Məhkəmə qərarları › İş №e-2(060)-2278/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2278/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2278/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.02.2022-ci il tarixinə yaranmış 08.07.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 7.4 manat əsas, 1.1 manat cərimə, cəmi 8.5 manat borc, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 282.8 manat əsas, 42.4 manat cərimə, cəmi 325.2 manat, 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 45 manat əsas, 6.7 manat cərimə, cəmi 51.7 manat, 16.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 101 manat əsas, 15.1 manat cərimə, cəmi 116.1 manat, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 295.8 manat əsas, 44.3 manat cərimə, cəmi 340.1 manat, 15.11.2020ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 295.8 manat əsas, 44.3 manat cərimə, cəmi 340.1 manat, 22.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 295.8 manat əsas, 44.3 manat cərimə, cəmi 340.1 manat, 11.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 695 manat əsas, 104.2 manat cərimə, cəmi 799.2 manat, 06.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 193 manat əsas, 28.9 manat cərimə, cəmi 221.9 manat, 14.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 557.3 manat əsas, 83.5 manat cərimə, cəmi 640.8 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 309 manat əsas, 46.3 manat cərimə, cəmi 355.3 manat, ümumilikdə 3539 manat borcun və 55.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi” markalı elektron qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla cəmi 95.45 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A315” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 642.85 manat, 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “CASİO” markalı elektron qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 157 manat, 16.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A107” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 309 manat, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla cəmi 484.83 manat, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla cəmi 484.83 manat, 22.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “XİAOMİ REDMİ NOTE 8” görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla cəmi 484.83 manat, 11.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 1049 manat, 06.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A107” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 293 manat, 14.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A515” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 41 manat olmaqla cəmi 721.3 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A125” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla cəmi 372 manat, ümumilikdə on bir müqavilə üzrə 4608.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 08.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixində 8 manat, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixində 36 manat, 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 14 manat, 16.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixində 26 manat, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 27 manat, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 27 manat, 22.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 27 manat, 11.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 59 manat, 06.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 25 manat, 14.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 41 manat və 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.06.2021-ci il tarixdə 309 manat ödəniş etmiş və on bir müqavilə üzrə cəmi qalıq qalmış 3077.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu on bir müqavilə üzrə 4611 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər on bir müqavilə üzrə 4611 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 461.1 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 14.02.2022-ci il tarixədək "xxxx"MMC-nə olan borcu 08.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 7.4 manat əsas, 1.1 manat cərimə, cəmi 8.5 manat, 15.08.2020ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən, 282.8 manat əsas, 42.4 manat cərimə, cəmi 325.2 manat, 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 45 manat əsas, 6.7 manat cərimə, cəmi 51.7 manat, 16.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə)alqı-satqı müqaviləsinə əsasən, 101 manat əsas, 15.1 manat cərimə, cəmi 116.1 manat, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 295.8 manat əsas, 44.3 manat cərimə, cəmi 340.1 manat, 15.11.2020-ci il tarixli ********* saylı müddətl (nisyə)alqı-satqı müqaviləsinə əsasən, 295.8 manat əsas, 44.3 manat cərimə, cəmi 340.1 manat, 22.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 295.8 manat əsas, 44.3 manat cərimə, cəmi 340.1 manat, 11.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 695 manat əsas, 104.2 manat cərimə, cəmi 799.2 manat, 06.02.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 193 manat əsas, 28.9 manat cərimə, cəmi 221.9 manat, 14.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 557.3 manatə sas, 83.5 manat cərimə, cəmi 640.8 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 309 manat əsas, 46.3 manat cərimə, cəmi 355.3 manat, on bir müqavilə üzrə 3077.9 manat əsas, 461.1 manat cərimə olmaq,cəmi 3539 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.07.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Xiaomi” markalı elektron qol saatı almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.08.2020-ci il tarixli ********* saylı saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən, “Samsung A315” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “CASİO” markalı elektron qol saatı almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung A107” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “XİAOMİ REDMİ NOTE 8” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən Samsung” markalı televizor almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung A107” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung A515” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung A125” markalı mobil almışdır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 08.07.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 7.4 manat əsas borc, 11 manat cərimə olmaqla, ümumilikdə 18,4 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 15.08.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 282.8 manat əsas borc, 424 manat cərimə olmaqla, ümumilikdə 706,8 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 07.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 45 manat əsas borc, 67 manat cərimə olmaqla, ümumilikdə 112 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 16.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 101 manat əsas borc, 151 manat cərimə olmaqla, ümumilikdə 252 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 15.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 295.8 manat əsas borc, 443 manat cərimə olmaqla, ümumilikdə 738.8 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 15.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 295.8 manat əsas borc, 443 manat cərimə olmaqla, ümumilikdə 738.8 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 22.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 295.8 manat əsas borc, 443 manat cərimə olmaqla, ümumilikdə 738.8 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 11.12.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 695 manat əsas borc, 1042 manat cərimə olmaqla, ümumilikdə 1737 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 06.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 193 manat əsas borc, 289 manat cərimə olmaqla, ümumilikdə 482 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 14.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 557.3 manat əsas borc, 835 manat cərimə olmaqla, ümumilikdə 1392.3 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 05.03.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 309 manat əsas borc, 463 manat cərimə olmaqla, ümumilikdə 772 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 08.07.2020-ci il tarixli ********* saylı, 15.08.2020-ci il tarixli ********* saylı, 07.10.2020-ci il tarixli ********* saylı, 16.10.2020-ci il tarixli ********* saylı, 15.11.2020-ci il tarixli ********* saylı, 15.11.2020-ci il tarixli ********* saylı, 22.11.2020-ci il tarixli 010705213, 11.12.2020-ci il tarixli ********* saylı, 06.02.2021-ci il tarixli ********* saylı, 14.02.2021-ci il tarixli ********* saylı, 05.03.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 3077,9 (7.4 + 282.8 + 45 + 101 + 295.8 + 295.8 + 295.8 + 695 + 193 + 557,3 + 309) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 08.07.2020-ci il tarixli ********* saylı, 07.10.2020-ci il tarixli ********* saylı, 16.10.2020-ci il tarixli ********* saylı müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsinə görə hesablanmış 22.9 (1.1+6.7+15.1) manat məbləğində cərimə kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 15.08.2020-ci il tarixli ********* saylı, 15.11.2020-ci il tarixli ********* saylı,15.11.2020-ci il tarixli ********* saylı, 22.11.2020-ci il tarixli 010705213, 11.12.2020-ci il tarixli ********* saylı, 06.02.2021-ci il tarixli ********* saylı,14.02.2021-ci il tarixli ********* saylı, 05.03.2021-ci il tarixli ********* saylı müqavilələr öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 438.2 (42.4 + 44.3 + 44.3 + 44.3 + 104.2 + 28.9 + 83.5 + 46.3) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissələrdə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə həmin müqavilələr üzrə dəbbə pulu qismində 110 (10 + 10 + 10 + 10 + 30 + 5 + 20 + 15) manat pul tutulmalıdır. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək belə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə ümumilikdə cavabdehdən dəbbə pulu qismində 132.9 (22.9+110) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə (təxminən 90%) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 55.40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 14.02.2022-ci il tarixinə yaranmış 08.07.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 7,4 (yeddi manat qırx qəpik) manat əsas, 1,1 (bir manat on qəpik) manat cərimə, 15.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 282,8 (iki yüz səksən iki manat səksən qəpik) manat əsas, 10 (on) manat cərimə, 07.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 45 (qırx beş) manat əsas, 6,7 (altı manat yetmiş qəpik) manat cərimə, 16.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 101 (bir yüz bir) manat əsas, 15,1 (on beş manat on qəpik) manat cərimə, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 295,8 (iki yüz doxsan beş manat səksən qəpik) manat əsas, 10 (on) manat cərimə, 15.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 295,8 (iki yüz doxsan beş manat səksən qəpik) manat əsas, 10 (on) manat cərimə, 22.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 295,8 (iki yüz doxsan beş manat səksən qəpik) manat əsas, 10 (on) manat cərimə, 11.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 695 (altı yüz doxsan beş) manat əsas, 30 (otuz) manat cərimə, 06.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 193 (bir yüz doxsan üç) manat əsas, 5 (beş) manat cərimə, 14.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 557,3 (beş yüz əlli yeddi manat otuz qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 309 (üç yüz doqquz) manat əsas, 15 (on beş) manat cərimə borcu olmaqla, ümumilikdə 3210,8 (üç min iki yüz on manat səksən qəpik) manat borc və 55,40 (əlli beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar