Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2251/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 iyun 2019-cu il tariхli, 100821-44911/10 saylı kredit müqaviləsi üzrə 626.83 (altı yüz iyirmi altı manat səksən üç qəpik) manat məbləğində əsas bоrcu, 10.73 (on manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 637.56 (altı yüz otuz yeddi manat, əlli altı qəpik) manat məbləğində kredit bоrcu, 14 iyun 2019-cu il tariхli, 100821- 44911/11 nömrəli kredit müqaviləsi üzrə 1574 (bir min beş yüz yetmiş dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində əsas bоrcu, 17 (on yeddi) manat 46 (qırx altı) qəpik məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 1591 (bir min beş yüz doxsan bir) manat 94 (doxsan dörd) qəpik məbləğində kredit borcu olmaqla, cəmi 2229 (iki min iki yüz iyirmi doqquz) manat 50 (əlli) qəpik məbləğində kredit borcunun və 42.70 (qırx iki) manat 70 (yetmiş) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tariхli, 100821-44911/10 nömrəli güzəştli krеdit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 836.30 (səkkiz yüz otuz altı manat, otuz qəpik) manat məbləğində krеdit vеrilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tariхli, 100821-44911/11 nömrəli güzəştli krеdit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2535.84 (iki min beş yüz otuz beş manat, səksən dörd qəpik) manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 20 fevral 2023-cü il tarixinə cavabdehin 14 iyun 2019-cu il tariхli, 100821-44911/10 saylı kredit müqaviləsi üzrə 626.83 manat məbləğində əsas bоrc 10.73 manat məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 637.56 (altı yüz otuz yeddi manat, əlli altı qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 20 fevral 2023-cü il tarixinə cavabdehin 14 iyun 2019-cu il tariхli, 100821-44911/11 saylı kredit müqaviləsi üzrə 1574.48 manat məbləğində əsas оrcu, 17.46 manat məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 1591.94 (bir min beş yüz doxsan bir manat, doxsan dörd qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tariхli, №100821-44911/10 saylı “Güzəştli Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 836,30 (səkkiz yüz otuz altı manat otuz qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tariхli, №100821-44911/11 saylı “Güzəştli Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2535,84 (iki min beş yüz otuz beş manat səksən dörd qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 14 iyun 2019-cu il tarixli, 100821-44911/10 nörməli Kredit müqaviləsi üzrə 626,83 manat əsas borcu, 10,73 manat faiz borcu olmaqla, cəmi 637,56 manat borcu vardır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 14 iyun 2019-cu il tarixli, 100821-44911/11 nörməli Kredit müqaviləsi üzrə 1574,48 manat əsas borcu, 17,46 manat faiz borcu olmaqla, cəmi 1591,94 manat borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tariхli, №100821- 44911/10 və 100821-44911/11 saylı “Kredit Müqavilələri” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 14 iyun 2019-cu il tariхli, 100821-44911/10 saylı kredit müqaviləsi üzrə 626.83 (altı yüz iyirmi altı manat səksən üç qəpik) manat məbləğində əsas bоrcu, 10.73 (on manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 637.56 (altı yüz otuz yeddi manat, əlli altı qəpik) manat məbləğində kredit bоrcu, 14 iyun 2019-cu il tariхli, 100821-44911/11 nömrəli kredit müqaviləsi üzrə 1574.48 (bir min beş yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat məbləğində əsas bоrcu, 17.46 (on yeddi manat qırx altı qəpik) manat məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 1591.94 (bir min beş yüz doxsan bir manat, doxsan dörd qəpik) manat məbləğində kredit borcu olmaqla, cəmi 2229.50 (iki min iki yüz iyirmi doqquz manat, əlli qəpik) manat məbləğində kredit borcunun və 42.70 (qırx iki manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 14 iyun 2019-cu il tariхli, 100821-44911/10 saylı kredit müqaviləsi üzrə 626 (altı yüz iyirmi altı) manat 83 (səksən üç) qəpik məbləğində əsas bоrcu, 10.73 (on manat yetmiş üç qəpik) manat məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 637 (altı yüz otuz yeddi) manat 56 (əlli altı) qəpik məbləğində kredit bоrcu, 14 iyun 2019-cu il tariхli, 100821-44911/11 nömrəli kredit müqaviləsi üzrə 1574 (bir min beş yüz yetmiş dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində əsas bоrcu, 17 (on yeddi) manat 46 (qırx altı) qəpik məbləğində faiz bоrcu оlmaqla, ümumilikdə 1591 (bir min beş yüz doxsan bir) manat 94 (doxsan dörd) qəpik məbləğində kredit borcu olmaqla, cəmi 2229 (iki min iki yüz iyirmi doqquz) manat 50 (əlli) qəpik məbləğində kredit borcunun və 42.70 (qırx iki) manat 70 (yetmiş) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2251/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2251/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver