Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2336/2025 13.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq kredit üzrə əsas borc 2554,22 manat, kredit üzrə hesablanmış faiz borcu 297,20 manat, kredit üzrə hesablanmış cərimə məbləği 6,8 manat olmaqla cəmi 2858,22 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 48,59 manat məbləğdə dövlət rüsumunun, həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********65-05301-093017, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə satış qiymətinin 70000 manat müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "Monetri BOKT” MMC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq iddiaçı "Monetri BOKT” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək kredit üzrə əsas borc məbləği cəmi 1790,22 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 48,59 manat məbləğdə dövlət rüsumunun, həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********65-05301- 093017, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə satış qiymətinin 70000 manat müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "Monetri BOKT” MMC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq iddiaçı "Monetri BOKT” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "Monetri Bokt” MMC ("xxxx" MMC) ilə Cavabdeh arasında 07 dekabr 2021-ci il tarixli, 3436 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh fərdi ev təmiri üçün 36 ay müddətinə, illik 24 faiz olmaqla, 6000 manat məbləğində kredit verilib. 07 dekabr 2021-ci il tarixli, 3436 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı "xxxx" MMC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında 07 dekabr 2021-ci il tarixli, 3436 tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********65- 05301-093017, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb. 07 dekabr 2021-ci il tarixli, 3436 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faiz dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48 faiz olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Cavabdeh müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirib. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh 07 dekabr 2021-ci il tarixli, 3436 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borc 2554,22 manat, kredit üzrə hesablanmış faiz borcu 297,20 manat, kredit üzrə hesablanmış cərimə məbləği 6,8 manat olmaqla, cəmi 2858,22 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair pretenziya məktubu ünvanlanıb (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3436 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 36 ay müddətinə, illik 24 faiz olmaqla 6000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür.
7. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3436 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan ilə borcalan arasında Sumqayıt şəhərində bağlanmış 07 dekabr 2021-ci il tarixli, 3436 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 36 ay müddətinə illik 24 faiz olmaqla 6000 manat məbləğində kredit verməyi və bu öhdəliyin təminatı olaraq Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 114 kv.metr olan m3 saylı mənzili ipoteka qoymağı öhdəsinə götürmüşdür.
8. xx.xx.2021-ci il tarixli, 3436 nömrəli kredit müqaviləsinə Əlavədən görünür ki, müqavilə üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.
9. RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 2, m3 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 fevral 2015-ci ildə qeydiyyata alınmışdır.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 saylı mənzil üzərinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. 06.12.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən cavabdehdən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan cəmi 257,53 manat məbləğdə kredit borcunu 5 gün müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi və mübahisənin məcburi qaydada həll edilməsi məqsədilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 fevral 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsi üzrə 2554,22 manat əsas borc, 297,20 manat faiz borcu, 6,8 manat cərimə borcu olmaqla, cəmi 2858,22 manat borcu vardır.
13. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən tərtib edilmiş 07 avqust 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsi üzrə 1790,22 manat borcu vardır.
14. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AE 07-025/25 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 114,0 kv.metr olan m3 saylı mənzilin likvid dəyəri 11 iyul 2025-ci il tarixinə 146300 manat təşkil edir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
16. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu:
33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Beləliklə, məhkəmə tərəfindən işin müəyyən edilən halları bundan ibarətdir ki, "xxxx" BOKT MMC (hüquqi varisi - İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti) ilə Cavabdeh arasında 07 dekabr 2021-ci il tarixli 3436 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana 36 ay müddətinə, illik 24 faiz olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir.
19. Məhkəmə icraatı zamanı məhkəmə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir.
20. Məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 114,0 kv.metr olan m3 saylı mənzilin likvid dəyəri 11 iyul 2025-ci il tarixinə 146300 manat müəyyən edilmişdir.
21. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunun üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Əgər Bank (iddiaçı) kreditin ona qaytarılmasını tələb edirsə, ilk növbədə həmin kreditin onun tərəfindən verilməsini sübut etməlidir.
22. Tərəflər arasında kredit münasibətlərinin baş verməsi, yəni müqavilələr üzrə göstərilən məbləğlərin cavabdehə verilməsi faktı işin mübahisəsiz halıdır. Mübahisəli hal cavabdehin müqavilələr əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır.
23. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği cavabdehə Cavabdeh vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin sonuncu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır.
25. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
26. Məhkəmə iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehin sərəncamında olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzilə yönəlməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ipoteka saxlayan ilə borcalan arasında Sumqayıt şəhərində bağlanmış 07 dekabr 2021-ci il tarixli, 3436 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 36 ay müddətinə illik 24 faiz olmaqla 6000 manat məbləğində kredit vermiş və bu öhdəliyin təminatı olaraq Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 114 kv.metr olan m3 saylı mənzili ipoteka qoymuşdur.
27. Məhkəmə hesab edir ki, cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, qeyd edilən Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş cavabdehə göndərilmiş və eyni tarixli tarixli məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır.
28. İddianın əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə edir ki, yuxarıda da qeyd edildiyi kimi məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqatının nəticəsi olaraq ipoteka predmetinin likvid qiyməti 146300 manat müəyyən edilmişdir. Ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan hər hansı əsas müəyyən edilməmişdir. Odur ki, məhkəmə ipoteka predmeti olan əmlakın likvid dəyərinin ekspert rəyində qeyd edilən məbləğdə götürülməsini ədalətli hesab edir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirir.
29. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1790 (min yeddi yüz doxsan) manat, 22 (iyirmi iki) qəpik məbləğində borc, iddia ərizəsinin verillməsi üçün ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat 90 (doxsan) qəpik hissəsi tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, xx.xx.2021-ci il tarixli, 3436 saylı kredit müqaviləsi üzrə tutulmalı olan pul vəsaiti həmin müqavilə üzrə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzilə yönəldilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzilin hərracda satılması üçün ilkin satış qiyməti (likvid dəyəri) 146300 manat müəyyən edilməli, həmin mənzil açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait cavabdehin borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehdən tutulmalı, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzil hərracda satıldıqda həmin yaşayış sahəsi boşaldılaraq alıcıya təhvil verilməlidir.
30. İpotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin nədən ibarət olması, bu xərcin çəkildiyini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, eyni zamanda xərcin məbləği iddia tələbində qeyd edilməmişdir. Məhkəmə buna görə də hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
31. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, e-2(060)-2336/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır.
32. 15.07.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
33. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub "xxxx" MMC-nin (xidmət göstərən: "xxxx" MMC, VÖEN: **********, Hesab № AZN AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC Mərkəz Filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ********************, Kod: 200026, SWİFT: AİİBAZ2XXXX) hesabına ödənilməlidir.
Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1790 (min yeddi yüz doxsan) manat, 22 (iyirmi iki) qəpik məbləğində borc, iddia ərizəsinin verillməsi üçün ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat 90 (doxsan) qəpik hissəsi tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. xx.xx.2021-ci il tarixli, 3436 saylı kredit müqaviləsi üzrə tutulmalı olan pul vəsaiti həmin müqavilə üzrə ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********65-05301-093017, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı (ünvan 3 mənzil 3) mənzilə yönəldilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.0 kv.metr olan m3 saylı mənzilin hərracda satılması üçün ilkin satış qiyməti (likvid dəyəri) 146300 manat müəyyən edilsin, həmin mənzil açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait Cavabdeh borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub "xxxx" MMC-nin (xidmət göstərən: "xxxx" MMC, VÖEN: **********, Hesab № AZN AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC Mərkəz Filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ********************, Kod: 200026, SWİFT: AİİBAZ2XXXX) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva