Məhkəmə qərarları › İş №e-2(060)-2470/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2470/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2470/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 003A********** saylı müqaviləyə əsasən, illik faiz dərəcəsi 1% оlmaqla 60 ay (1 il güzəşt müddətilə) müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1019,42 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 1019,42 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 1936 gün üçün hesablanmış faiz borcu 53,7 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 1936 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1158 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən alınmış arayışdan borclu X12 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X12 adında xx.xx.1998-ci il tarixdən “VAZ 2101 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu və həmin nəqliyyət vasitəsinin mərhumun oğulları Cavabdeh1 və Cavabdeh2 istifadəsində olduğu məlum olmuşdur. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1019,42 manat məbləğində kredit bоrcu, 53,7 manat məbləğində faiz bоrcu və 1158 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2231 manat 12 qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 42,31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə uyğun olaraq məhkəməyə ərizə təqdim edilərək, X15, Cavabdeh3 Şövkət qızı, Cavabdeh4 Şövkət oğlu və X3 əlavə cavabdehlər qismində işə cəlb edilməsi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh3 Şövkət qızından, Cavabdeh4 Şövkət qızından və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1019,42 manat məbləğində kredit bоrcu, 53,7 manat məbləğində faiz bоrcu və 1158 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2231 manat 12 qəpik məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 42,31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2470/2025 saylı qərardad ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh4 və X6 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına cavabdeh X6 münasibətdə xitam verilməsi qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda öhdəliyində azyaşlı uşağı və bank borcu vardır. Bu səbəbdən atasının borcu ilə bağlı ödəniş edə bilməyəcəkdir. Bacısın adı Cavabdeh3, qardaşı isə Cavabdeh4dur. Atasının vəfatından sonra maşın qalmışdır, lakin maşın atasının yası üçün satılmış və yası üçün xərclənmişdir. Notariusa vərəsəliklə bağlı müraciət etməmişdir. Digər qardaşı isə hazırda Almaniya Respublikası, Köln şəhərində yaşayır. Cavabdehin anası Əkbərova Səbinə 2020-ci il tarixdə rəhmətə getmiş, atası isə ondan beş ay sonra rəhmətə getmişdir. Fəxriyyə xanım isə cavabdehin anası deyil. Cavabdeh bacı-qardaşları ilə atadan birlər, lakin anaları ayrıdır. Fəxriyyə xanım atasının birinci yoldaşı olub və rəhmətə getmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İş materiallarında olan İddiaçı QSC ilə X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X14 illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 1019,42 manat məbləğində kredit verilmişdir.

12. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X12 banka əsas borc üzrə 1019,42 manat, faiz borcu üzrə 53,7 manat, cərimə borcu üzrə 1158 manat, cəmi 2231,12 manat borcu vardır.

13. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

14. İş materiallarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində X12 adına daşınmaz əmlakın olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X12 adına Sumqayıt şəhəri, 41A-cı məhəllə, ev 3, 8 saylı mənzil xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Sumqayıt şəhər 3 saylı SNK-nın 4Ə-556 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirilmişdir. X12 adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X21 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1954-cü il təvəllüdlü X12 adında xx.xx.1998-ci il tarixdən “VAZ-2101” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Cavabdeh1 və Cavabdeh2 həmin avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir.

16. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü X9 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə, onun vərəsələri tərəfindən 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə müraciət edilməmiş və vərəsəlik işi açılmamışdır.

17. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Vətəndaşlıq X4 məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X1 və X15 olan xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh4 doğumunun Sumqayıt şəhər Qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. X1 ilə X10 olan xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 doğumu da adıçəkilən qeydiyyat şöbəsində qeydiyyata alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X14 illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 1019,42 manat məbləğində kredit verilmiş, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varislərinin borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

20. Eyni Məcəllənin 1254-cü maddəsinə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

21. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

22. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

23. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

24. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

25. Eyni Məcələnin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (21 iyun 2025-ci il tarixədək qüvvədə olan).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

28. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinad edərək ilk növbədə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixdə ölmüş X12 övladları olmaqla, onun birinci növbədə vərəsələridir.

29. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

30. Belə ki, cavabdeh X7 xx.xx.2021-ci il tarixdə ölmüş X12 vərəsəsi (rəsmi nikahda olması və s.) olması işin müəyyən edilmiş faktiki halları ilə tam sübut olunmur.

31. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X8 münasibətdə təmin edilməməlidir.

32. Cavabdeh2 mərhum atasından sonra miras qismində qəbul edilməsi mümkün olan hər hansı əmlakının olmaması ilə bağlı arqumentinə gəldikdə isə məhkəmə hesab edir ki, bu hal məhkəmədə mötəbər dəlillərlə sübuta yetmədiyindən cavabdehlər vərəsə olaraq iddiaçı qarşısında yaranmış öhdəlikdən azad edilə bilməz. Çünki cavabdehlərin atasından vərəsəlik yolu ilə heç bir əmlak almamasını sübut etmək yükü onların üzərinə düşür. Cavabdehlərin Mülki Məcəllənin 21 iyun 2025-ci il tarixədək qüvvədə olan 1307- ci maddəsinə əsasən iddiaçının qarşısında öhdəlikləri yaranmışdır. Çünki qeyd olunan maddənin tələbinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Belə olduğu təqdirdə cavabdehlərin vərəsə kimi miras qoyanın vurduğu ziyanın mirasdan çox olduğunu sübut etmək vəzifəsi olmuşdur. Ancaq cavabdehlər nə mirasın notarius tərəfindən siyahıya alındığına, nə də miras qoyanın borclarının (vurulmuş ziyanın) mirasdan çox olduğuna dair mötəbər sübut təqdim etməmişlər.

33. Məhkəmə qeyd edir ki, mirası qəbul etmək hüququnun məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin - mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülkihüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Bundan başqa mirasdan imtina dönməz xarakterə malikdir. Bu o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. Mirasdan imtinanın dönməzliyi (qətiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz.

34. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

35. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

38. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

41. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçı qarşısında mərhum atalarının kredit üzrə borcunun qaytarılmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslıdır.

42. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlər olan vərəsələr borcalanın ölümündən sonra yaranan kredit faizi və cərimə borcu üzrə cavabdehlik daşımamalıdırlar.

43. Belə ki, müqavilə üzrə tərəfin ölməsi ilə kredit-müqavilə münasibətlərinə xitam verilmişdir. İşin hallarından borc alanın öldüyü vaxtadək onun borc öhdəliyini ödəməsi və ya lazımınca ödəmədiyi müəyyən edilmir. Bu baxımdan borc alanın ölümündən sonra yaranan faiz borcu və cərimə borcu hesablanmamalıdır.

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

45. Mülki Məcəllənin 462.2-ci maddəsinin tələbinə görə, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

46. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

47. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehlərdən ödənilmiş 30,19 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

48. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1019,42 (bir min on doqquz manat, qırx iki qəpik) manat məbləğində pul və 30,19 (otuz manat, on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1019,42 (bir min on doqquz manat, qırx iki qəpik) manat məbləğində pul və 30,19 (otuz manat, on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar