Məhkəmə qərarları › İş №e-2(060)-2367/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2367/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2367/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən 2100 (iki min yüz) manatın və dövlət rüsumu kimi ödənilmiş 41 manatın əvəzinin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci ildə iddiaçıdan 500(beş yüz) manat götürmüş və həmin pulu xx.xx.2020-ci ildə qaytaracağını bildirməklə bu barədə iddiaçıya yazılı iltizam da vermişdir. Yenidən xx.xx.2020-ci ildə iddiaçıya müraciət edərək əlavə olaraq daha 1300(bir min üç yüz) manat pul almış və şəxsiyyət vəsiqəsi ilə pensiya kartını da girov qoymuşdur. 2 gün sonra,yəni xx.xx.2020-ci ildə o iddiaçıdan daha 300 (üç yüz) manat pul almış və ümumilikdə iddiaçıdan 2100 manat pul alsa da həmin pulları vəd verdiyi vaxtda-xx.xx.2020-ci il tarixə kimi qaytarmamışdır. Hər 3 dəfə verilmiş pul ilə bağlı iddiaçıya yazılı iltizam da vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh İddiaçı oğlu iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçıya 100 manat borcu qalmış, qalan borcu ödəmişdir. Pulu qaytaran zaman iddiaçı əlyazmaların cırıldığını bildirsə də, həmin əlyazmaları cırmamışdır. Qeyd edilən əlyazmalarda olan məbləğlər düzgün deyildir. İddiaçı tərəfindən həmin məbləğlər alınan borc məbləğindən artıq yazılmışdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 500 manat borc pul aldığını, həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürdüyünü imzası ilə təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 1300 manat borc pul aldığını, həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürdüyünü imzası ilə təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 300 manat borc pul aldığını, həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürdüyünü imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 4/786 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli iltizamlardakı imzalar (4 ədəd)-Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 500 manat borc pul almış, həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürmüşdür. Bu barədə həmin tarixli iltizama imza etmişdir. Daha sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 1300 manat borc pul almış, həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürmüşdür. Bu barədə həmin tarixli iltizama imza etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 300 manat borc pul almış, həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmaq barədə öhdəlik öhdəlik götürmüşdür. Bu barədə həmin tarixli iltizama imza etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 4/786 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli iltizamlardakı imzalar (4 ədəd)-Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2100 manat borc tutularaq İddiaçı verilməlidir . Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatdaək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun həcmi 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 2100 manat olduğundan 41 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 127 manat pul cavabdehdən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 2100 manat borc və ödənilmiş 41 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2100 manat borc və ödənilmiş 41 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 127 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005, VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar