Məhkəmə qərarları › İş №e-2(060)-2471/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2471/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2471/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə CL-EE000217303 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə 6467,39 manat kredit borcu və ödənilmiş 84,67 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nərimanov ” filialı ilə X7 arasında bağlanmış CLEE000217303 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 17,9 faiz dərəcəsi hesanlanmaqla 8700 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh2 və Cavabdeh1 CL-EE000217303 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə banka ödənilməmiş 6467,39 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X3 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 6467,39 manat olduğundan, tərəflərindən 84,67 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirdi ki, həyat yoldaşı vəfat edən zaman oğlu əsgərlikdə idi. Yoldaşı xəstə idi, müalicələr alırdı. Səhhəti ilə əlaqədar işləyə bilmədi. Kredit götürən zaman STP-də işləyirdi. Həmin vaxta qədər ödəniş edirdi. Oğlu əsgər idi, özü isə işləyə bilmirdi. Digər uşağı azyaşlı idi. Banka yaxınlaşmış, borcun 50 faiz hissəsini qaytarmağı və qalan borcun silinməsini xahiş etsə də, bankın əməkdaşları razı olmamışdırlar. Hətta qayınanası da vəfat etdiyi üçün onun pensiyasından da istifadə edə bilməmişdirlər. Əmək haqqı borcu bağlamağa kifayət etmir. Borcun bağlanması üçün 50 faizin ödəyə bilər və yaxud da hər ay 50 manat məbləğində ödəniş edə bilər.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL- EE000217303 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətində 8700 manat məbləğində kreditdən istifadəyə görə illik 17,9 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

7. xx.xx.2022-ci il tarixli, CLEE000217303 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2025ci il tarixədək müəyyən edilmişdir.

8. AZ-İİ 334772 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 401 nömrə ilə qeyd edilmişdir.

9. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2dur, onların hər biri miras əmlakdan ½ irs almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********06-05101-093053 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 48 kv/m, yardımçı sahəsi 13,6 kv/m, 3 otaqlı mənzildən ibarətdir.

10. İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd olunmuşdur ki, X4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6467,39 manat əsas borcu vardır.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank borcalana 36 ay müddətində 8700 manat məbləğində kreditdən istifadəyə görə illik 17,9 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. X7 09 mart 2023-cü il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdehlər X4 qanun üzrə vərəsələridir.

18. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

19. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilələr üzrə öhdəlik tam olaraq icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcu vaxtında ödənilməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, CLEE000217303 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 6467,39 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.

21. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Hazırki işdə cavabdehə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə X1ndan miras qalmış əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********06-05101-093053 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 48 kv/m, yardımçı sahəsi 13,6 kv/m, 3 otaqlı mənzildən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

24. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh1 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, CLEE000217303 nömrəli kredit müqaviləsi üzrə 6467 (altı min dörd yüz altmış yeddi) manat, 39 (otuz doqquz) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 84 (səksən dörd) manat, 67 (altmış yeddi) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, CLEE000217303 nömrəli kredit müqaviləsi üzrə 6467 (altı min dörd yüz altmış yeddi) manat, 39 (otuz doqquz) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 84 (səksən dörd) manat, 67 (altmış yeddi) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar