Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2357/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş 3882,35 manat əsas borc vəsaitinin, ödənilmiş 58,83 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının paylarına mütənasib qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli, BPM**********33 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 361421 nömrəli ölüm haqqından şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət mərkəzində” notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3033 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh31 saylı Sumqayıt regional “ASAN Xidmət mərkəzində” notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə xx.xx.2024-cüil tarixli, 2V-221 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2025-ci ilədək nağd krediti üzrə banka ödənilməmiş 3882,35 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-852/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər.
Tədqiq olunan sübutlar:
3. İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsindən görünür ki, borcalan ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə razı olduğunu təsdiq etmiş, "xxxx" ASC X4 48 ay müddətinə 6000 manat məbləğində kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2022-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinin 8-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir.
5. AZ-İİ 361421 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 1048 nömrə ilə qeyd edilmişdir.
6. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur, onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X4 verilmiş **********16-05101-093050 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67,3 kv.m, yaşayıs sahəsi 39,6 kv.m, yardımçı sahəsi 27,7 kv.m, 3 otaqlı mənzildən ibarətdir.
7. İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3882,25 manat əsas borcu vardır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
14. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borcalan ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqəsədi, müddəti və geri götürülmə şərtləri ilə razı olduğunu təsdiq etmiş, "xxxx" ASC X4 48 ay müddətinə 6000 manat məbləğində kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür. X5 22 avqust 2023cü il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdehlər X3 qanun üzrə vərəsələridir.
16. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
17. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilələr üzrə öhdəlik tam olaraq icra edilməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.
18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 3882,35 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.
19. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
21. Hazırki işdə cavabdehə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə borclu X1 miras qalmış əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X4 verilmiş **********16-05101-093050 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67,3 kv.m, yaşayıs sahəsi 39,6 kv.m, yardımçı sahəsi 27,7 kv.m, 3 otaqlı mənzildən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
22. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə 3882 (üç min səkkiz yüz səksən iki) manat, 35 (otuz beş) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 (əlli səkkiz) manat, 83 (səksən üç) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə verilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə 3882 (üç min səkkiz yüz səksən iki) manat, 35 (otuz beş) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 (əlli səkkiz) manat, 83 (səksən üç) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva