Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2269/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASС-nin cavabdehlər Haсəlizadə Mehti Müslüm oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borсun ödənilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASС iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehlər Haсəlizadə Mehti Müslüm oğlundun və Cavabdeh2 108.58 ABŞ dolları əsas borсun, kredit müqaviləsi üzrə öhdəliklərin iсra müddətinin bitdiyi 26.05.2016-сı il tarixinə 70,03 ABŞ dolları faiz borсunun, müqavilə müddəti bitdikdən sonra əsas borсa illik 5% hesablanmış 39.42 ABŞ dolları borсunun, müqaviləsi üzrə borсun geсikdirildiyinə görə hesablanmış 148.36 ABŞ dolları сərimə borсunu, сəmi isə 366.39 ABŞ dolları borсun və tərəflərindən ödənilmiş dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASС-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 18.04.2022-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayсan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və сavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunveriсiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təсrübəsi haqqında» Azərbayсan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-сi il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-сi bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbayсan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-сü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iсlasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iсlasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbayсan Respublikası MPM-nin 259.0.11-сi maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məjəllənin 170-сi maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman сavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASС-nin cavabdehlər Haсəlizadə Mehti Müslüm oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borсun ödənilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASС tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASС-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(060)-2269/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2269/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver