Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2246/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cəmi borcu 6018.85 AZN bundan 2301.62 AZN əsas, 95.91 AZN faiz, 2281.44 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 338.88 AZN faiz borcu və iş üzrə ödənilmiş 80,19 AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 006 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5874.75 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 5646.26 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020- ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6018.85 AZN təşkil edir. Bundan 2301.62 AZN əsas, 1095.91 AZN faiz, 2281.44 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 338.88 AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar nank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********793 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, ekspert rəyi ilə tanış olmuşlar. Həmin məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır. Həmin məsələni də məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Vətəndaşın sərəncamına verilməsi zamanı poçt vasitəsi ilə vətəndaş alır. Cavabdeh 2751 manat 13 qəpik kompensasiya məbləği almışdır. Əsas məbləğ isə ödənilməmiş qalmışdır. 6 mart 2015-ci il tarixdə birinci saziş bağlanmış, vətəndaşın 5874 dollar 75 sent borcu olmuşdur. Daha sonra xx.xx.2015-ci il tarixə qədər müddət uzadılmışdır. 2017-ci il tarixdə yenidən müqavilə bağlanmış, bu zaman bir dollar 1.40 manat ilə nisbətdə hesablanmış, həmin vaxta 5646 dollar 24 sent borcu olmuşdur. Birinci sazişdən təxminən 200 dollar fərq olmuşdur. Müddət yenidən 7 mart 2020-ci il tarixə qədər uzadılmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. O, eyni zamanda qeyd etdi ki, onun LPO İddiaçı ASC-nə bir manat da olsa borcu yoxdur. Bu məsələnin araşdırılmasını iddiaçıya demiş və əvvəlki məhkəmə iclaslarında da bunu bildirmişdir. Əgər o bankdan pul götürməmişdirsə, onun üzərinə məbləğ yazıla bilməyəcəyini qeyd etdi. Ondan tələb olunan məbləğ Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşmüşdür. O 2014-cü ilin sentyabr ayında 5000 (beş min) manat pul götürmüşdür. O manat məzənnəsi ilə götürmüş, lakin dollar ilə sənədləşdirilmişdir. 5000 (beş min) manat 6500 (altı min beş yüz) dollar edir. 3 (üç) il müddətinə də təxminən 9000 (doqquz min) dollar ödənilmiş, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən 10000 (on min) manata qədər olan kreditlər problemli kreditlər siyahısına düşmüşdür. 2019-cu ilin fevral ayında problemli kreditlər siyahısına düşdükdən sonra həmin ilin mart ayından avqust ayına qədər Maliyyə Bazarlarına Nəzarət İdarəsi tərəfindən sonuncu sentinə qədər ödənilmişdir. Onun əlində çeklər vardır ki, on bir min manatdan çox ödənişlər etmişdir. 2751 manat ona kompensasiya ödənilmişdir. O harada olmuşdursa orada kamera vardır. O 2019-cu ilin mart ayında Dəmirbanka yaxınlaşıb ödənişini etmək istədikdə ona ödənişinin saxlanması deyilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 28%-lə 6500 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. - 09.02.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun iddiaçıya xx.xx.2017-ci il tarixli, KM036T03170009S01 saylı kredit müqavilə üzrə 2302.62 manat əsas, 1095.91 manat faiz borcu, 2281.44 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 338.88 manat borc olmaqla, ümumilikdə 6018.85 manat borcu vardır. - Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2020-ci il tarixdə edilmişdir. - Cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5458 nömrəli, 30 avqust 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu müqavilənin restrukturizasiya olunan müddətinə yəni xx.xx.2017-ci il tarixinə 4039.38 USD əsas borcu, 861.08 USD faiz borcu təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 02 saylı əlavə sazişə əsasən Restrukturizasiya müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh müqavilə müddətindən sonra, yəni xx.xx.2023-cü il tarixinə illik 5% dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxt üçün hesablanan faiz 2300.69 manat əsas borc, 398.79 manat faiz borcu, 333.28 manat cərimə borcu təşkil etmişdir. - Problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh LPO İddiaçı ASC-yə olan borcundan güzəştə görə kompensasiya məbləğininin azaldılan hissəsi 1788.54 manatdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. - İş materiallarında olan ödəniş qrafikinə əsasən Cavabdeh kredit borcunu hər ay 268,92 manat, sonuncu ay is 268,81 manat olmaqla, 36 ay müddətində qaytarmalıdır. - 09.09.2015-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcu konvertasiya edilərək 5874.75 USD məbləğində müəyyən edilmiş, keditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. - 07.04.2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcu konvertasiya edilərək 5646.26 manat məbləğində müəyyən edilmiş, keditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. - İddiaçı iddia ərizəsinin verilməsi üçün 80,19 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və cavabdehin iddiaçıya 2301,62 manat əsas borcu və 1095,91 manat faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 338,88 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Lakin gecikdirilmiş pul məbləğinin dəyəri yüksək olduğu üçün, bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 2301,62 manat əsas borc məbləğinə 2281,44 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ekpert rəyi nəzərə alınmaqla, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2300,69 manat əsas borc, 398.79 manat faiz borcu, 100 manat cərimə, cəmi 2799 (iki min yeddi yüz doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində borc və ödənilmiş 80,19 manat dövlət rüsumunun 47.99 (qırx yeddi manat doxsan doqquz qəpik) manatı Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 100 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 80,19 manat dövlət rüsumunun 47.99 manatı Cavabdeh aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Ekspert rəyi nəzərə alınmaqla 2300,69 manat əsas borc, 398.79 manat faiz borcu, 100 manat cərimə, cəmi 2799 (iki min yeddi yüz doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində borc və ödənilmiş 80,19 manat dövlət rüsumunun 47.99 (qırx yeddi manat doxsan doqquz qəpik) manatı Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2246/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2246/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver