Məhkəmə qərarları › İş №e-2(060)-24/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-24/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-24/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9 və Cavabdeh8 qarşı cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsitələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSCyə təhvil verilməsi və tərəfimizdən ödənilmiş100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı QSC məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9 və Cavabdeh8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırkı ərizə dövlət rüsumunun geri qaytarılması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında 100 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2025 saylı mülki işi üzrə İddiaçı QSC tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında 100 (bir yüz) manat məbləğində pul İddiaçı QSC-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9 və Cavabdeh8 qarşı cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2025 saylı mülki işi üzrə İddiaçı QSC tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında 100 (bir yüz) manat məbləğində pul İddiaçı QSC-yə geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar