Məhkəmə qərarları › İş №e-2(060)-2230/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2230/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2230/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı X3 Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 1.742,11 manat (bundan 1.731,49 manat əsas borc və 10,62 manat faiz borcu təşkil edir) məbləğində 19 fevral 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 37.42 manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 Bakı Filialının müdiri A.K.Najafımarganmaskan xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan borc öhdəliklərini 04 mart 2024-cü il tarixində tam yerinə yetirmişlər. Qeyd olunanların nəzərə alınaraq, işə baxılmamış saxlanılması barədə qərar qəbul edilməyini və işin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə təmin edilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində müəyyən olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, X3 Bakı Filialı tərəfindən 37.42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi geri qaytarıldığı üçün iş üzrə X3 Bakı Filialı tərəfindən ödənilmiş 37.42 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X3 Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 37.42 (otuz yeddi manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı X3 Bakı Filialına qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar