Məhkəmə qərarları › İş №e-2(060)-2262/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2262/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2262/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı xeyrinə tutulması qət edilmiş 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment artırılaraq 500 (beş yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, 60 manat mediasiya xərcinin, 100 manat hüquqi xidmət xərcinin, cəmi 160 manat məhkəmə xərcinin əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2018-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4816/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və xx.xx.2019-cu il təvəllüdlü X8 İddiaçı yanında saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4816/2022 saylı qətnaməsi ilə isə Cavabdeh övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən göründüyü kimi, cavabdehin başqa nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X4 da saxlanılması üçün hər ay X5 xeyrinə 175 manat alimentin tutulması Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2395/2017 saylı qətnaməsi ilə qət edildiyi üçün, İddiaçı 220 manat alimentin tutulması barədə iddia tələbi qismən təmin edilərək 175 manat sabit aylıq alimentin tutulmasına qət olunmuşdur. Qeyd edir ki, cavabdehin əvvəlki nikahı dövründə doğulmuş uşağı xx.xx.2005-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində artıq 18 yaşı, yetkinlik yaşı tamam olduğu üçün Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2395/2017 saylı qətnaməsi ilə artıq ondan aliment tutulmur. Bundan başqa xx.xx.2019-cu il təvəllüdlü X8 artıq 4 yaşı var, o, böyüdükcə hər keçən gün xərcləri də artır. Bundan başqa bütün dünyada olduğu kimi ölkədə də baş verən bahalaşma, inflyasiya səbəbi ilə əsas qida məhsulları və geyim əşyalarının qiyməti də getdikcə artır. Məhz bu bahalaşma səbəbi ilə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə,2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Bundan başqa bildirir ki, cavabdeh Prokon MMC-də çalışır və aylıq 1500 manat maaş alır. İddiaçı isə fərdi sahibkarın yanında çalışır və aylıq 350 manat əmək haqqı alır. İddiaçı işə getdiyi zaman uşağa aylıq 150 manat müqabilində baxıcı baxır. Bütün bunları nəzərə alaraq hesab edirlər ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi 175 manat məbləğindəki alimentin artırılması zəruridir. Bunu nəzərə alaraq iddiaçı Qanunvericiliyin tələblərinə əməl edərək əvvəlcə cavabdehə alimentin artırılması tələbli mediasiya təklifini göndərmiş, lakin cavabdeh mediasiya iclasına gəlməmişdir. Mediasiya təşkilatı iddiaçıya məhkəməyə müraciət etməsi üçün xx.xx.2024-cü il tarixli Mediasiya Arayışı verilmişdir. Bu səbəblə iddiaçı məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, xeyli müddətdir ki, işləmir və Sumqayıt Şəhər Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır. İddiaçı iddia tələbində qeyd edir ki, guya cavabdeh Prokon MMC şirkətində işləyir və əmək haqqı 1500 manatdır. 3-4 il bundan qabaq bu şirkətdə işləmiş və müqavilə müddətinin bitməsi səbəbindən işdən çıxarılmışdır. Cavabdehlə bir ünvanda əmək qabiliyyəti olmayan 1- ci qrup əlil və xəstə anası yaşayır . Cavabdeh ona qulluq edir, belə ki, anası ağır formada böyrək çatışmazlığı və ağır onkoloji xəstəliyindən əziyyət çəkir, dializ xəstəsidir və ona baxmaq vəzifəsi bir övlad kimi cavabdehin düşür, çünki onu baxımsız qoyub işə gedə bilmir,bu səbəbdən də yüngül və münasib iş axtarır. Maddi vəziyyəti olduqca ağırdır, ailənin yeganə gəliri anasının əlilliyi ilə bağlı verilən müavinətdir ki,bu da onun dava-dərmana olan tələbatını çətinliklə ödəyir.Göründüyü kimi cavabdehin heç yerdən gəliri yoxdur. İddiaçı işləyir,qazanc və gəlirə malikdir,iddia tələbində qeyd edir ki, işlədiyi üçün o uşağa baxıcı da tutmuşdur, halbuki 4 yaşlı uşağı o dövlət hesabında olan uşaq bağçasına da qoya bilər. Bütün bunlar yalnız onun cavabdehdən artıq pul qoparmaq niyyətinə xidmət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, 1589 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası X2 yanında qalması, xx.xx.2022-ci il tarixdən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat aliment Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. MŞS-MT030-2024-00325 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğunun nəticəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-də qaynaqçı vəzifəsində çalışır və 898,29 manat əmək haqqı alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X7 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, 1589 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası X2 yanında qalması, xx.xx.2022-ci il tarixdən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat aliment Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. xx.xx.2019-cu il təvəllüdlü X3 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2019-cu il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı mediasiya xərcinin əvəzi kimi 60 manat tələb etsə də, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərc ödəmişdir. Odur ki, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsindən görünür ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin 100 manat hüquqi xidmətlə əlaqədar xərcin cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda tələb etdiyi 100 manat hüquqi xərcin ödənilməsi tərəflərindən sübuta yetirilə bilmir. Belə ki, bununla bağlı qəbz və ya ödənişi təsdiq edən sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilsin, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar