Məhkəmə qərarları › İş №e-2(060)-2267/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2267/2023

10.03.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2267/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Tələbkar Borclu qarşı alimentin miqdarının artırılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin miqdarının artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə birgə nikahlarından olan 30 noyabr 2019-cu il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(060)-2401/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin miqdarda alimentin Borclu onun xeyrinə tutulması, habelə, ilkin mediasiya sessiyasında iştirakla bağlı tərəfindən ödənilmiş rüsumunun əvəzi kimi 50 manatın Borclu onun xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa (276.2.2),tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; (276.2.3), tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; (276.2.4), tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; (276.2.5), . tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; (276.2.6),tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. (276.2.7) Göründüyü kimi məhkəmə əmrinin verilməsi üçün qanunveriliklə müəyyən edilmiş halların siyahısında alimentin alınması ilə bağlı tələblər nəzərdə tutulsa da, aliment məbləğinin artırılması nəzərdə tutulmamışdır. Bundan başqa Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə var. Belə ki, iş materiallarına əsasən hazırda cavabdeh Borclu maddi vəziyyətində dəyişiklik olması, yəni onun maddi vəziyyətinin yaxşılaşması, əlavə qazanc mənbəyi əldə etməsi, yüksək əmək haqqı olan işə başlaması və s. halları müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Tələbkar Borclu qarşı alimentin miqdarının artırılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 279-cu maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz (279.3). Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur (279.4) Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 276, 279, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar Borclu qarşı alimentin miqdarının artırılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar