beş yüz səksən beş manat 16 qəp.) əsas, 2 509.13 AZN (iki min beş yüz doqquz manat 13 qəp.) faiz, 2 686.11 AZN (iki min altı yüz səksən altı manat 11 qəp.) cərimə borcu olmaqla, cəmi 11 780.40 AZN (on bir min yeddi yüz səksən manat 40 qəp.) kredit borcu və tərəflərindən ödənilmiş 125.87 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zaminlər– Cavabdeh3 və Cavabdeh1) birgə qayda da tutularaq TuranBank ASC-yə ödənilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, iddiaçı təşkilatdan 2020-ci ilin fevral ayında 18 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. O, Karvan Ticarət mərkəzində işləyir. Pandemiya ilə əlaqədar ticarət mərkəzi bağlandığı üçün o, işsiz qalmış və banka olan borcunu ödəyə bilməmişdir. Hazırda iddia tələbini faiz və cərimə borcu istisna olmaqla qəbul edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, Bank ilə İqbal arasında bağlanmış 11.02.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən bank ona 18 ay müddətinə illik 21,5% olmaqla, 7000 manat məbləğində kredit vermişdir. O, kredit müqaviləsinə əsasən müqavilə üzrə zamin dayanmışdır. Hazırda, maddi durumu yaxşı olmadığı üçün ödənişləri edə bilmirlər. O, zamin kimi üzərinə düşən vəzifəsini başa düşür. Həmçinin tələb olunan borc məbləği həddin artıq çox şişirdilmişdir. Bundan əlavə iddia tələbinin faiz və cərimə borcu istina olmaqla qəbul edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman digər Cavabdeh3 izahatına uyğun izahat verərək iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarından görünür ki, 11 fevral 2020-ci il tarixli MK 009/MK-20 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik faiz dərəcəsi 21.5% olmaqla, 18 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Bu müqavilənin 2.5-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 43 % olmaqla cərimə faizi ödəyir. İş materiallarında olan 11.02.2020-ci il tarixli, 009MK-20 və 009/MK-20-1 saylı “Zaminlik müqavilələri”ndən görünür ki, 11.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh1 ilə İddiaçı ASC arasında 11 fevral 2020-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 08.04.2022-ci il tarixli “Maliyyə arayış”ın surətindən görünür ki, Cavabdeh2 11.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan əsas borcu 6585,16 manat, faiz üzrə 2509,13 manat, 2686,11 manat məbləğində cərimə borcu, ümumilikdə isə 11780,40 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 6585,16 manat, faiz üzrə 2509,13 manat, 2686,11 manat məbləğində cərimə borcu, ümumilikdə isə 11780,40 manat icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 2686,11 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 200 manat müəyyən edilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6585 (altı min beş yüz səksən beş) manat 16 (on altı) qəpik, faiz borcu üzrə 2509 (iki min beş yüz doqquz) manat 13 (on üç) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat, cəmi 9294 (doqquz min iki yüz doxsan dörd) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borcun və iş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat 87 (səksən yeddi) qəpik məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6585 (altı min beş yüz səksən beş) manat 16 (on altı) qəpik, faiz borcu üzrə 2509 (iki min beş yüz doqquz) manat 13 (on üç) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat, cəmi 9294 (doqquz min iki yüz doxsan dörd) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borcun və iş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat 87 (səksən yeddi) qəpik məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar