Məhkəmə qərarları › İş №e-2(060)-2274/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2274/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2274/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı -qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı sazişin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7767,99 (yeddi min yeddi yüz altmış yeddi Manat 99 qəpik) Manat - bundan 3098,34 (üç min doxsan səkkiz Manat 34 qəpik) Manat əsas, 1815,69 (bir min səkkiz yüz on beş Manat 69 qəpik) Manat faiz, 2391,71 (iki min üç yüz doxsan bir Manat 71 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462,25 (dörd yüz altmış iki Manat 25 qəpik) Manat faiz borcu və iş üzrə ödənilmiş 97,68 (doxsan yeddi Manat 68 qəpik) Manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı ASC-nə qarşı kredit müqaviləsi üzrə sazişin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı LPO "xxxx" ASC-nin ona qarşı vermiş olduğu iddianın rədd edilməsi və 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 2 saylı əlavə sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiaya əlavə verərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini və 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 2 saylı əlavə sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 12 mart 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən cavabdehə verilmiş kreditin qalıq məbləği 3350,90 manat təşkil etmiş, illik 14 (on dörd) faiz olmaqla kreditin müddəti 36 (otuz altı) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7767,99 (yeddi min yeddi yüz altmış yeddi Manat 99 qəpik) Manat təşkil edir. Bundan 3098,34 (üç min doxsan səkkiz Manat 34 qəpik) Manat əsas, 1815.69 (bir min səkkiz yüz on beş Manat 69 qəpik) Manat faiz, 2391,71 (iki min üç yüz doxsan bir Manat 71 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462,25 (dörd yüz altmış iki Manat 25 qəpik) Manat faiz borcu təşkil edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 12 mart 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmasını əsas gətirərək tərəfindən 3098,34 (üç min doxsan səkkiz manat 34 qəpik) manat əsas, 1815,69 (bir min səkkiz yüz on beş manat 69 qəpik) manat faiz, 2391,71 iki min üç yüz doxsan bir Manat 71 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462,25 (dörd yüz altmış iki manat 25 qəpik) manat faiz borcu olmaqla cəmi 7767,99 manat borcun ödənilməsini tələb etmişdir. İddiaçı Bank tərəfindən borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlərin olunması və **********190 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Banka heç bir cavabın verilməməsi bildirilmişdir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.2.1-ci və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müdddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi və Mülki Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılmasını bildirmişdir. İddiaçının iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 12 mart 2015-ci il tarixli Kredit Müqaviləsindən irəli gəldiyini bildirir. Lakin iddia ərizəsinə əlavə olunmuş sənədlərdə kredit müqaviləsi yoxdur. Kredit müqaviləsi olmaya-olmaya həmin kredit müqaviləsinə Əlavə sazişə əsasən belə bir iddianın verilməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlərdə iddiaçını ona yazdığı xəbərdarlıq məktubunun ünvan 1 ünvanında yaşamadığı bildirilərək geri qaytarıldığı qeyd olunmuşdur. Qeyd edir ki, qeyd olan ünvanda yaşayır və evdə hər zaman adam olur. Hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi çatdırılma qəbzi formal doldurulmuş reallığı əks etdirməyən qəbzdir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi hesab çıxarışından kredit ödənişi üzrə sonuncu əməliyyatın 2016-cı ildə olunduğu qeyd olunuş və son əməliyyat tarixindən 7 il müddətin keçməsinə baxmayaraq iddiaçı tərəfindən cavabdehə heç bir rəsmi və ya şifahi xəbərdarlıq da edilməmişdir. Hesab edir ki, bu səbəbdən də hazırki iş üzrə iddiaçının məhkəməyə iddia vermək müddəti ötürülmüşdür. Məhkəmə iclasında iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X3 ilkin iddia tələbini müdafiə etdi. Bildirdi ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında ********* saylı, 12 mart 2015-ci il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən, cavabdehə verilmiş kreditin qalıq məbləği 3350,90 manat təşkil etmiş, illik 14 faiz olmaqla kreditin müddəti 36 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumilkdə 7767,99 manat olmaqla, 3098,34 manat əsas, 1815,69 manat faiz, 2391,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462,25 manat faiz borcunun və iş üzrə ödənilmiş 97,68 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdi. Qarşılıqlı iddia tələbini qəbul etmədi. Bildirdi ki, əqdin etibarsızlığı ilə bağlı iddia müddəti 1 il təşkil edir, iddia müddəti isə ötürülüb. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etdi. Bildirdi ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə kredit müqaviləsi yoxdur. Belə ki iddia ərizəsi Əlavə Sazişə əsasən verilmiş, bunun isə heç bir hüquqi əsası yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi, 12 mart 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 2 saylı Əlavə Sazişin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli ********* saylı, 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 12 mart 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən cavabdehə verilmiş kreditin qalıq məbləği 3350,90 manat təşkil etmiş, illik 14 (on dörd) faiz olmaqla kreditin müddəti 36 (otuz altı) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək uzadılmışdır. 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 09 fevral 2022-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 3098,34 (üç min doxsan səkkiz manat 34 qəpik) manat əsas, 1815,69 (bir min səkkiz yüz on beş manat 69 qəpik) manat faiz, 2391,71 iki min üç yüz doxsan bir Manat 71 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462,25 (dörd yüz altmış iki manat 25 qəpik) manat faiz borcu olmaqla cəmi 7767,99 manat borcu təşkil edir. Beləliklə, məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 12 mart 2015ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən cavabdehə verilmiş kreditin qalıq məbləği 3350,90 manat təşkil etmiş, illik 14 (on dörd) faiz olmaqla kreditin müddəti 36 (otuz altı) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7767,99 (yeddi min yeddi yüz altmış yeddi Manat 99 qəpik) Manat təşkil edir. Bundan 3098,34 (üç min doxsan səkkiz Manat 34 qəpik) Manat əsas, 1815.69 (bir min səkkiz yüz on beş Manat 69 qəpik) Manat faiz, 2391,71 (iki min üç yüz doxsan bir Manat 71 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462,25 (dörd yüz altmış iki Manat 25 qəpik) Manat faiz borcu təşkil edir. Göründüyü kimi kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından əvvələ təsadüf edir. İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına düşüb-düşməməsi haqqında fikir bildirə bilmir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, 12 mart 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 2 saylı Əlavə Sazişə əsasən müqaviənin müddəti 36 ay müəyyən edilmişdir. "xxxx" ASC isə iddia tələbi ilə 02 mart 2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddəti ötürülməmişdir. Bununla yanaşı 12 mart 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 2 saylı Əlavə Sazişin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3098,34 manat əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın X2 tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat+ iddia qiymətinin 1%-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3098,94 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 97,68 manat dövlət rüsumunun 60,98 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 36,70 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3098,34 manat məbləğində əsas borc və ödənilmiş 60,98 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3098,34 manat məbləğində əsas borc və ödənilmiş 60,98 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilsin. X2 36,70 manatı iddiaçı LPO "xxxx" ASC-nin özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh iddia müddətinin tətbiq edilməsi və 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 2 saylı əlavə sazişin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar