Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2330/2024 21.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı"xxxx" ASC-nin xeyrinə 243İK/2018 nömrəli, xx.xx.2018- ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 51235.03 AZN, faiz borcu üzrə 1531.17 AZN, cərimə borcu üzrə 6.02 AZN olmaqla, cəmi 52772.22 AZN borc məbləğinin tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 AZN dövlət rüsumu və xidmət haqqının Cavabdeh2 tutulması; 243İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında bağlanan xx.xx.2018-ci il tarixli, 243İK/2018 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40, mənzil 15 Yeni qaydalarla AZ 5011, Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********74-05101-093065, Seriya RX №1376493) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; Cavabdeh2 məxsus ipoteka qoyulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40, mənzil 15 Yeni qaydalarla AZ 5011, Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********74-05101-093065, Seriya RX №1376493) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ödənilmiş 248.75 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında bağlanmış 243İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 4 faiz olmaqla, 360 (üç yüz altmış) ay müddətinə 56000 (əlli altı min) manat məbləğində kredit ayrılmışdır. 243İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında bağlanan xx.xx.2018-ci il tarixli, 243İK/2018 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 40, mənzil 15 Yeni qaydalarla AZ 5011, Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********74-05101-093065, Seriya RX №1376493) ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixində, 6-2-22/2-3716/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən 243İK/2018 nömrəli xx.xx.2018-cı il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 51235.03 AZN, faiz borcu üzrə 1531.17 AZN, cərimə borcu üzrə 6.02 AZN olmaqla, cəmi 52772.22 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 248.75 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli e-2(060)-2330/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir və işin hazırlıq iclasının baxılması 01 aprel 2024-cü il tarixə saat 10-30-a təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli e-2(060)-2330/2024 saylı məhkəmə hazırlıq qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyi edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, hal-hazırda mülki işi baxılmamış saxlanması, sənədlərin özünə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə ərizənin dəlillərinə şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2330/2024 saylı mülki işi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə 23 yanvar 2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi əsasında ödənilmiş 248 (iki yüz qırx səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi geri qaytarılması dair ərizə baxılmamış saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2330/2024 saylı mülki işi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə 23 yanvar 2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi əsasında ödənilmiş 248 (iki yüz qırx səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Sumqayıt Şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2330/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2330/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver